Ona görə də, əzizi-mən, -müəllim dedi,-bir dəfəlik yadımızda saxlayaq: ilahi addımları, səmavi mətnləri qavramaq üçün intellekt, savad, dünyagörüşü bəs deyil, hikmət lazımdır, hikmət! Hikmət isə yalnız daxili paklıqla, nəfs üzərində qələbəylə, sədaqət və ibadətlə əldə olunan bir cövhərdir.
Yenə də təəccüb edirəm ki, heç nəyə qadir olmayan, aciz, gərəksiz bir şeyə niyə təmtəraqlı qəlb, ruh, hiss, əzab adı qoyuruq. Əgər bütün bunlar iztirablar çəkmiş bədəni, işgəncə verilmiş cismi məhv edə bilməyəcəksə, əgər elə dəhşətlər görəndən sonra ildırım vurmuş ağac kimi qopub yerə gömülmək əvəzinə hələ nəfəs alıb yaşayacaqdırsa, bunu necə hiss etmək olar.
Şöhrət xülyası! Bütün xülyalardan ən aldadıcısı olan bu xülya nə kimi yüksək fikirlər, nəşə yaradan hərəkətlər və qızğın səylər doğurur! Hansı bəşər ürəyi bu bataqlıq odunun aldadıcı işığı ilə cəzb olunmur?! Lakin gözəllik və bahar tonqallarının ətrini saçmaqla bu xülya gənc ürəklərdə xüsusi parlaqlıqla yanır. Çünki həyatın bu dövründə böyük adamların dünyaya saldığı kölgələr, gözəl, cazibədar xülyalar, sabit həqiqət kimi görünür. Bu dövrdə şöhrətin ayrılmaz yoldaşları olan rahatlıq, rifah, şirin xəyallar arzusunda olduğumuz zəfər şəfəqləri bizə mümkün bir şey kimi görünür.
Şöhrət gözəlliklə və səhər şəfəqinin təravəti ilə nəfəs alır. Şöhrət - bu həm gül ətri, həm zərif parçaların yumşaqlığı, həm gəncliyin incə qızartısıdır. Oh! Biz bu şöhrəti saçlarımıza dən düşən, üzümüz mübarizələrin izi olan qırışıqlarla örtülən, uzun illərin gərginliyi, ümidsizliyi və kədərindən gözlərimiz torlaşan zaman deyil, şöhrət üçün şirin-şirin xəyala daldığımız zaman əldə etsəydik! Həyatın ilk çağında, alqışlar və təbriklər içərisində yeridiyimiz zamanda, məhəbbət gənc ikən, inamlı ikən dünyanı fəth edə bilsəydik. Hələ cavan və sağlam ikən özünü gənc duymaq və bəşəri məhəbbət hiss etmək - bu nə gözəl xəyaldır!
Səmada yüngül, tünd-qırmızı rəngə boyanmış bulud, sular aynasında oyanan ay, gözəl, yarımçıq qalmış yuxunun xatirəsi - gənclikdə, ancaq gənclikdə şöhrət bu deməkdir.
Mәn etiqad edirәm ki, mәnim dә balalarım dünyada hәr yanı gәzib dolansalar, genә әvvәl-axır
anaları Zәhranın (әlini anasına tәrәf tutur) әtrafında gәrәk dolanalar; çünki ay vә ulduz şәmsin
parçaları olan kimi, bunlar da analarının ayı vә ulduzlarıdır. Vay o kәsin halına ki, tәbiәtin
hәmin qanununu pozmaq istәyә! Onun insafı vә vicdanı ona müdamül-hәyat әziyyәt edәcәk,
nә qәdәr canında nәfәs var, peşiman olacaq.