96 syf.
6/10 puan verdi
·
Beğendi
·
26 saatte okudu
Hamımız "Gogol"un paltosundan çıxmışıq)
İki kiçik hekayədən ibarət bir kitab idi. Ümumiyyətlə rus yazıçıların nəsr dili, yazma tərzi sanki bir-birini hardasa təkrarlıyır. Öncəkindən sonra gələn biraz da təkmilləşdirib yeni bir əsər çıxardır ortaya sanki. "Palto" adlı hekayəni bəyəndim, yazıçı öz dövründəki sinif təbəqələşməsini, ədalətsizliyi, yuxarılarda, hakimiyyətdə hər zaman yolundan çıxan, azmışların da olduğunu çox yaxşı şəkildə əks etdirib. Elə indiki dövrdə də Akakiylərimiz o qədərdir ki. İşini layiqincə görməyə çalışan amma ətrafı tərəfindən ələ salınan, rəhbəri tərəfindən diqqətdə saxlanılmayan. Elə hamımız nəyisə əldə etmək üçün Akakiy kimi də digər ehtiyaclarımızı məhdudlaşdırır, qısıtlayırıq. Hə, onu da qeyd edim ki, sonluq sanki yersiz uzanmışdı. İkinci hissə "Burun" isə çox mənasız gəldi mənə açığı. Ağır bir yazıçıdan həcmi kiçik də olsa ağır və ciddi bir şey gözləmişdim. Yəni sırf kitabı yarımçıq qoymuyum deyə oxudum. Təşəkkürlər, hərkısə xoş mütaliələr
Palto - Burun
Palto - Burun
Nikolay Gogol
Nikolay Gogol
Palto - Burun
Palto - BurunNikolay Gogol · Parodi Yayınları · 201937,2bin okunma
72 syf.
9/10 puan verdi
·
3 günde okudu
Oxumamışlara tövsiyyə edəcəyim balaca həcmli nəhəng məzmunlu povestdir.Bu maraqlı eyni zamanda da təsirli əsər Nikoloy Qoqolun oxuduğum ilk əsəri idi.Fikrimcə,bu kitab mənim üçün mükəmməl başlanğıc oldu.Elə kitabdırki,sanki müəllif bizimlə dostcasına danışır,süjet xəttini təqdim edir.Baş qəhramanımızın başından keçənlər,çoxumuzun həyatda
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201837,2bin okunma
Reklam
80 syf.
9/10 puan verdi
·
Beğendi
·
12 saatte okudu
"hamımız Qoqolun şinelindən çıxmışıq"
Bu balaca, itaətkar müşavir bir xəyalət, tragik dərinliklərdən çıxıb gələrək təsadüfən balaca bir məmurun cildinə girmiş ziyarətçidir. Proqressiv rus tənqidçiləri bu personajda məzlumların obrazını gördülər və hekayəni bütövlükdə sosial etiraz kimi qiymətləndirdilər. Amma hekayədə bundan daha artığı var. Qoqolun üsubundakı boşluqlar və deşiklər, əslində, həyatın öz materialındakı qüsurları işarə edir. Çox yalnış olan şeylər var və hamı - çox mühüm saydığı məşğuliyyətinə aludə olmuş mülayim dəli ikən, absurdcasına məntiqli bir qüvvə, onların bihudə işlərinə davam etməyinə şərait yaratmaqdadır; hekayənin gerçək "mesaj" ı budur.
Nikolay Gogol
Nikolay Gogol
Şinel
ŞinelNikolay Gogol · Parlaq · 037,2bin okunma
64 syf.
8/10 puan verdi
Rus ədəbiyyatının klassiklərindən biri olan Nikolay Vasilyeviç Qoqol bu əsərdə həmin dövr Rusiyasını və rus toplumunu ciddi ironiyalar ilə tənqid edir.Öz düşüncələrini bir dəlinin dili ilə insanlara çatdırmağa çalışan yazar bu dönəmdə baş alıb gedən ədalətsizlik,cəmiyyətdə yaranan sinif fərqləri bu fərqlərin yaratdığı nəticələrə toxunur.İlk səhifələrdə qeyri-adi düşüncələrə,real olmayan hadisələrə çox yer verilsə də,sonlara doğru güclü realist fikirlərlə rastlaşırıq.Bu tərzdə olan əsərlər insan inkişafı üçün faydalıdır,çünki insanda dünyaya yeni baxış tərzi formalaşdırır.
Bir Delinin Hatıra Defteri
Bir Delinin Hatıra DefteriNikolay Gogol · Tutku Yayınevi · 20179,8bin okunma
72 syf.
·
Puan vermedi
Hamımız Qoqolun "Palto"sundan çıxdıq.
Palto 1842-ci ildə nəşr olunan Ukrayna əsilli rus müəllif Nikolay Qoqolun qısa bir hekayəsidir. Hekayə və müəllifinin rus ədəbiyyatı üzərində böyük təsiri olmuşdur.Rus realist yazıçıları haqqında bir sitatda ifadə edildiyi kimi: "Hamımız Goqol'un" Palto"sundan çıxdıq." 1941-ci ildə yazıçı Vladimir Nabokov bunu "İndiyə qədər yazılmış ən böyük rus hekayəsi" adlandırdı. Hekayə Rusiyada Sankt-Peterburqdakı yoxsul hökumət katibi Akaki Akakiyeviçin həyat və ölümündən bəhs edir. Qoqol “Palto” adlı hekayəsində sadə insanların dərdindən, çəkdiyi haqsızlıqlardan, yaşadıqları yoxsulluqdan danışmış, nəcib insanların reaksiyasını çəkəndə onu rus xalqını alçaltmaqda, onları pis göstərməkdə və xalqına xəyanət etməkdə ittiham etmişlər. Buna baxmayaraq, "Palto" klassiklər arasında öz yerini tutmuşdur.
Palto
PaltoNikolay Gogol · Tutku Yayınevi · 201737,2bin okunma
72 syf.
9/10 puan verdi
·
7 saatte okudu
Bir ~Kiçik insan~ hekayəsi
Nikolay Gogol
Nikolay Gogol
bu hekayəni dostları ilə bir görüşmədə olarkən, hekayədə yaşanılan hadisənin başqa bir versiyonunu eşitmiş və təsirlənərək, üzərinə biraz da öz məmurluq həyatından incilər qataraq yazmış və dönəmin reallıqlarını sadə hekayə dili ilə çatdırmışdır. Ümumilikdə hekayənin dili çox sadədir, ilk başda insan `burdan nə çıxacaq ki?` düşüncəsi ilə
Palto
PaltoNikolay Gogol · Bordo Siyah Yayınları · 202137,2bin okunma
Reklam
224 syf.
9/10 puan verdi
·
Beğendi
·
35 günde okudu
Öncəliklə kitabı hamıya oxumağı tövsiyə edirəm. Özünü kutabqurdu sayanlar məncə bu əsəri oxumamaqla çox şey itirmiş olarlar. Kitabı ilk oxuduğunuz andan sanki (əgər oxumusunuzsa) Dosteyevskinin bir əsərini oxuyurmuş kimi bir təsir bağışlayır . Amma Dosteyevskidəki qaramsarlıq əvəzinə, insanı güldürən və düşündürən, tamamilə fərqli bir fantaziya, üslub özünü göstərir. İlk əvvəl Gogolun şöhrətinin biraz şişirdilyini düşündüm. Çünki təsvir baxımından çox qüvvətli olmasına rəğmən, mövzu baxımından məni cəlb etmədi. Amma digər hekayələrini oxuduqca fikrim tamamilə dəyişməklə bərabər, hətta heyranlıq duyduğumu bildirməliyəm. Hətta Amerikan filmlərinin mövzu və tərzlərinin Gogoldan götürüldüyünü belə düşündüm. Çox dəyişik ruh halında olan bir insan olub məncə, çünki az qala Bir dəlinin xatirə dəftəri və Burun hekayələrini oxuduqda onun da bir dəli olduğuna inanacaqdım. Dediyim kimi təsviri, sətiraltı tənqidi çox güclü bir əsərdir, rus yazarlarına xas zərafətə isə heyran olmamaq mümkün deyil. O dövrün hakimiyyətində olan boşluqlar, az qala hər əsərində büruzə verilməklə çox böyük ustalıqla (bəzən sonu acılı da olsa) tənqid olunub. Hekayələrin necə davam etdiyini, necə sonlandığını söyləmək istəmirəm, sürprizi qaçmasın. Hər kəsə iyi oxumalar.
Bir Delinin Anı Defteri - Palto - Burun - Petersburg Öyküleri ve Fayton
Bir Delinin Anı Defteri - Palto - Burun - Petersburg Öyküleri ve FaytonNikolay Gogol · Türkiye İş Bankası Kültür Yayınları · 201956bin okunma
100 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Kitab maraqlıdır?
Kitab maraqlı iki hekayədən ibarətdir. Birinci hekayədə bir ruhi xəstənin xəyal gücü nə qədər geniş ola bilər bunu görürük. Ruhi xəstələrə daha mülayim davranılmalı olduğunu və onların cəmiyyətdən təcrid edilməməli olduğunu görürük. İkinci hekayədə isə pulsuz bir rəssamın qarşısına çıxan rəsm əsərinin həyatını necə dəyişdirdiyinin şahidi oluruq. Daha sonra isə həmin rəsm əsərinin ərsəyə gətirilməsi haqqındakı hekayə ilə tanış oluruq.
Bir Delinin Hatıra Defteri ve Portre
Bir Delinin Hatıra Defteri ve Portre
Bir Delinin Hatıra Defteri ve Portre
Bir Delinin Hatıra Defteri ve PortreNikolay Gogol · Karbon Kitaplar Yayınevi · 2020769 okunma
116 syf.
10/10 puan verdi
·
4 günde okudu
Nikolay Vasilyeviç Gogoldan oxuduğum ilk kitab “Bir Delinin Hatıra Defteri” oldu. Kitabda 3 hekayə var. 1. Bir Delinin Hatıra Defteri 2. Burun 3. Palto “Bir Delinin Hatıra Defteri” hekayəsində məmur olan İvanoviçin müdürün qızını sevməsi və daha sonra dəli olmasını oxuyuruq. “Burun” hekayəsində məmur olan Kovalevin yuxudan durandan sonra burnunun yerində olmadığını görməsini və daha sonra Petersburg küçələrində burnunu axtarmasını oxuyuruq. Bu hekayəsi digər hekayələrə görə fantastik idi. Və çox maraqlı idi. Oxuyanda əyləndim deyə bilərəm. “Palto” hekayəsində Akaki Akakiyeviç işini sevən və düzgün şəkildə yerinə yetirən məmurdur. Və bir istəyi var ki, yeni Paltosu olsun. Və bu 3 hekayədə ən sevdiyim “Palto” hekayəsi oldu. Məni içinə çəkən ən gözəl hekayələrdən biri oldu. Məncə oxunmağa dəyər bir kitabdır. Oxuyun, oxutdurun. “Hepimiz Gogol’un Palto’sundan çıktık!”
Bir Delinin Hatıra Defteri (Palto ve Burun Öyküleriyle)
Bir Delinin Hatıra Defteri (Palto ve Burun Öyküleriyle)Nikolay Gogol · Kızıl Panda · 202356bin okunma
93 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.