Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Özüm üçün yaratdığım "güclü qız" obrazının əlimdən, üzümdən axıb getdiyini hiss edirdim. Heç oynaya bilmirdim o obrazı son zamanlar. Beynim də, bədənim də başqa yerə meyil edir, başqa insan olmaq istəyirdi. Bəlkə, daha sərt, daha bivec, daha cəsur.. Bəlkə, daha güclü... Daha və daha... Öz qurduğum dünyamda məğlub olurdum. Heç bu qədər zəif olmamışdım. İçimdəki sıxıntının səbəbini özümə belə etiraf edə bilməyəcək qədər zəif.
Reklam
Karanlığı yok etmek için elindeki tek mumla saldırıya geçemezsin Çünkü sönerse ikinci mumu asla yakmazsın.
"İnsanlar mələk olsaydı dövlətə heçbir zaman gərək olmazdı." -James Madison
Sayfa 164Kitabı okudu
Hayatım sigara dumanı gibi dudaklarımdan uçup gitti, eriyip gökyüzünde buharlaştı.Hiçbir şey beklemeyen ve kimsenin beklemediği biri oldum.
275 syf.
8/10 puan verdi
·
10 günde okudu
Fantastika/mistika
Kitabı "2022 Cinciva Oxu Marafonu"nda (#150936137) mövzuya uyğun olaraq, may ayında (mistika aləminə səyahət) oxumaq üçün seçmişdim. Kitabın qısa məzmunu;
Bir Cüt Qanad
Bir Cüt Qanad
Adından da göründüyü kimi, məsələ elə bir cüt qanadın üzərində qurulur. Uriel (Baş mələk), yüz illərdir cəhənnəmdə əzab çəkən bir günahkara - Emmanuelə yaxınlaşır və ona verəcəyi tapşırığı yerinə yetirməsini və əgər yerinə yetirsə, onu bir cüt qanad sahibi edib, cəhənnəmdən xilas edəcəyini vəd edir. Baş qəhrəmanımız, Clara atasının faciəvi ölümündən sonra heç nə xatırlamır və özü belə bilmədən dəlixanaya aparılır. Kitabın əsas obrazlarını (Clara, Emmanuel) çox, çox sevdim, ən əsası gülməli dialoqlarını. Yazıçının geniş xəyal dünyası var, hadisələrin baş vermə ardıcıllığı, gedişatı əladır. Əsas obrazların davranışları kitabı sevməmin əsas səbəbidir. :') Amma kitabda iki əskik hiss etdim: 1. Məncə, kitabda cümlələrin ifadə edilmə tərzi zəif idi. Bədii təsvir vasitələrindən bir az da, istifadə edilsəydi, cümlənin/fikirlərin təsirediciliyi artardı. 2. Kitabın sonunu heç belə sadə gözləmirdim. Kitab elə bir yerdə bitti ki, sanki hər şey yarıda qalmış kimi hiss etdim. Sadə bir sonluqla bitti kitab. :))) Əsəri sevdim amma, bu əskiklər olmasaydı tam puan verərdim. Sadəcə, hadisələrin danışılma tərzinin bir az zəif qaldığını düşünürəm. Bundan əlavə, əgər fantastika/mistikanı sevirsinizsə, macəralı bir şeylər oxumaq istəyirsinizsə, yaxşı seçim ola bilər. Sağ olun, kitabla qalın !
Bir Cüt Qanad
Bir Cüt QanadMurad Cəfərov · Pergament Nəşriyyat · 201751 okunma
Reklam
Ancaq yenə də bir sözü ilə durardı zaman, məsələn...
Bir sözü ilə durardı zaman. Bir şirin-şirin gülümsəməsi ilə gülərdi gözlərim... Bir sözü ilə dönərdim "düzlərim"dən... Yeni bir "düz" olardım... Bir sözü ilə unudardım ondan öncəni... Bir sözü ilə unudardım izləri, adları... Bir sözü ilə həyat daha rəngli gələrdi gözümə. Bəlkə, pəncərələrim belə dəyişərdi... Bir sözü ilə daha müdrik olardım, daha ağır, daha səssiz... Mən olardım... Bir sözü ilə yemək bişirməyi öyrənərdim. Şüşə silməyi, paltar ütüləməyi, toz almağı, səhərlər çay yerinə bir fincan qəhvə dəmləməyi... Daha dəqiq olardım, daha səliqəli, əməllərim daha səliqəli... Hiss etdiklərim daha səliqəli...
Sayfa 78 - Teas PressKitabı okudu
O mənə baxıb gülümsəməyi öyrənmişdi. Mən də ona baxıb nağıllara inanmağa başlamışdım.
- Qəribədi ki, gün ərzində təkliyimi heç hiss etmirəm. İnsanlara qaynayıb-qarışıram. Onlarla deyirəm, gülürəm, əylənirəm. Ancaq evə qayıdıb başımı yastığa qoyduğum anda içimi qəribə hisslər bürüyür. Məhz o zaman yalnız olduğumu anlayıram. Ondan daha pisi, yalnız olduğumu anladığım halda belə heç kimi həyatımda istəmirəm. Dərdimin dərmanını bilib əlimlə itələmək kimi bir şeydi. Bundan daha pis nə ola bilər?
Sayfa 180Kitabı okudu
Reklam
-Bir yerdən sonra təklik artıq seçim olmur, ehtiyaca çevrilir. -Səndə indi ehtiyacdı? -Deyəsən, hə...
Sayfa 47 - Teas PressKitabı okudu
Qaranlığı məhv etmək üçün əlindəki yeganə şamla hücuma keçə bilməzsən. Çünki o sönsə, ikinci şamı heç cürə yandıra bilməzsən.
Bakıda iki cür insanlar var idi, heç nə etmədən hər şeyi olanlar və hər şey edərək heç nəyi olmayanlar.
amma düz deyirlər ki, həyatın ən aşağı nöqtəsinə enəndə,ən pis vəziyyətində olanda birdən dəyişirsən.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.