Bülbül olub düşdüm bağa,
Nalə çəkdim sola, sağa.
Səsim düşdü min budağa,
Susdu çəmən... dindi gülşən: -
Şair, nə tez qocaldın sən?!
Könül verdim min axşama,
Pərvanə tək yandım şama...
Gözündən yaş dama dama
Şam da dilə gəldi birdən: -
Şair, nə tez qocaldın sən?!
Sayfa 136