Əslində arzuladığımız, çırpındığımız, arxasınca qaçdığımız arzularımızın (xəyallarımızın) əslində edilməsi gücünün özümüzdə olduğunu və "bunları edə bilməsək xəyalını da qura bilmərik" sözünün gerçəkliyini görürük. Bunu etmək ona görə çətin gəlir ki, ya biz "istəkli, həvəsli və tənbəl" oluruq, ya da komfort zonadan çıxmaq bizim üçün çətin olur. Elə bu kitabın bir çox səhifələrində"təhlükədən qaçma" ifadəsi işlənir ki, bu da yuxarıda dediklərimizin qarşısını almaq üçündür. Rio Pyedra sadəcə bir çay deyil (əlbəttə, xatirələri olanlar üçün), o həm də xatirələr, anlar, dostluqlar, eşq məkanıdır. Kitabın əsas qəhrəmanı olan Pilar 1 həftəlik özünükəşfə çıxır. Bu müddət bir çoxumuz üçün qısa olsa da, Piların "öz"ünü tapmasına səbəb olur. Bu bir həftəlik özünükəşfdə biz də düşünməyə vadar olur, əsl sevginin insanı xəyallarından yayındıran məfhum deyil, insanı xəyallarına yaxınlaşdıran, arzularına həvəsləndirən bir məfhum olduğunu görürük. Pilar özünü kəşf edir, bəs Piların timsalında biz özümüzü kəşf edirikmi? Oxuyun. Düşünün. Kəşf edin