Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elnur Quliyev

Elnur Quliyev
@elnurguliev_
352 syf.
·
Puan vermedi
·
4 günde okudu
Mübarizənin qadını..
Əsərdə iyirminci əsrin tanınmış simalarından olan inqilabçı və feminist Frida Kahlonun həyatı öz əksini tapmışdır. O, ruhunu qatdığı Meksika inqilabını öz doğum günü elan edəcək qədər fərqli, dünyaya gəlməyən oğluna ad qoyub təsəvvüründə onunla danışacaq qədər xəyalpərəst, əlil arabasına məhkum qaldığı halda belə sənətindən və həyatından imtina etməyən, daim mübarizə aparan bir qadın idi. Nəzərdən uzaq olan həyatında taleyi ilə barışmağı deyil, əfsanə olmağı seçən Frida ölümü də həyat kimi başında çiçəklər və həmişəki gözəlliyi ilə qarşılamışdır.
Frida Kahlo
Frida KahloRauda Jamis · Qanun Nəşriyyatı · 20204,703 okunma
Reklam
128 syf.
·
Puan vermedi
·
5 günde okudu
Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını verilmir. Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Alber Kamü üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır. Buradakı yadlaşma Kamünün məşhur "absurd" fəlsəfəsindən doğur. Qəhrəmanın dediyi "hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (…)
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,8bin okunma
264 syf.
·
Puan vermedi
Şükriyyə Taleyim, şükür Xudaya!..
Bu kitab ilə ilk dəfə keçən il bir müəllimimin tövsiyəsi üzərinə tanış olmuşdum. Nə yalan deyim ilk oxumağa başladığım zaman nə yazarı tanıyırdım, nə də kitabda bəhs olunan xanımı, ailəni. Heç birini tanımırdım və çox sıxılacağımı düşünürdüm, lakin elə olmadı. Kitabın elə ilk səhifələrində məni özünə çəkən bir "qüvvə" yarandı. İndi isə
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma

Okur Takip Önerileri

Tümünü Gör
104 syf.
·
Puan vermedi
·
4 günde okudu
Dəyərsizlik..
Hekayənin baş qəhrəmanı,Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün böyük bir eybəcər həşərata çevrildiyini görür. Kafka, manerasına uyğun olaraq, hadisələrin əvvəlində baş verənlərin metamorfozasını açıqlamır. Oxucu və hekayənin qəhrəmanı fakt qarşısında qoyulur: Çevrilmə baş vermişdir. Baş qəhrəman olanları anlayır və dərk edir. Qapının o
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019223bin okunma
80 syf.
6/10 puan verdi
·
3 saatte okudu
"Gülüş üçün yazılmış ədəbi oyun"
1865-ci ildə çap olunan "Timsah" hekayəsi o dövrün ədəbi çevrələri ilə yanaşı, siyasi dairələrdə də böyük müzakirələrə səbəb olur. Dosteyevski hekayəni "gülüş üçün yazılmış ədəbi oyun" hesab edir. Yazıçı inkar etsə də, "Timsah" Dosteyevskinin ən siyasi mətnlərindən biridir. Hekayə əsasən metaforun zənginliyi, universal süjet xətti, siyasi və iqtisadi mövzulara ironik yanaşması ilə səciyyələnir. "Timsah" qeyri-adi mövzusu ilə bərabər– liberal bir məmur qəfil timsahın qarnına düşür– üslub baxımından da diqqət çəkir. Dosteyevskisevərlər bu dəfə onun qələminin tamam başqa bir çaları ilə tanış olacaqlar; adət etdiyimiz dərin psixoloji təhlillər, uzun və qəliz cümlələr bu hekayədə gözə dəyməsə də, oxucu hər fraqmentdə bir kinayə, hər epizodda bir sətiraltı məna ilə qarşılaşır. "İnsan beyni nə qədər boş olarsa, dolmağa bir o qədər az ehtiyac hiss edər."
Timsah
TimsahFyodor Dostoyevski · Parlaq İmzalar · 20231,788 okunma
Reklam
84 syf.
8/10 puan verdi
·
7 saatte okudu
Passiv müqavimət!
Laqeydliyə qapılmış Bartlbinin ən mühüm xüsusiyyəti passiv müqavimətdir. O, işdə verilən tapşırığı yerinə yetirmir, heç kəslə danışmır, başıaşağı, sözün əsl mənasında, ekstraordinar insandır. Amma qəribəsi odur ki, Bartlbinin bu qeyri-adiliyi oxucunu ovsunlayır, qapalı dünyası hamını özü ilə hesablaşmağa vadar edir. Mirzə Bartlbi sivil itaətsizliyi ilə o dövr Avropa insanının azad iradəsinin yeni sərhədlərini, təzə-təzə cücərən kapitalizmlə fərdin azadlığı arasındakı münasibətləri müəyyənləşdirir. Kafka, Kamü kimi böyük yazıçılara təsir edən "Mirzə Bartlbi" həcmcə qısa bir kitab olsa da, absurd ədəbiyyatın cığır açan mətnlərindən hesab olunur. "Əslində, "Mirzə Bartlbi" bəşəriyyətin hərgünkü ironiyalarından sayılan həqiqi mənasızlığın mahiyyətini açıb göstərən kədərli və gerçək bir kitabdır" Borxes
Mirzə Bartlbi
Mirzə BartlbiHerman Melville · Parlaq İmzalar · 012,2bin okunma
720 syf.
10/10 puan verdi
·
14 günde okudu
Fransız yazar Victor Hügo mənim ən sevdiyim yazarlar siyahısında birinci yerdə gəlir. Bütün kitabsevərlərin bir-birinə "Hansı yazarın bütün kitablarını oxumaq istəyirsən?" deyə verdiyi bir sual var. Mənim üçün bu sualın cavabı öz şeirləri və əsərləri ilə məni özünə heyran buraxan, fransız yazar Victor Hügodur. Bu incələməm ədəbiyyat
Gülən Adam
Gülən AdamVictor Hugo · Parlaq İmzalar Nəşriyyatı · 2021251 okunma
304 syf.
8/10 puan verdi
·
3 günde okudu
Müharibənin gəlişi ilə həyatı məhv olan daha bir qadının kitabı...
Kitabın yazarı alman jurnalist Aleksandra Kavelius Saraybosnadakı qadınlar haqqında məqalə yazmaq qərarına gəlir və araşdırmalar aparmağa başlayır. Günlərin birində Leyla ilə tanış olur. Leyla başına gələnləri ona danışdıqdan sonra jurnalist bu kitabı yazmağa başlayır. On altı yaşlı Leyla paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik, dinc bir
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
260 syf.
8/10 puan verdi
·
4 günde okudu
Qafqaz Günləri...
Həqiqitən çox gözəl bir əsər idi. Həmin dövr insanlarının həyatında baş verən hadisələrin bir başa şahidi olmuş, onları real faktlarla qələmə almağa çalışmış və obyektiv təhlil etmiş bir xanımın dilindən anlatılan avtobioqrafik bir əsər oxudum. Məncə, özümüzü, tariximizi yaxşı başa düşmək adına bu əsəri hər kəs oxumalıdır. Çünki belə baxıram ki,
Qafqaz Günləri
Qafqaz GünləriBanin · Xan nəşriyyatı · 200749 okunma
240 syf.
·
Puan vermedi
"Bir ruhun hekayəsi!"
Bu əsər Oscar Wilde'ın ilk və son romanıdır. Amma 5 roman yazacağına tək bir kitabda 10 romanın təsirini buraxması necə bir yazar olduğunu açıqlayır. Yazar XX əsrdə geniş şəkildə yayılmış cərəyanlardan biri olan "romantinizim" cərəyanının nümayəndələrindəndir. Cərəyanın şüarı "həyatın olduğu kimi deyil, olmalı olduğu
Dorian Gray'in Portresi
Dorian Gray'in PortresiOscar Wilde · Mitra Yayınevi · 201173,1bin okunma
Reklam
455 syf.
·
Puan vermedi
·
6 günde okudu
Acı dolu iki həyat.
Kitabı bitirər-bitirməz, təsiri hələ də ürəyimdə ikən incələməni yazmağa başladım. Yazarın digər iki kitabını oxumuşam "Və dağlardan səda gəldi" və "Çərpələng uçuran". Amma səbəbini özümdə bilmədən üçüncü və sonuncu kitabı olan "Min möhtəşəm günəş" kitabını oxumağı həmişə başqa zamana saxlayırdım. Lakin sonunda oxumaq
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
128 syf.
9/10 puan verdi
·
7 günde okudu
Belə bir sual vermək istəyirəm. Özünün fədakar, mərhəmətli, yardımsevər, comərd, əxlaqlı...olduğunu düşünən var? Bir daha düşünmenizi xahiş edirəm. Mən şəxsən öz adıma deyim ki, bu kitab mənə ətrafımda olan hər bir insan haqqında və eləcə də ən çox özüm haqqında çox düşündürdü. Demək olar ki, kitabın hər bir cümləsini oxuyarkən ətrafımda olan insanlar və özüm haqqında çox dərin düşüncələrə daldım və sorğuladım. Bu kitabda sorğulamağı öyrəndim. Mark Tven uzun illər cəmiyyətin reaksiyasından qorxaraq bu əsəri qələmə almır. Amma nəticə etibarilə öz hökmdarına qarşı gələ bilməyərək əsəri dərc etdirir. Bu kitab bizə fərqli pəncərələr açır, tamamilə başqa baxış mövqelərindən baxmağı vəəd edir. Sözün əsl mənasında "siz hər şeyi yanlış bilirsiniz" deyə qışqırır.Yazar "İnsan nedir?" Sualı ilə fərqində olmadığımız şıltaqlıqlarımızı gün üzünə çıxarır və nə üçün bir maşından artıq olmadığımızı açıqlayır Mən kitabı məni çox ağır düşüncələrə salmağına baxmayaraq çox bəyəndim və düşünürəm ki, hər kəs özünü tanımaq üçün bu kitabı oxumalıdır. "Hesab edirəm ki, insan- çoxlu sayda mexanizmdən ibarət maşındır və onun zehni və mənəvi hissəsi fitri temperamentdən, çoxsaylı xarici təsir və tərbiyənin toplusundan təşkil olunmuş daxili ağanın arzusuna müvafiq olaraq avtomatik işləyir; bu maşının yeganə vəzifəsi öz ağasının mənəvi rahatlığını qoruyub saxlamaqdır, onun istəkləri yaxşı, yaxud pis olsa belə; bu maşının iradəsi mütləqdir və ona itaət etməlidir, itaət etməyə bilməz."
İnsan Nədir
İnsan NədirMark Twain · Qanun Nəşriyyatı · 202315,1bin okunma
420 syf.
9/10 puan verdi
·
6 günde okudu
Güclü bir qadının həyat hekayəsi!
Bir fədakar qadının həyatından... Həmin o fədakar qadın ki, başına hər nə bəla gəlirsə gəlsin yenədə gücünü toplayaraq həyata davam edir. Əsərdə Məsumə adlı bir qızın taleyi təsvir olunur. Adı kimi məsum olan Məsumə ailəsinin törətdiyi çətinliklər, Səidə olan nakam sevgisi onun uzun müddət bağlı qapılar ardında qalmasına səbəb olur. Ailəsinin təkidi ilə üzünü belə görmədiyi, sadəcə adını eşiddiyi biri ilə zorla evləndirilir. Məcburiyyət... Neçə insanın həyatını məhv edən o kəlimə. İnsanın özünün məcbur qalmasından danışmıram, başqaları tərəfindən məcbur buraxılmasından danışıram. Və bu kitabda da Məsumə həyatı boyunca başqaları tərəfindən hər nəyəsə görə məcbur buraxılır. Mən kitabı çox sevdim. Bu əsərdə əsəb, sevgi, kədər və nifrət kimi duyğuları çox dərindən hiss etdim. Hər kəsə tövsiyə edirəm. "Anam həmişə deyirdiki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan kecməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxafilətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpdılar. Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı."
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,548 okunma
264 syf.
·
Puan vermedi
·
5 günde okudu
Düşünərək yaşayanlar üçün...
Əsərin verdiyi hissləri sözlərlə ifadə etməyi bacarmıram. Xalqımızın repressiya illərində çəkdiyi ağrılı hadisələrdən biri olan "Aljir", yaşamaq ümidinin əlindən alındığı ziyalılarımızın ailə üzvlərinə, xanımlarına həsr olunub. Qara siyahıya bəyaz hərflərlə yazılmış Akmol qurbanlarımız. Əslində həyatın mənası, yaşamağ burada sorğulandı. Mən şəxsən öz adıma düşünürəm ki, kitabda qeyd olunan özbaşınalıqlar ve guya ədalət çərçivəsi daxilində olan ƏDALƏTSİZLİKLƏR aysberqin sadəcə görünən bir parçasıdır. Övladı əlindən alınmış ananın həyatı necə yaşamağa dəyər axı? Hətta gələcəkdə övladından "sizdən-valideynlərimdən nifrət edirəm" cümləsi ilə bitən məktub almışsa? Necə deyərlər, yaşamağın intihar olduğu yerde, intihar lüzumsuz qalıb... Mən bu incələməni məni dərindən sarsan, düşündürən, yerlə-bir edən və emosiyalarıma hakim ola bilmədiyim Firuzənin bir cümləsi ilə bitirmək istəyirəm. " Bu gün ana oldum. Amma unutmuşam, unutmuşam ki, məni axırıncı, ya da birinci dəfə kim zorlayıb..."
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019191 okunma