Əvvəla, bir-iki tikə bu şokolad ətirli qızdan danışım. Tanımıram, görməmişəm, Tanrı üzümə gülməsə, çox yəqin, bir də görməyəcəm. Dayanacaqda kartıma pul yükləyəndə yanımda durdu, o da kartına pul yüklədi, külək var idi, saçı qoluma dəydi, ləzzət elədi.
Ətrinin adını bilmirəm, amma dəqiq tünd şokolad iyi gəlirdi. Sonra eyni avtobusa mindik, məndən