Başsız meyit

Nurəddin Qənbər

Başsız meyit Hakkında

Başsız meyit konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
6/10
1 Kişi
2
Okunma
Beğeni
354
Görüntülenme

Hakkında

#Başsız meyit" romanı ölkəmizdə gedən yenidənqurma ilə səsləşir. Həmişə vicdanın səsinə qulaq asan, təmiz işləməyi özünə borc bilən, saxtakarlıqlara qarşı mübarizə aparan və nəticədə durğunluq dövrünün qurbanı olaraq kənar edilən Bəhrəmzadə, Bəbirov kimilər sosial ədalət nəticəsində yenidən fəaliyyətə başlayırlar.
Türler:
Tahmini Okuma Süresi: 6 sa. 29 dk.Sayfa Sayısı: 229Basım Tarihi: 1992Yayınevi: Yazıçı nəşriyyatı
ISBN: 5560005800Ülke: AzerbaijanDil: Azerice
Reklam

Yazar Hakkında

Nurəddin Qənbər
Nurəddin QənbərYazar · 1 kitap
Nurəddin Qənbər (azərb. Nurəddin Qənbər oğlu Mirzəyev‎; d.20 iyun 1933, Ağcabədi, Qaradolaq k.) — nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Fəxri cərrahı, Müharibə və Əmək vətəranı. 1933-cü ildə iyunun 20-də Azərbaycanın Ağcabədi rayonunun Qaradolaq kəndində anadam olub. 1950-ci ildə Zərdab rayonunun mərkəzindəki M.Qorki adına orta məktəbi bitirib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirir. 1957-ci ildə əmək fəaliyyətini Türkmənistanda cərrah-həkim kimi başlamışdır. 1957-61-ci illərdə Kazançik şəhəri xəstəxanasında cərahiyyə şöbəsinin müdiri, 1961-71-ci illərdə Azərbaycanda - Ağcabədi rayon mərkəzi xəstəxanasında cərrah-həkim, 1971-ci ildə baş həkimin müavini, 1973-74-cü illərdə isə baş həkim vəzifəsində çalışmışdır. Hazırda Bakıda akademik Mir Qasımovun adına Respublika Klinik xəstəxanasında cərrah-həkim işləyən N.Qənbər 1982-ci ildə Markisizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-75-ci illərdə Ağcabədi şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir.