Doğrusu deməliyəm ki, çoxda Rus klassiki sevən biri deyiləm. Və bu kitabıda həm bəyəndim,həmdə bəyənmədim. Oxumasaqda olar yəni..
Əsərin əsas mövzusu Velçaninovla onun mərhum sevgilisinin sonradan evləndiyi Pavel Pavloviçlə olan qarışıq münasibəti üzərində qurulub. Pavel Pavloviç mənəviyyatca zəif,arvad sözüylə oturub-duran,müəllifin təbirincə desək, işi-peşəsi yalnız kiminsə "əbədi ər"i olmaqdan ibarət olan bir obrazdır. (Mən bu obrazın əsərin başlanğıcından, sonuna qədər sevmədim) Kitabın əsas tragik qəhrəmanı isə balaca Lizadır. (Əsərdə ən çoxda Liza üçün pis oldum. Düşünürəm ki, əsərdə ona daha çox rol verilsəydi daha yaxşı olardı.) Əslində atası bildiyi Pavloviç qıza hər baxışında arvadının onu başqa kişiylə necə aldatdığını xatırlayır..