Sabahattin Ali-nin oxuduğum ilk kitabı olan “İçimizdeki şeytan” əsəri, istər hekayəsi, istərsə də fəlsəfəsi baxımından bəyəndiyim kitablar sırasında yerini aldı. Hekayə Ömər və Macidənin bir-birlərini 2 həftə qədər az bir müddət ərzində tanımaqlarına baxmayaraq aşiq olub evlənmələri ilə başlayır. Lakin ani bir həvəslə, gələcək haqda düşünmədən belə bir addım atan bu iki gənc, evləndikdən qısa müddət sonra həm maddi baxımdan sıxıntılarla üzləşir, həm də xarakter baxımından nə qədər zidd olduqlarının fərqinə varırlar. Ömər, 30 yaşına yaxınlaşmağına baxmayaraq, ani həvəslərin arxasıyca qaçan, bir işin ucundan tutmayan, öz iradəsini idarə edə bilməyən, içində olduğu mühiti sevməməsinə baxmayaraq uzaqlaşa da bilməyən, hələ böyüməmiş uşaq kimidir. Elədiyi bütün pislikləri, öz iradəsi ilə etmədiyini, bunları ona “İçindəki şeytan”-ın məcbur etdiyini deyir, və buna özünü də inandırırdı. Digər tərəfdən Macidə isə yaşı ilə müqayisədə daha yetkin, daha ciddi, və öz iradəsinə hakim olmağı bacaran bir qızdır. Musiqi təhsili alan tələbə olan Macidə, Ömərin bu uşaq xasiyyətini bəyənmədiyi halda, onu dəyişdirə biləcəyinə inanaraq onunla evlənmişdi. Əslində bu iki gənci bir-birinə bağlayan saf sevgidən əlavə, daha çox bu idi: Ömər Macidənin onu dəyişdirə biləcək qədər güclü iradəsinə inanmış, Macidə isə Ömərin ona yaşamaq üçün möhtac olmasını sevmişdi. Ancaq zaman keçdikcə, hər ikisi anlayır ki, Ömər özü istəmədikcə Macidə onu dəyişdirə bilməz. Həmçinin, bəlkə də uzun illər çəkəcək bu mübarizəni Ömər tək başına, öz içində həll etməli, və heç bir günahı olmayan Macidəni bu yolda özü ilə bərabər həba etməməlidir. Kitabın bir hissəsində, Macidənin Ömərə yazdığı məktubda deyildiyi kimi, əgər bu iki gənc bir-birlərinə bir neçə il sonra təsadüf etmiş olsaydılar, biz tamamilə başqa sevgi