Gabriel Garcia Marquez bu hekayəni yazdığı ən yaxşı əsər adlandırıb(Kırmızı Pazartesi-ni yazana qədər) Ola bilsin, ilk əsərlərindən biri olduğu üçün ona daha əzizdir. Amma mən "Yüz ilin Tənhalığı" romanını daha çox sevdim.
"Polkovnikə məktub yoxdur" əsəri oğlunu xoruz döyüşləri zamanı itirmiş qoca polkovnik və həyat yoldaşının yoxsul amma ümidlərlə dolu həyatından bəhs edir. Onların yalnız ümidləri var və həyat hər şeyi əllərindən alsa da ümidlərini belə asanlıqla itirməyə niyyətləri yoxdur. Yoxsul və gəlirləri olmadığı üçün evindəki əşyaları satmağa başlayır, oğlundan qalan döyüş xoruzunu da oğlunun dostlarının təkidi ilə bəsləyirlər ki, bəlkə döyüşləri qazanar, əllərinə pul keçər. Polkovnik müharibə veteranıdır, 15 ildir gözləyir ki ona təqaüd verilsin. Hər cümə günü limana təqaüd alacağı haqqında təsdiq məktubunu almağa gedir. Amma poçtalyonun cavabı həmişə eyni olur "Polkovnikə məktub yoxdur".