Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Eserleri

Mikayıl Müşfiq

Yorumlar ve İncelemeler

Tümünü Gör
352 syf.
·
Puan vermedi
·
24 günde okudu
Nə vaxtdır incələmə yazmırdım. Darıxdım kitablar haqqındakı hislərimi sətirlərə düzmək üçün. Bu günkü incələməni yazmaq mənim üçün çox çətin olacaq. Repressiya qurbanlarından olan, xalqımın nakam şairi, ölümündən sonra bəraət qazanan Mikayıl Müşfiqdən oxuduğum ilk kitab oldu bu kitab. Əlbəttə dillərə dastan olan, musiqisi bəstələnmiş şeirləri dəfələrlə göz yaddaşımdan keçmişdir. Ancaq qələmiylə ilk dəfə bu qədər yaxından tanış oluram. Xalqın rifahına, zülmə qarşı dirçəlişinə, zalım idarəçiliyə isyan var şeirlərində şairin. Qadına dəyər, əməkçilərin zəhmətinə hörmət var. Mənim şairdən incikliyim, fırıldaqçı mollaları hədəf alarkən din baxımından sərt tənqid etməsi oldu. Məsələn; Azərbaycan ədəbiyyatında xalqın imanından suiistifadə edən dırnaq arası mollaları tənqid edən yazıçılarımız heç də az olmamışdır.
Celil Memmedguluzade
Celil Memmedguluzade
Mirze Elekber Sabir
Mirze Elekber Sabir
və sairə... Ancaq onların hədəfi din deyil, saxta mollalar olmuş, qələm mübarizəsini onlara qarşı yönəltmişdilər. Müşfiqdə isə dinə fərqli baxış olduğu hissi yarandı məndə. Əlbəttə bunu ədəbiyyatçılarımızdan soraqlaşıb öyrənməyi də düşünürəm. Bəlkə də mən yanlış anlamışam. Kitabda romanlar, ibrətamiz hekayələr nəzm formasında qələmə alınmışdır. Sonlarda isə uşaqlar üçün yazılmış şeirlər var. Xalqın dilində əzbərə çevrilmiş "Şəngülüm, Şüngülüm, Məngülüm" nağılını da ilk dəfə fərqli formada oxumuş oldum. Kitabın pdfsi üçün
Vəfa Hafiz
Vəfa Hafiz
ə təşəkkür edirəm. Kitablarda görüşmək üzrə xoş günlər diləyirəm..
Seçilmiş Eserleri
Seçilmiş EserleriMikayıl Müşfiq · Şərq-Qərb · 2004121 okunma
Reklam
%72 (256/352)
10/10 puan verdi
·
Beğendi
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatında həm üsyankar-inqilabi, həm də romantik şeirləri ilə iz buraxmış şairlərdəndir. Qısa bir ömür yaşadı, min ömrə bərabər! Onun sərbəst vezndəki romantik şeirləri ruhu oxşuyur. Ve insan qəlbinə baharı gətirir oxuduqca...♡
Seçilmiş Eserleri
Seçilmiş EserleriMikayıl Müşfiq · Şərq-Qərb · 2004121 okunma
352 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Yaxın bir rəfiqəmin
Vəfa Hafiz
Vəfa Hafiz
Müşviq sevdasına olan heyranlığım nəticəsində başladım kitaba. Əslində şeir oxumağı sevən biri deyiləm ,amma indidən sonra çox güman ki, sevəcəm. Müşviqin həyat eşqi,nikbinliyi çox xoşuma gəldi. Əksərən mənə elə gəlir ki,şairlər yazıçılar bədbin ruhlu olurlar və onların əsərlərinin belə gözəl olması bu bədbinlikdən irəli gəlir. Müşviqi oxuyandan sonra bu fikrimdən daşındım. Həyat eşqi ilə alışıb yanan şair bunu şeirlərində də hiss etdirir. Çoox gözəl şeirləri var. Oxumağa dəyər. Xoş mütaliələr...
Seçilmiş Eserleri
Seçilmiş EserleriMikayıl Müşfiq · Şərq-Qərb · 2004121 okunma
352 syf.
9/10 puan verdi
·
Beğendi
Azərbaycan ədəbiyyatının əvəz olunmaz şairi Arzuya bax sevgilim tellərindən incəmi? Söylə ürəyincəmi? Misralarının sahibi Oxu tar deyib represiyaya qurban geden sənətkarımız...
Seçilmiş Eserleri
Seçilmiş EserleriMikayıl Müşfiq · Şərq-Qərb · 2004121 okunma
Reklam
352 syf.
10/10 puan verdi
·
Beğendi
Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik. Ürkək baxışlarınla ruhumu dindirəydin, Məni sevindirəydin, Gizli söhbət açaydıq ruhun ehtiyacından. Qardaşından, bacından çəkinərək çox zaman söhbəti dəyişəydin, Mənimlə əyişəydin. Yenə də bir vuraydı qəlbimiz gizli-gizli, Sən ey əsmər bənizli!.."
Seçilmiş Eserleri
Seçilmiş EserleriMikayıl Müşfiq · Şərq-Qərb · 2004121 okunma
352 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Ah Mikayıl, ah! Kaş həyatın bu qədər keşməkeşli olmayaydı. Bəlkə bu əsərlər də o keşməkeşlərin nəticəsidir. Bəlkə belə əsərlər yarada bilməyin üçün o əzab-əziyyəti çəkməliymişsən. Amma bilirəm ki, bunları yaşamasaydın da, gözəl əsərlərini yaradacaqdın. Ruhun şad olsun. Belə gözəl əsərlər yaratdığın və mənim şeir oxumağıma vəsilə olduğun üçün hər zaman ən sevimli şairim olacaqsan. Yenə o bağ olaydı, yenə yığışaraq siz, o bağa köçəydiniz...
Seçilmiş Eserleri
Seçilmiş EserleriMikayıl Müşfiq · Şərq-Qərb · 2004121 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.