Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Uzaq Sahillərdə

Həsən Seyidbəyli

Yorumlar ve İncelemeler

Tümünü Gör
308 syf.
9/10 puan verdi
·
3 günde okudu
Mixaylo
Çepovani (Sloveniya) yaxınlığında indi də böyük bir məzar daşı var. Bu daşın üstündə aşağıdaki sözlər həkk olunub. "Rahat yat, Azərbaycanın qəhrəman oğlu, bizim sevimli Mehdimiz! Sənin azadlıq naminə göstərdiyin qəhrəmanlıq dostlarının qəlbində əbədi yaşayacaqdır". II Dünya müharibəsi zamanı faşist ordusuna qan uddurandan, böyük
Uzaq Sahillərdə
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201925 okunma
Reklam
308 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Mixaylo...
Əsər almanların qorxulu yuxusu, Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunmuşdur. Kitabdakı hadisələr real tarixi faktlara əsaslanır. Mehdi Hüseynzadə haqqında tarix dərslərindən öyrənmiş olduğum az bir məlumatım vardı. Həyatından bəhs edən bu kitabı oxumağa qərar verdiyim zaman "Mixaylo"nun həyatının, mübarizəsinin məni bu qədər sarsacağını, eyni zamanda həm kədərləndirib, həm də qürurlandıracağını düşünməmişdim...   Mehdi Hüseynzadə İkinci Dünya müharibəsi zamanı əsir düşmüş, daha sonra düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Hitlerçilərə qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmiş, qəhrəmanlığı, mərdliyi, cəsurluğu ilə dastana çevrilmişdir.   Əsərdə Mixaylonun mərdliyi, cəsarəti, dostluğu, vətən sevgisi "parlaq boyalarla" əks etdirilib. Kitabı qürur hissi ilə oxudum. Sonu o qədər təsirli idi ki, göz yaşlarıma hakim ola bilmədim. Daha sonra "Mixaylo"nun həyatını araşdırıb, bu zamana qədər izləmədiyim "Uzaq sahillərdə" adlı filmi izlədim. Bir daha xalqımla, xalqımın igid oğulları ilə qürur duydum. Şiddətlə tövsiyyə edirəm. Xoş mütaliələr... "Mehdi kimi adamlar ancaq yaşamaq üçün doğulublar!" #194443944
Uzaq Sahillərdə
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201925 okunma
308 syf.
7/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
"Uzaq sahillərdə" tək-tük əsərlərdən biri oldu ki, mənimçün filmi daha güclü təsir bağışladı, nəinki kitabı. Əsərdəki hadisələr ardıcıllığı oxucunu həyəcanlandırmağı və növbəti səhifələri oxumaqçün maraq doğurmağı bacarsa da, dövrümüzdə bir qədər əhəmiyyətini itirmiş bəzi dəyərlər, misalçün, yoldaşlıq, sədaqət, bir-birinə dərin bağlılıq, qoruma, sevgi, hörmət, inam kimi möfhumlar ön plana çəkilib, insan münasibətlərində nə qədər önəmli rola malik olduğu göstərilsə də, əsərdə hadisələrin və duyğuların ifadə tərzi, bədiiliyi, təsir gücü bir o qədər də uğurlu deyildi, mənə görə. Amma yenə də, buna rəğmən, oxumağa dəyərdi. Müharibənin bütün çirkin, dəhşətli, qəddar, acı gedişatına qoşulmaq məcburiyyətində qalmış Mehdinin və yoldaşlarının azadlıq, səadət, həsrət dolu qəlbini onun çəkməyə çalışdığı, amma heç vaxt tamamlaya bilmədiyi rəsmi timsalında oxumağa dəyərdi.
Uzaq Sahillərdə
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201925 okunma
308 syf.
10/10 puan verdi
·
10 günde okudu
Unutmağa qıymaram
Öz ədəbiyyatımız, öz filmlərimiz.. Pəhhh! • Bu kitabı neçə vaxtdır ki, şəxsi kitabxanamın üzvü edib, oxumağı çoox istəyirdim. Və bu istəyimi reallaşdırdım axır ki - Nə qədər anlatsam da, yenə də ifadələrin kifayətsiz qalacağına əminəm. #alıntı “ Bu adamlar elə zənn edirdilər ki, onlar dünyanın məhvəridirlər. Guya onlar dünyada elmin ən yüksək zirvələrini fəth etmişlər: hücum, məngənə, mühasirə və sairə.. Guya elm bundan ibarət imiş. “ Bu möhtəşəm roman hər addımına, elə özün də heyran qaldığım Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədən bəhs edir. Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviya və Triestdə ən çox axtarılan partizandır. Alman zabiti paltarında, almanlarla dolu restorana girir və uğurlu “terror aktı törədir. Lakin partizanlara sızmış bir casus (Karranti) tərəfindən yaralanır. Sağalma dövründə Mehdi bir müddət əməliyyatlardan kənarda qalır və vaxtını rəsm çəkməklə keçirir və müharibədən sonra doğma Bakıya qayıtmaq arzusunda olur. Almanlar Mixaylonun mükafatını artırarkən, o, varlı bir italyan iş adamından partizanlara yemək almaq üçün cəsarətli bir əməliyyat həyata keçirir. Bundan əlavə, birdə tamamlanmamış sevgimiz var; Ancelika və Mixaylo O isə bambaşqa bir hekayədir.. Spoiler verməyim deyə sonu deməyəcəyəm, amma kaş ki fərqli olardı hər şey Mehdi üçün.. Bu arada filminə də baxmışam və yenə baxdım romanla bəzi hissələrdə dəyişiklik olsa da, yenə də çox gözəl idii və çoox bəyəndim Onsuz da, dəfələrlə oturub izləyəbiləcəyim filmlər sırasındadır
Uzaq Sahillərdə
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201925 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.