Hüseyin Rahmi Gürpınar - Qulyabani
Kitab Muhsine adlı bir qadının pul qazanmaq üçün şəhərin ən ucqar yerlərindən birində yerləşən, sirli və qorxulu bir evdə xidmətçi kimi işləməyə razı olması ilə başlayır. Bu ev haqqında qəribə söz-söhbətlər gəzir ki, guya burada pərilər, cinlər var və bu evə gələn xidmətçilər bir müddət sonra qeyb olurlar. Amma Muhsine bunların heç birini bilmir, çünki onu bu evə yönləndirən rəhmətlik anasının köhnə dostu Ayşə xanım ona bu barədə danışmaq əvəzinə sadəcə yüksək maaşdan və gözəl bir gələcəkdən danışır. Ayşə xanım Muhsineyə evdə yalnız verilən tapşırıqları yerinə yetirməli, orada gördükləri barədə heç kimə heç nə danışmamalı, sadəcə “kar, kor, lal” olmalı olduğunu bildirir. Buna baxmayaraq, Muhsineni qadağan olunmuş şeylər daha çox cəlb edir. Məsələn, ona “bu qapını açma” deyəndə, içində dərhal o qapının arxasında nə olduğunu öyrənmək istəyi yaranır. Onun bu xarakteri də hekayəyə ayrı bir rəng qatır. Evə çatdıqdan sonra isə hadisələr mistik bir istiqamət alır. Muhsine evin doğrudan da qəribə bir aura ilə dolu olduğunu hiss edir. Qorxu və maraq arasında qalan Muhsine evdən qaçmaq istəyir. Amma nə qədər çıxmaq istəsə də, artıq çox gecdir, çünki Ayşə xanım onu evdə tək qoyub gedir. Və Muhsinenin pərilərlə, cinlərlə dolu o qorxulu hekayəsi də elə buradan başlayır.
Kitab pərilərdən, cinlərdən, dualardan danışsa da, oxuyanda mən o gözlənilən qorxu-vahimə hissini ala bilmədim. Əslində, qorxu janrında bir əsər olacağını düşünürdüm, amma mövzunun və adın yaratdığı o vahimə əsərin sətirlərinə tam keçməyib deyə düşünürəm. İlk səhifələrdə bir az vahimə hiss olunur, amma sonra o gərginlik, o adrenalin tədricən itib gedir. Mövzu maraqlı olsa da, hisslər bir qədər sönük qalıb və annotasiyada vəd edilən o həyəcan kitabda tam əksini tapmayıb. Bəlkə də