Yüksek Puanlı Sonsuz Yorumları ve İncelemeleri

Yüksek Puanlı Sonsuz sözleri ve alıntılarını, yüksek puanlı Sonsuz kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

9.110 üzerinden
23 Kişi · 10 İnceleme
220 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Spoyler var!
Açığı sevgi romanlarını, məişət mövzusunda yazılmış əsərləri, romanları oxumağı sevmirəm, amma bu kitab onlardan seçilirdi deyə oxudum. Göz yaşları ilə bitirdiyim kitab oldu. Bu romanda sevgini Fərəhdə gördüm. Çünki o hər şeyə rəğmən Sahibi gözlədi, sevdi və hər şeyə rəğmən onu qəbul etdi ( bir çox "qızın yox, bir çox " insanın "
Sonsuz
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201850 okunma
220 syf.
10/10 puan verdi
·
4 günde okudu
Tənhalıq sonsuzluqdan daha betərmiş....
Hardan başlayım,necə başlayım bilmirəm. Düzü boşluqda kimiyəm. "Kaş yavaş-yavaş oxuyardım bu qədər tez bitməsəydi" dedirtən bir kitab oldu.Kitabı oxuyanda baş obraza inanılmaz əsəbləşirdim. İçdən içə öz günahını qəbul etməyib, "məni tələyə saldı mənim günahım yoxdu" deməsi dahada obraza qarşı mənfi düşünməyimə səbəb oldu.İlk
Sonsuz
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201850 okunma
Reklam
220 syf.
9/10 puan verdi
·
3 günde okudu
Tənhalıq, sonsuzluqdan da betərmiş...
Salam. İlk öncə burdan başlayım , yazıçı əsəri elə səlis, elə aydın, elə axıcı dillə yazıb ki, insan oxuduqca oxumaq istəyir. Elə məqamlar oldu ki, əsəbdən bilmədim nə edim, hətta kitabı yarıda buraxıb bir az sakitləşib yenidən davam etdim. Sahibə əsərin əvvəlində çox əsəbiləşdim, istəməzdim nəfsinin qurbanı olsun. Kristina ona Anaitlə bağlı bütün həqiqətləri açıb demişdi,necə biri olduğunu,bir ailəni necə dağıtdığını nöqtə, vergülünə qədər danışmışdı. Mənim fikrimcə, Sahib bunları bilə-bilə bu tələyə düşməməliydi . O ömrünün son vaxtlarına qədər etdiyinin cəzasını çəkir. Sonda çox qorxdum ki, Ziya xəbəri verməyə gedəndə Sahib ölmüş ola, amma şükür elə olmadı və illərin həsrətinə son qoyulur. Hər kəsə tövsiyə edə biləcəyim bir əsərdir, çox maraqlı və axıcı idi.
Sonsuz
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201850 okunma
220 syf.
9/10 puan verdi
·
Beğendi
·
20 saatte okudu
Tənhalıq,sonsuzluqdan da betərmiş
O qədər qorxurdum ki sonu pis biticək deyə əgər elə bitseydi özümü asardım o dərəcə . Əsasən kitabda alıntı sözlər yox idi . Buna çox heyifslənirəm . Yaxşı ki pdfdən oxumuşam. Amma bəzən gözümün dolduğu, ağladığım isyan etdiyim səhnələr oldu. Əsasən sinir krizleri idi . Əsasən kitabda yazarın qeydləri çox xoşuma gəldi Yəni belə baxanda 10 üzərində 9 puan verirəm . Həm də kitabın ən axrında nömrə var idi sabah bəlkə ya da o bisi gün zəng edəcəm . Kitabı oxuyan biri anlayar nə demək istədiyimi.
Sonsuz
Sonsuz
Əli Rzazadə
Əli Rzazadə
Sonsuz
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201850 okunma
220 syf.
9/10 puan verdi
·
Beğendi
Sonsuz
Əsər axıcı olmaqla yanaşı həm də cəmiyyətin istənilən fərdi tərəfindən başa düşüləcək şəkildə yazılıb . Əsərdə duygu və hisslərin çoxundan istifadə edilməsi əsərə daha da marağ qatır ,əsərin yarısına qədər Sahib obrazına nifrət aşılayırdım... Lakin Sahibin Fərəh haqqında dediyi ifadə " o an mən anladım ki, əsl sevgi insanı bütün çirkinliklərilə birlikdə qəbul etməkdən ibarətmiş"... - bu cümləni görənə qədər ,Sahibə nifrətimin yaranması isə əsərin başlanğıcında olan Fərəhin duygularını heçə sayması olmuşdu. Əsərdə Anaitin- hiyləgərliyi , Kristinanın - qüruru , Sahibin nəfsinə hakim olmaması , yaxınlara doğmalara qarşı özləmin təsviri möhtəşəm idi .
Sonsuz
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201850 okunma