Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Eyni....
Bəzən fikirləşirəm ki, ümid insanda ən səfeh hisslərdən biridir. Nəyəsə qəti nöqtə qoymağımıza daim əngəldir.
...Amma düz deyirlər ki, həyatın ən aşağı nöqtəsinə enəndə, ən pis vəziyyətində olanda birdən dəyişirsən... Və nəyəsə nail olmağa başlayırsan. Hər bir insanın həyatında elə bir dönüş nöqtəsi, elə bir hadisə olur ki,bu onun bütün gələcək həyatını, həyata baxışlarını və hisslərini, düşüncələrini və inamını dəyişir...
Sayfa 4 - Əli və NinoKitabı okudu
Reklam
Bəlkə də, elə hər kəs bir-birindən nəyəsə görə istifadə edirdi.
Böyük keçmişin alayarımçıq şəkildə dərk edilən bir abidəsinin ətrafında qeyri-adi bir canfəşanlıqla və bütpərəstəsinə və sanki "Baxın, gerçək və həqiqi sənət budur, nəsə yeni bir şey axtaranlara və nəyəsə can atanlara fikir verməyin!" demək istərcəsinə rəqs etdiklərində onların yoluna sədd çəkiləcək, onların havası qaraldılacaqdır. Göründüyü qədərilə, bu rəqs edən kütlə hətta "yaxşı zövq" imtiyazına da sahiblənib.
Mən bu işdən bir məsələni öyrəndim. İnsanın içində bütün yaradılmış canlılar cəmləşib. Mələkdən tutmuş, yırtıcı heyvana, həşərata qədər. Bunların arasından nə olacağımızı özümüz seçirik və bu seçimimizdə kimsə bizi nəyəsə məcbur edə bilməz.
Sayfa 377 - Şon OnilKitabı okudu
Yadında saxla, əgər bir səhv edirsənsə, və bunu səndən başqa kimsə ya da kimlərsə görürsə, sən əlindən gələnin ən yaxşısına da etsən nəyəsə nail ola bilmirsən.Milyon dənə yaxşılıq et, uğurlara imza at ya da nə bilim dünyanı fəth et, ürəyi kirli biri üçün sən hər zaman o səhv hərəkətinlə xatırlanacaqsan. Heç kim sənə inanmayacaq, çünki sənin yaxşı olma ehtimalın onları özlərinə daha günahkar hiss etdirəcək.Onlar əmin olmaq istəyirlər ki, dünyada özlərindən başqa günahkarlar var və onlar tək deyil.
Reklam
Nə də olsa həyatımızın bir çox hissəsini özümüzü aldadaraq ya da zorla nəyəsə inandıraraq keçiririk.Başqa cürə necə qatlanmaq olar ki,bu həyata?
Sayfa 219Kitabı okudu
- Fərəh, yadında saxla, əgər bir səhv edirsənsə və bunu səndən başqa kimsə ya da kimlərsə görürsə, sən əlindən gələnin ən yaxşısını da etsən nəyəsə nail ola bilmirsən. Milyon dənə yaxşılıq et, uğurlara imza at ya da nə bilim dünyanı fəth et, ürəyi kirli biri üçün sən hər zaman o səhv hərəkətinlə xatırlanacaqsan. Heç kim sənə inanmayacaq, inanmaq istəməyəcək, çünki sənin yaxşı olma ehtimalın onları özlərinə daha günahkar hiss etdirəcək. Onlar sənə inanmır, çünki əmin olmaq istəyirlər ki, dünyada özlərindən başqa da günahkarlar var və onlar tək deyil.Başa düşürsən nə demək istədiyimi? -Bəs ümid?Bəlkə o səhvi edən yaxın biridir və sən ən son ana qədər ümid edirsən ki, hər şey düzələcək? -Ümid tamam başqa hekayədir..
İman seçim məsələsidir. Bunun əksini iddia edən adam sizi nəyəsə inandırmağa çalışır. Maddi aləmdən kənarda nəsə real, dərkedilən bir şeyin varlığına ya inanırsan, ya da yox- bunu özün seçirsən.
O da bu dünyada hamı kimi yaşadı, yedi-içdi, yatdı-durdu, güldü- ağladı, nələrəsə ümid bağladı, kimlərisə sevdi, kimlərəsə nifrət etdi... İndi isə hər şey bitdi. Özü də həmişəlik bitdi... Bu da həyat! Bu da yaşamaq dediyin şey. Bir az yaşayırsan, sonra da beləcə ölüb gedirsən. Heç nə! Doğuluruq, yaşa doluruq, xoşbəxt oluruq, nəyisə arzulayırıq, nəyəsə ümid edirik, nəyisə əldə edirik, sonra da ölürük. İstər kişi ol, istər qadın - heç fərq etməz - bir daha sən bu dünyaya heç vaxt qayıtmayacaqsan! Halbuki hər insan öz içində ölümsüzlüyə can atır, qeyri-şüuri olaraq əbədi yaşamaq arzulayır. Halbuki hər bir insan ayrı-ayrılıqda bir dünyadır - bu böyük dünyada yaşayan kiçik bir dünya. Ancaq nə olsun, vaxt gəlir, bu kiçik dünya dağılır, son hüceyrəsinə qədər məhv olur, çürüyüb torpağa qarışır ki, özündən sonrakıların yetişməsi üçün münasib şərait yaratsın.
Sayfa 230Kitabı okudu
363 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.