New "Reis" man
Puan vermedi·88 syf.··
2025 55. kitabı
Sigmund Freud müəllimin ilk kitabıdı oxuduğum. Digəraqqında bir çox video və məqalə oxumuşam təbii ki amma kitabları ayrı bir dəryadı. Oxunmağı o qədərdə asan deyil, bəzən stop edib düşünməli, araştırmalı və bəzəndə "diskas" etməlisən. Hər fikri ilə razı oluna bilinməyəcək bir müəllimdi amma Nitşe ilə oxşar kafada olması, önəmli mövzuları açıq və aydın izah etməsi ( ya da sadəcə bildirməsi) məni özünə daha da cəlb elədi. Kitabda da yer verilən və ən çox diqqətimi çekən mövzu isə "Bakirəliyin sevgidə rolu" oldu. Mənimdə ən sevmədiyim və həmişə toxunmaq istədiyim topicdi. Təəssüf ki ən nifrət etdiyim adətlərimizdən biridir, belə bir şey ilə fəxr edən insanları heç cürə anlamamışam, anlamaq niyyətimdə yoxdu. Absurt yanı çoxdu, belə bir adət-ənənə varsa, evlilik buna görə qurulursa bu biz tərəf üçündə olmalıdı, niyə yalnız qadın bakirliyini qorumalı, oğlan özünü "tatmin etməlidir". Deyəsən dinimiz ya da yaradan bu hissəni pass keçib. Bu adətə görə nə qədər qadınlar öldürülür, səhv ailələr qurulur, ərkən yaşda evləndirilir, stresli həyata məhkum qalınır. İndiki dövrdə heç bu da mümkün deyil qiryətli qərdeşlərim. Min cürə əməliyyatla 5 dqdə insanı anadan gəlmə edirlər. Belə şeylərlə sevginizi, ailənizi qurmayın. Əsas sevginiz təsdiqləndikdən sonra başqa söhbət olmasın, hərəmizin keçmişində nələr var bunu heç kim bilməyəcək. Sözünüz boğazınızdan keçsin, qulağınızda sırğa olsun bəs edər :d Hə birdə unutmadan; Yenge deyirdilər deyəsən o qapının ağzında gözləyən, ədyaldakı qanla bayram edən paslı gülləsi çatmayan qadınlara. Yığıb bir padvala hamısını yandırsam ölkədə biraz inkişaf olar bəlkə.
Edebiyat
Aşkın PsikolojisiSigmund Freud · Cem Yayınevi · 20182,035 okunma
7/10
·309 syf.··
Beğendi
·
2025 31. kitabı
·
3 günde okudu
·
Okunma: 28 Ekim 2025 11:00
Həyatın mənasızlığına qarşı fəlsəfi sığınacaq: Alain de Botton "Fəlsəfənin təsəllisi" Fəlsəfə oxumağa yeni başlayanlar üçün əla seçimdir bu kitab. Yazıçı o qədər sadə və axıcı dillə yazıb ki, kitabı oxuyarkən qətiyyən sıxılmır insan. Alain de Botton Dahi filosoflardan: Sokrat, Epikür, Seneca, Monten, Shopenhaur və Nitşenin yaşam tərzləri və fikirlərini, öz fikirləri ilə harmanlayaraq gözəl bir kitab gətirib ərsəyə gətirib. Hansı mövzuda təsəlliyə ehtiyacın vardır: Toplum səni kənarlaşdırır o zaman Sokrata bax. Deyirsən ki, pulum yoxdur heç nədən həzz almıram. O zaman həyatın məqsədi həzzdir ,yaxşı yaşamaqdır deyən Epikürün sadə yaşam tərzinə bax. Özünü yetərsiz hiss edirsən o zaman Montenin məsləhətlərini dinlə. Əgər səni qəzəb idarə edirsə o zaman oxu Seneca deyirdi ki: Qəzəb ağılı müvəqqəti itirməkdir." Həyat sənə amansız görünür, ürəyin ağrıyır o zaman dostum, Shopenhaur sənə güzgü tutacaq. Həyat , yaşamaq sənə çox mənasız görünür oxu gör Nitşe nə deyirdi: " Həyatın mənası onu sevməkdədir." Fəlsəfə hüzuru pozmur. Fəlsəfə bəzən ruhu sağaldar, bəzən də təsəlli də olar  təbiki, anlayana. Bu kitab bir fəlsəfə dərmanıdır, ruh həkimidir. Bəzən sual verməkdən qətiyyən qorxma, çünki sual cavabın özündən daha dəyərli olur. Özünü olduğun kimi qəbul et, bədənindən utanma, yalnız bu an özünü yetərli hiss edə bilərsən. Bu həyatda xoşbəxtlik üçün çox şeyə ehtiyacın yoxdur, az şeylər ilə xoşbəxtlik də tapmaq mümkündür. Həyatın qısalığından şikayət edirsən, amma boşuna da sərf edirsən zamanı.
Felsefenin TesellisiAlain de Botton · Sel Yayıncılık · 20224,259 okunma
Reklam
Üsyan
7/10
·200 syf.··
Beğendi
·
2025 27. kitabı
·
23 saatte okudu
·
Okunma: 06 Temmuz 2025 23:33
Hər səhifədə, hər abzasda, hər cümlədə heç kimin eşitmədiyi bir səs, daxilimdən mənə "Üsyan" edirdi. Rövşən Abdullaoğlu – “Üsyan” kitabı haqqında çox qısa fikirlərimi sizlərlə bölüşmək istəyirəm. Hər zaman Rövşən Abdullaoğluna qarşı bir qədər qərəzli fikirlərim olub. Hər dəfə bu kitabı mənə tövsiyə edəndə, “Oxumaram, inanmıram, oxuyacağam,” – deyə ötüşdürürdüm. Sonra kitabın daha da çox oxunmağa başladığını gördüm. Mən də düşündüm: “Görəsən, bu qədər oxunmasının səbəbi nədir?” – sualı ilə başlamaq istədim. Sağ olsun, əziz dostum Hüseyn, bu sualın beynimdə qalmasına imkan vermədi. Kitab sərgisində söhbət edəndə dedi: “Sənə bir kitab alacağam, istəyirəm oxuyasan.” Və həmin o kitab “Üsyan” idi. Kitab çox axıcı və motivasiyaedici cümlələrlə zəngindir. Kitabı əlinə alanda yerə qoymaq istəmirsən. Hər səhifədə yeni bir başlıq, və hər başlıqda yeni bir həyat – yeni bir həyat fəlsəfəsini anlamağa dəstək olan, seviləcək kiçik həcmli motivasiya kitabıdır. Kitabda çoxlu dahi şəxslərdən müxtəlif sitatlar gətirir, onları şərh edir və bizə qəliz görünən fikirləri daha sadə dillə çatdırır. Hər səhifədə sizi yeni bir yazar, yeni bir filosof və yaxud yeni bir hekayə gözləyir. Əvvəldə yazardan gələn bəzi ifadələr sizə çətin və qorxuducu görünsə də, Rövşən bəy onları sadə və axıcı dillə izah edir. Son fikirlərimi yekunlaşdırım: Kitabı sevdim. Axıcı və maraqlı idi. Amma məncə, hələ də Rövşən Abdullaoğlu haqqında qərəzli fikirlərimi tam dəyişdi deyə bilmərəm. Niyə belə düşündüyümü də deyim: Mən bu kitabda yazarın öz fikirlərindən daha çox, başqa yazarların fikirlərinin şərhini oxudum. Bu da məndə elə bir hiss yaratdı ki, sanki bu, Rövşən bəyin yox, başqa şəxslərin fikirlərinin izahıdır. Amma yenə də hesab edirəm ki, kitaba yeni başlayanlar üçün gözəl bir başlanğıcdır. Həm axıcıdır, həm
Edebiyat
ÜsyanRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 202291 okunma
Amor Fati
9/10
·415 syf.·
2025 19. kitabı
"Taleyinlə barış, taleyini sev." Nitşenin fəlsəfəsi ilə tanış olsam da, dərinliklərini bilmədiyim üçün bu əsəri uzun müddət ertələdim. Düşünürdüm ki, "nitşoloq" olmamış, oxumayım, başa düşmərəm. Sonra oxumağa başqa kitabım qalmayan bir anda başladım və bu qədər ertələməyin nə qədər mənasız olduğunu gördüm. Çünki bu əsər, Nitşe və onun fəlsəfəsiylə, həyatı ilə tanışlıq üçün idealdır. Əsər bir çoxlarına monoton və sıxıcı gələ bilər, çünki əksər hissəsi fəlsəfi dialoqlardan ibarətdir. Məşhur həkim Dr. Breuer və Fridrix Nitşe özləri də bilmədən psixoterapiyanın əsaslarını qoyan söhbətlər və seanslar həyata keçirir, onlar öz həyatlarını və iztirablarını sorğulayarkən, siz də özünüzkülərə nəzər salırsınız. Kitabda üzərində dayanıb düşünə biləcəyiniz sonsuz sayda fikirlər var. Hər biri insan ruhunun başqa bir otağına qapı açır, qaranlıq küncləri işıqlandırır. İnsanın digər insanlardan çox özünü anlamasına ehtiyacı var və ən çox çətinliyi də özümüzü anlamaqda çəkirik. Anlamlandıra bilmədiyimiz hisslərin, parazit düşüncələrin əsarətinə düşür və heç kəs görmədiyi halda orada çabalayırıq. Nitşe və Breuerin söhbətini oxuduqca anlayırsınız ki, problem qavrayışda deyil - verilən suallardadır. Yalnız düzgün suallar, bizi düzgün cavablara apara bilər.
Nietzsche AğladığındaIrvin D. Yalom · Ayrıntı Yayınları · 202469,9bin okunma
Doğru zamanda ölmeyi bilin !.
10/10
·430 syf.··
Beğendi
·
2025 18. kitabı
·
11 günde okudu
·
Okunma: 05 Şubat 2025 09:23
Son zamanlarda oxuduğum ən şedevr kitab ola bilər. Hər səhifəsi ayrı bir dərs, ayrı bir həyatdır. İstədiyiniz hər şey bir kitabda necə belə gözəl işlənilə bilər ilahi... Sevgi, xəyanət, fəlsəfə, dostluq, kədər, düşüncələr, psixologiya, tibb və s və ilaxır. Bu kitab mənim həmişə ilk 5 liyimdə mütləq olacaq və kimsə məndən psixologiya ilə bağlı kitab önərisi istədikdə bir çox adamın oxuduğu 5 "köpüklük" dəyəri olmayan, sadəcə topici psixologiya gedir və milyonlar satılıb deyə önərməkdənsə bu şah-i-əsəri rahatlıqla hətta israrla önərəcəm. Hər səhifəsi ayrı bir şey düşündürür, çox dərinlərdə üzdürür insanı və bir yandanda obrazları haqqında da məlumat qazanmış olursunuz. Mən bu kitabdan öncə Nitşe(tam adını yazmağa həm ərinir həm səmimiyyəti öldürür) rəisin bir çox kitabını oxumuş, demək olar ki həyat hekayəsinin hamısına bələd idim. Bir çox videoya baxmış, əlavədən bir çox məqalə oxumuşdum onunla bağlı. Məhz bu səbəbdən kitab mənə ekstra maraqlı gəldi. Fikrimcə məsləhətim bu kitabı oxumamışdan öncə rəisin bir neçə kitabını (ən əsasıda Böyle Söyledi Zerdüşt) oxuyun, həyat hekayəsi ilə biraz tanış olun. Yazara isə deyəcək söz tapmıram, belə bir senari ərsəyə gətirmək dəhşət bir şeydir. Bu adamı qoy Hollywood-a elə filmlər ərsəyə gətirsinki 100 illər boyunca maraqla baxılsın. Daha çox detallı yazmağa gərək bilmədim amma sizə şiddətlə oxumağı önərə bilərəm belə nadir tapıntılar çox az olur, Dostoevsky, Tolstoy qədər danışılımır belə yazarlar və kitabları ona yanıram.
Edebiyat
Nietzsche AğladığındaIrvin D. Yalom · Ayrıntı Yayınları · 202469,9bin okunma
9/10
·120 syf.··
Beğendi
·
2025 5. kitabı
·
16 günde okudu
·
Okunma: 02 Şubat 2025 22:33
Bu kitab mənim üçün sadəcə bir fəlsəfi mətn deyil, düşüncə sərhədlərimi sarsıdan bir çağırış oldu. Nitşe insanın özünü aşmasını, cəmiyyətin və tarix boyu qurulmuş dəyərlərin təsirindən qurtulmasını vurğulayır. Onun din və əxlaq haqda sərt tənqidləri mənim dünyagörüşümlə üst-üstə düşsə də, düşündüyüm bəzi mövzulara daha iti və kəskin baxmağa vadar etdi. Hər səhifə bir güzgü kimi idi – özümə, düşüncələrimə və inanclarımı necə formalaşdırdığıma baxmağa məcbur oldum. Nitşenin üslubu təkcə kəskin deyil, həm də dərin və çılpaqdır – insanı rahatlıq zonasında saxlamır, əksinə, onu sarsıdır. Bu kitab mənə cavablardan çox, yeni suallar verdi. Amma bəlkə də, həqiqi azadlıq sorğulamaqla başlayır.
Ecce HomoFriedrich Nietzsche · Türkiye İş Bankası Kültür Yayınları · 201512,3bin okunma
Reklam