Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
·
Puan vermedi
Kitablar məni təqib edir¿?
Sizə əksər kitabların özünün gəlib məni tapdığı barədə məlumat vermişdim. Bu kitab da istisnalıq təşkil etmədi. Bu incələməmə ilk öncə kitabı hədiyyə edən, adını çəkməyəcəyim şəxsə təşəkkürumü bildirməklə başlamaq istərdim. Təşəkkürlər! Nə qədər müasir dövrdə durğunluq dövrünü yaşadığını düşünsəm də, həqiqətən Azərbaycan ədəbiyyatının mənim
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019288 okunma
“Oxuma tar, səni sevmir proletar”
Süleyman Rüstəm: "Kəs səsini, ötmə dedim, ötmə dedim, ötmə tar. İstəməyir proletar, səndə çalınsın “Qatar”" Mikayıl Müşfiq: "Oxu tar, mən səndə İstənən havanı çala da bilərəm. Mən səndən bu günün zövqünü Ala da bilərəm." Süleyman Rüstəm: "Yox, yox, buna qane oldum, tarı səsə qoymaq olmaz, Onun doğma ahəngindən doymaq olmaz, doymaq olmaz"
Reklam
Sevgilim, həyata məhəbbətlə bax! Bu sulu, torpaqlı dünya gözəldir. Yer gözəl, göy gözəl, təbiət gözəl, Asiman gözəldir, dərya gözəldir. Fəqət sənin eşqin, mənim xəyalım- Bunların hamısından daha gözəldir.💖
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Nə arzu eyləsən, könlümdə vardır, Eşqimin səhəri bir ilk bahardır. Ona könül verən nə bəxtiyardır, Fikrim-hissim təzə gülşən kimidir. Müşfiqin ürəyi yarpaqdan incə, Titrəyir bir xəfif ruzgar əsincə, Məşuqun ayağı haraya dəysə, Orası aşiqə vətən kimidir.
Məni gözəl xatırla...
Bunlar son misralar… Fərz et ki, bir külək idim, əsib keçdim həyatından… Ya da bir yağmur, sel oldum çöllərdə… Sonra torpaq çəkdi suyu canına Yox olub getdim, bəlkə röya idim səninçün Oyandın və mən bitdim… Məni gözəl xatırla… Çünki sevdim sənin mən hər şeyini… Sənə sirdaş oldum, dost oldum Qoynumda ağladın… Üzünə vurmadım heç bir nöqsanını Məni
264 syf.
10/10 puan verdi
·
Beğendi
"Qızılgül olmayaydı"
"QIZILGÜL OLMAYAYDI" RƏSUL RZA İnanıram, bir gün onun səhər gələcəkli pioner oxucuları çiçəklərlə bəzəyəcək şairin heykəlini. ...ancaq elin qəmli gəlini, qızılgül olmayaydı, saralıb solmayaydı.. POEMANI OXUDUQCA İNSANIN ÜZƏRİNƏ BİR TƏRƏFDƏN DƏRİN HÜZN ÇÖKƏRKƏN , BƏZİ HİSSƏLƏRİNİ İSƏ OXUDUQCA
Seçilmiş Əsərləri - V Cild
Seçilmiş Əsərləri - V CildRəsul Rza · Öndər Nəşriyyatı · 20058 okunma
Reklam
150 syf.
10/10 puan verdi
Müşfiq kimi bir insana hər kim olsa aşiq olar... Şair qəlbi kövrək olur deyirlər, həqiqətən də Müşfiq kövrək, zərif, incə ruhlu bir insandır. Kaş ki, onunla bir dövrdə yaşasaydım da onun şeirlərini öz dilindən eşitsəydim... Müşfiq haqqında yazmaq istədiyim o qədər sözlər varki. Lakin bu kitab mənim üçün özəl və özəl biri üçün oxudum deyə heç bir alıntı etmədim. Və kitab haqqında da çox şey danışmaq istəmirəm. Bir sözlə sənə vuruldum Mikayıl Müşfiq♡
Müşfiqli Günlərim
Müşfiqli GünlərimDilbər Axundzadə · Kitab Klubu Nəşriyyatı · 2019288 okunma
Mikayıl Müşfiq 113 yaşında
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
Sən məndən uzaqsan, mən səndən uzaq, Uzaqdır sеvimli gözlərin mənə. Yaхındır tеlеfon sayəsində baх, Ürəкdən saçılan sözlərin mənə. Nеçin ruhlanmasın bu yеni şair, Çapar gözləməyir canan еlindən, Çılğın arzuları еşqinə dair Mərhəmət ummayır səba yеlindən. Əvət, böylə qalmaz yarın bu ölкə, Tеlfonda fiкrimi açarкən sənə, Həsrətlə baхdığım üzün də bəlкə Uzaqdan uzağa görünər mənə. Məhəbbətin dərin, хəyalın dərin, Nə çıхar sözlərə кönlümü vеrsəm?! Əslinə varmaqçın bu söhbətlərin, Nolur gözlərini tеlfonda görsəm?! Məni inandırmaz yoхsa bu sözlər, Az iş gəlməmişdir qərib başıma. İstərəm ürəyin aynası gözlər Açıb həqiqəti qoysun qarşıma. Əvət, böylə qalmaz yarın bu ölкə, Tеlfonda fiкrimi açarкən sənə, Həsrətlə baхdığım üzün də bəlкə Uzaqdan-uzağa görünər mənə.
Sayfa 45 - PdfKitabı okudu
352 syf.
·
Puan vermedi
·
24 günde okudu
Nə vaxtdır incələmə yazmırdım. Darıxdım kitablar haqqındakı hislərimi sətirlərə düzmək üçün. Bu günkü incələməni yazmaq mənim üçün çox çətin olacaq. Repressiya qurbanlarından olan, xalqımın nakam şairi, ölümündən sonra bəraət qazanan Mikayıl Müşfiqdən oxuduğum ilk kitab oldu bu kitab. Əlbəttə dillərə dastan olan, musiqisi bəstələnmiş şeirləri dəfələrlə göz yaddaşımdan keçmişdir. Ancaq qələmiylə ilk dəfə bu qədər yaxından tanış oluram. Xalqın rifahına, zülmə qarşı dirçəlişinə, zalım idarəçiliyə isyan var şeirlərində şairin. Qadına dəyər, əməkçilərin zəhmətinə hörmət var. Mənim şairdən incikliyim, fırıldaqçı mollaları hədəf alarkən din baxımından sərt tənqid etməsi oldu. Məsələn; Azərbaycan ədəbiyyatında xalqın imanından suiistifadə edən dırnaq arası mollaları tənqid edən yazıçılarımız heç də az olmamışdır.
Celil Memmedguluzade
Celil Memmedguluzade
Mirze Elekber Sabir
Mirze Elekber Sabir
və sairə... Ancaq onların hədəfi din deyil, saxta mollalar olmuş, qələm mübarizəsini onlara qarşı yönəltmişdilər. Müşfiqdə isə dinə fərqli baxış olduğu hissi yarandı məndə. Əlbəttə bunu ədəbiyyatçılarımızdan soraqlaşıb öyrənməyi də düşünürəm. Bəlkə də mən yanlış anlamışam. Kitabda romanlar, ibrətamiz hekayələr nəzm formasında qələmə alınmışdır. Sonlarda isə uşaqlar üçün yazılmış şeirlər var. Xalqın dilində əzbərə çevrilmiş "Şəngülüm, Şüngülüm, Məngülüm" nağılını da ilk dəfə fərqli formada oxumuş oldum. Kitabın pdfsi üçün
Vəfa Hafiz
Vəfa Hafiz
ə təşəkkür edirəm. Kitablarda görüşmək üzrə xoş günlər diləyirəm..
Seçilmiş Eserleri
Seçilmiş EserleriMikayıl Müşfiq · Şərq-Qərb · 2004123 okunma
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.