Tarixin var milyon ildi, min ildi,
Yaşın ulu, bu dünyadan əzəldi.
Bayrağında ay-ulduzun gözəldi,
Günəş nurlu, ay çöhrəli sonamsan,
Azərbaycan - ilk sevgilim, anamsan!..
Şuşa qəlbin, Bakı sənin baş tacın,
Türkiyədir doğma, əziz qardaşın.
Müqəddəsdir Vətən adlı savaşın,
Yenilməyən şanlı zəfər ordumsan.
Azərbaycan - elim, günüm, yurdumsan!
Tanrı verən bir cənnətdir hər yanın
Mil-muğanın, Qarabağın, Şirvanın.
Uzaqlardan eşidilir ad-sanın,
Telli sazım, ney kamanım, tarımsan
Azərbaycan bir vəfalı yarımsan!.
Göy Xəzərin, Arazın var, Kürün var.
Şəfa verən ocağın var, pirin var.
Ən şərəfli sıralarda yerin var,
Azərbaycan-bir pozulmaz andımsan,
Var-dövlətim, şan-şöhrətim, adımsan!
Son mənzilim, ilk ünvanım, beşiyim,