Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Məni Axtar
Məni axtar darıxanda, Səni qəm-qüssə sıxanda, Yorulub sərsəm həyatdan Gözünün yaşı axanda. Məni axtarma sevincǝk, Qayğısız şənlik edəndə, Gündə bir barda, kafedə
Sayfa 36 - Parlaq imzalarKitabı okudu
Ruhumla söhbət
Olmaz ki, nəyəsə etibar edim. Özümü yox edib, səni var edim. Qışqırma içimdə, azadlıq deyə Azadlıq nə gəzir bu yer üzündə, Azadlıq gəzirəm elə özüm də…
Reklam
Ümumiyyətlə bu insanlar niyə heç nə bilmədən, dərinliyinə enmədən bașqaları haqqında hökm kəsirlər? Axı niyə insanlar özlərinə baxmadan başqarını nəyəsə görə qınayırlar, hansı ki qınadıqları cəhət onlarda da yoxdu.
Tez-tez valideynlərdən oğula və ya qıza belə müraciəti eşitmək olar: "Əgər sən yaxşı oğlan (qız) olacaqsansa, onda mən səni sevəcəyəm". Və ya: "Sən tənbəllik etməyi, dalaşmağı, kobudluq etməyi dayandırmayana kimi...Oxumağa, ev işlərinə kömək etməyə, sözə qulaq asmağa başlamayana kimi məndən yaxşı heç nə gözləmə". Nəzər alaq ki, bu kəlmələrdə valideynlər uşağa aydın şəkildə onu şərti qəbul etdiklərini, onu yalnız nəyəsə görə sevdiklərini bildirirlər. Ümumiyyətlə, insana şərti qiymət verərək yanaşmaq bizim mədəniyyətimiz üçün çox tipikdir. Belə münasibət uşaqların şüuruna yazılır.
"Mən istedadı şübhə doğurmayan bir çox adamlar tanıyırdım. Onlar ömürlərinin sonuna qədər elə sahildə durub qaldılar və ölənəcən bəlkə min dəfə özlərindən soruşdular: "Görəsən gücüm çatarmı?" Əgər yorulmaq bilmədən nəyəsə cəhd etsən, nəyəsə can atsan güc mütləq tapılacaq. Çünki növbəti addım inadkarlıqdır. Tənbəllik "lehinə" və "əleyhinə" olan hər bir şeyi hesaba vurmaqda elə hey ölçüb-biçməkdədir, çünki götür-qoy etdiyin müddətdə bütün imkanlar bərabər görünür... Səhv etməyi, yıxılmağı və həm də bu vaxt təəccüblənməməyi bacarmaq lazımdır. "
Yadında saxla, əgər bir səhv edirsənsə, və bunu səndən başqa kimsə ya da kimlərsə görürsə, sən əlindən gələnin ən yaxşısına da etsən nəyəsə nail ola bilmirsən.Milyon dənə yaxşılıq et, uğurlara imza at ya da nə bilim dünyanı fəth et, ürəyi kirli biri üçün sən hər zaman o səhv hərəkətinlə xatırlanacaqsan. Heç kim sənə inanmayacaq, çünki sənin yaxşı olma ehtimalın onları özlərinə daha günahkar hiss etdirəcək.Onlar əmin olmaq istəyirlər ki, dünyada özlərindən başqa günahkarlar var və onlar tək deyil.
Reklam
Məni axtar darıxanda..
Məni axtar darıxanda Səni qəm qüssə sıxanda, Yorulub sərsəm həyatdan Gözünün yaşı axanda... Saxta şit qəhqəhələrdən Bezikib təngə gələndə Taparaq nəysə bəhanə Yenə küncə çəkiləndə Məni axtar.. Məni axtar darıxanda...
Sayfa 47
Quşların bu nizamlı dəstəsinə, hərəkətlərində olan ahəngdarlığa baxanda uçuşlarının hədəfsiz olduğunu düşünə bilmirsən.Onlar nəyəsə doğru uçurlar.Nizam, hədəf əsasında, ahəngli şəkildə hərəkət edən bu yaradılışın əvvəli və sonu necə mənasızlıq ola bilər? Hə, bu quşlara "hardan gəldi, hara uçurlar" demək olmaz.
Nə olsun ki, uzaqsan? Allahın hər günündə Yadıma sən düşürsən. Mənə elə gəlir ki, Hər şey yaxşı olacaq. Sən nə fikirləşirsən? Bəs sənə necə gəlir? İlin günün bu vaxtı əl-ələ tutmaqdansa dərdə tuturuq çətir. Sənsiz olduğum hər an Mənimçün ayrılıqdır. Bilirəm bu illəti, Ağrılar gecə gəlir... İki gözüm səbr elə, Səbr eləməkdən başqa Nə gəlir əlimizdən? Ayaqda qalmalıyıq Məsafələrə inad. Axı iradəmizdən Allah da gücə gəlir. Nəysə, daha gecdi ee, Dərd eləmə, düzələr, Ayrılıqdı, oldu da...
Sayfa 63
363 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.