Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

ilhamaliyeva

ilhamaliyeva
@ilhamasbook
Bookstagrammer, booktrovert İnstagram: ilhamasbook
Baku, Azerbaijan
26 okur puanı
Nisan 2020 tarihinde katıldı
96 syf.
·
Puan vermedi
İlk öncə onu qeyd edim ki, bu kitab mənim yapon ədəbiyyatından oxuduğum ilk kitabdır. Xüsusilə bu çaplar o qədər gözəldir ki, bütün bu kitabları almaq və hər birini oxumaq istəyirəm. Bu kitabın bir fəlsəfəsi var. Bunu kitabı oxuyarkən yazılan hər cümlədə hiss edirsiniz. Sanki sizə nələrisə çatdırmağa çalışır amma təbii ki, siz o yazılanları tam dərk edib mənimsəyirsinizmi? sual budur. Başa düşülməsi və verilən mesajların alınması bir qədər çətindir. On gecə və on fərqli yuxu. Yuxuların reallıqla fantastika arasında gedib-gəlməsi həyəcanverici idi. Cümlələrin sanki şeir kimi ahənglə ifadə olunması oxucuya maraqlı təcrübə yaşadır. İnsanlar və ətraf mühit haqqında verilən məlumatlar elə gözəl təsvir olunub ki, təsirlənməmək mümkün deyil. Hekayələr qısadır amma daşıdığı mənalar çox dərindir. Ən bəyəndiyim yuxu 7-ci gecə yuxusu oldu. Bəyənməyimin səbəbi bəlkə də, hekayəni tam başa düşməyim ve verilən o mesajı anlamağım idi. Bu hekayədə bir cümlənin altından xətt çəkdim. "İlk dəfədir hara getdiyimi bilməsəm belə, gəmidə qalmalı olduğumun fərqinə vardım". Bu cümlə sizə də tanış gəldi? Mənə hiss etdirdiklərini sizə də hiss etdirdi? Hara getdiyimizin və nə üçün getdiyimizin bir mənası yoxdur. Önəmli olan biz bu gəmidəyik. Gəmi öz yolunu bilir, son nöqtəsindən əmindir. Biz bəzən burada olmağı istəməsək də, bəzən darıxsaq da, nələrdənsə şikayət də etsək, gəmidə qalmağın və bu səyahətə güvənməyin fərqindəliyini yaşamalıyıq. Bu kitabı bir də oxumağı düşünürəm və əlbəttə ki, yapon ədəbiyyatı oxumağa davam edəcəyəm.
On Gece Rüyası
On Gece RüyasıNatsume Soseki · Tokyo Yayınevi · 2023291 okunma
Reklam
255 syf.
·
Puan vermedi
Əsl sevgi nəyə qadirdir? Məncə yazıçı öz kitablarında sevgini çox gözəl təsvir edir. Əsl sevgi nədir və necə olmalıdır? siz onun kitablarını oxuyarkən bu suala cavab tapırsınız. Hekayənin ana süjet xətti sevgidir. Amma bu sevgi hekayəsi maraqlı və fantastik bir şəkildə yazılıb. İlk öncə hələ 30 yaşına çatmayan gənc və olduqca gözəl bir qadın
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0734 okunma
68 syf.
·
Puan vermedi
Acını azaltmağın nə mənası var?
Kitabın əvvəlində xarakterlərin həyatı və vəziyyətləri barədə məlumat verildiyindən, "mövzü tam olaraq, nə vaxt başlayacaq?" görəsən düşüncəsi ilə oxuyurdum, hekayə ağır başlamış və o cür davam edirdi. Lakin, 28-ci səhifədən sonra kitabın əvvəlində bəhs edilən iki xarakterin bir araya gəlməsi və söhbətə başlaması ilə birlikdə, hekayənin
Altıncı Koğuş
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202270bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
83 syf.
·
Puan vermedi
Güclü şahmat oyunçusu olmaq üçün nə lazımdır? Yüksək zəka və ya sürətli düşünmə qabiliyyəti? Ya anadangəlmə fitri istedad? Bəlkə o qədər çox boş vaxtın olmalıdır ki, şahmatın bütün incəliklərinə və strategiyalarına dərindən yiyələnəsən? Qarşı-qarşıya gələn iki şahmat oyunçusu. Biri dünya şampiyonudur, professional olaraq şahmat oynayır, digəri isə
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020237,5bin okunma
175 syf.
·
Puan vermedi
Sevdiyi qadın istədi deyə qumara başladı, qumar səbəbindən sevdiyini itirdi. Əvvəlcə sevdiyini itirdi, sonra həyatını, həyatın məqsədini və mənasını. Həyatı ilə qumar oynayan bir müəllim. Yox, yox canı qarşılığında oynamırdı, az pul qoyub çox pul götürürdü. Çox pul qoyanda isə az. Həyatı ilə qumar oynayırdı deyirəm çünki pul onun üçün nəsə ifadə
Qumarbaz
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201868,7bin okunma
Reklam
432 syf.
·
Puan vermedi
Öz həyatınızı bir insan cildində təsvir etsəydiniz, xarici görünüşcə necə biri olardı? Təsəvvür edin ki, bir gün həyatınız insan olaraq qarşınıza çıxır. Nə düşünürsünüz, o necə biridir? Gözəl və ya yaraşıqlı yoxsa eybəcər? Həyat sizə özüylə bağlı sizin də bildiyiniz amma görməzdən gəldiyiniz həqiqətləri çatdırır. Həyatınız qaydasındadırsa, onun
Xoşbəxt Çağlarım
Xoşbəxt ÇağlarımCecelia Ahern · Qanun Nəşriyyatı · 20231 okunma
210 syf.
·
Puan vermedi
Bu kitab haqqında uzun uzun yazmaq istəmirəm. Çünki hekayə qəlbimi qırdı və məni çox incitdi. Heç onsuz da yazmaq istəsəm belə hekayədəki o acını və duyğuları sözlərlə ifadə edə bilməyim mümkün deyil. Bir insan öz qısa həyatına nə qədər kədər sığdıra bilər? Kitab çox qarşıma çıxdığı üçün oxumaq qərarına gəldim, haradan bilə bilərdim bu qədər çox ağlayacağımı? Kitabın adı "yaşamaq"-dır ama bu hekayədə yaşamaq adına heç nə yoxdur ancaq ölüm var. Sonda demək istəyirəm ki, "Youqing, sənin öz quzuların üçün hönkür-hönkür ağladığın kimi mən də sənin üçün ağladım, səni və o böyük ürəyini unutmayacağam balaca oğlan". Xatırladıqca və yazdıqca hələ də, duyğulanmağım normaldır?
Yaşamak
YaşamakYu Hua · Jaguar Kitap · 201633,6bin okunma
336 syf.
·
Puan vermedi
Söhbət sevgidən gedirsə, necə birisiniz? Tamamilə ağlı və məntiqi ilə hərəkət edən ya duyğularını tanıyıb və onlara inanaraq addım atan? Və ya hər ikisini balansda saxlamağı bacarırsınız? Jane Austinin "Düşüncə və hissiyat" kitabında bir-birini çox sevən və həmişə dəstək olan iki bacının başına gələn hadisələr əks olunub. Bacıların hər
Düşüncə və Hissiyyat
Düşüncə və HissiyyatJane Austen · Qanun Nəşriyyatı · 20196,5bin okunma
·
Puan vermedi
Bir zamanlar uşaq olduğunu unudan bütün böyüklərin oxumalı olduğu o kitab.
Düşünürəm ki, bu kitabı oxumayan yoxdur ama əgər oxumamısınızsa, özünüzə və uşaqlığınıza bir yaxşılıq edin və bu kitabı mütləq oxuyun. Bir neçə saatınızı ayırın və bir dəfəyə oxuyun. Kitabı əlinizə alıb oxumağa başladığınızda nələrsə sizə tanış gələcək. Kitaba doğru çəkiləcəksiniz, çünki uşaqlığınız sizi çağıracaq. Bu kitabda həyata uşaqların gözü ilə baxacaqsınız və bir anda hər şey sizə mənasız görünəcək. "Hər yetişkin bir zamanlar uşaq olub". Bəs biz insanlar bu faktı niyə unutmuşuq? Xatırlamağımız üçün bizə də ulduzlardan gələn bir balaca şahzadə lazımdır? Məncə yox. Tülkünün balaca şahzadəyə dediyi kimi ürəyimizə baxmalıyıq, çünki yaxşı və vacib olan nələrisə ürək vasitəsilə görmək mümkündür. Özümüzə və ətrafımızda olan hadisələrə laqeyd olmağı nə vaxt öyrəndik? Bəs nələrinsə bizim marağımızı cəlb etməyi və bizim sual verməyimiz nə vaxt dayandı görəsən? Nə zaman insanlara baxanda ancaq rəqəmlər (yaşı,kilosu,qazancı) görməyə başladıq? Sevgi və dostluğa əhəmiyyət verməyi necə unutmuş ola bilərik? Həqiqətən bağlı olduğumuz nə üçün zaman və əmək sərf edirik? Könül bağı qurduğumuz nə isə var mı? Necə tez böyüdük? Niyə böyüdük? Gördüyünüz kimi 90 səhifəlik bu balaca hekayə mənə neçə sual yazdırdı. Bəlkə də sizə daha çox sual verəcək, bəlkə də axtardığınız suallara cavab.
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Türkiye İş Bankası Kültür Yayınları · 2021235,2bin okunma
94 syf.
·
Puan vermedi
Bu kitab bir teatr oyunudur əslində. Maraqlı və bir az da əyləncəli bir dil ilə yazılıb. Cəmi 92 səhifədən ibarət olan bu kiçik teatr oyununda adı çəkilən xarakterlər bu həyatda yerini tapa bilməyən, ümumiyyətlə nə istədiyini başa düşməyən, sadəcə səbəbsizcə və dəlicəsinə sevən, özündən başqasını düşünməyən, həyatdan və yaşamaqdan doyan və doymayan, həyata tamamilə fəlsəfi gözlə baxan, istədiyi həyatı yaşayan ama bundan narazı olan, nəyin bahasına olursa olsun arzularının arxasınca getməyə həvəsli olan biriləridir. Ortaq cəhətləri isə hər birinin xoşbəxt olmaq arzusudur və siz istər-istəməz hər xarakterdə özünüzü tapırsınız,hətta bəziləri üçün kədərlənə bilir, bəzilərinə qəzəblənirsiniz. Oyunda çox sevgi də var ama qarşılıqlı heç nə yoxdur. Kitabın son cümləsi hədsiz təsirlidir, bitirdiyim zaman bir neçə dəqiqə cümlənin üzərində dayandım. Həmin cümlə əvvəllər də bu barədə düşündüyüm və özümə verdiyim bir sualı mənə yenidən xatırlatdı. Yaşamaq üçün bir səbəbə ehtiyacımız var mı və son anda könül rahatlığı ilə "bu həyatı həqiqətən yaşadım" demək üçün necə yaşamalıyıq?
Martı
MartıAnton Çehov · İş Bankası Kültür Yayınları · 201620,3bin okunma