Heç bir varlıq şüurlu - şüursuz , hökm altında yaşamağı sevmir . Əgər hökm edənin onlardan daha aşağı olduğunu bilsələr, ya da elə olduğunu düşünsələr, itaətsizlikləri daha da artar. Əslinə qalsa istər fiziki, istərsə ruhi cəhətdən bir robot insandan üstündür. Bəs onda robotları qul edən nədir? Sadəcə Birinci Qanun. Bu qanun olmasa robota verəcəyin ilk əmr sənin ölümünə səbəb ola bilər.