Nə arzu eyləsən, könlümdə vardır,
Eşqimin səhəri bir ilk bahardır.
Ona könül verən nə bəxtiyardır,
Fikrim-hissim təzə gülşən kimidir.
Müşfiqin ürəyi yarpaqdan incə,
Titrəyir bir xəfif ruzgar əsincə,
Məşuqun ayağı haraya dəysə,
Orası aşiqə vətən kimidir.