9/10
·77 syf.··
2025 46. kitabı
·
6 saatte okudu
·
Okunma: 31 Ağustos 2025 20:46
Akutaqavanın bu əsərində bir insan təsadüfən kappaların ( kappalar- yapon mifologiyasında çox məhşur varlıqlardır) yaşadığı dünyaya düşür və onların həyat tərzi ilə tanış olur. Bu xəyali dünya vasitəsi ilə yazıçı insan cəmiyyətini onun riyakarlığını, ədalətsizliyini satirik dillə tənqid edir. Kappaların dünyasındakı qanunlar və adətlər insan cəmiyyətindəki problemləri açıq aydın göstərir. Məsələn kappalar doğulmamış uşaqlara " dünyaya gəlmək istəyirsənmi?" sualını verirlər. Bu insan həyatındakı iztirabları əks etdirən satirik yanaşmadır. Əsərdə kappalar arasında belə bir fikir var ki, sənətkar əsərini pul qazanmaq üçün yox daxili azadlığını ifadə etmək üçün yaratmalıdır. Bu yazıçının öz mövqeyini də əks etdirir. Kappaların xəstəlik və ölüm yanaşması da bizdən fərqlidir. Onlar əzab çəkməkdənsə, ölməyi seçirlər. Bu yaşamaqla bağlı ciddi fəlsəfi suallar yaradır. Gələk əsərin ən vacib məqamına...əslində baş qəhraman - hekayəni nəql edən şəxs ruhi xəstəxanadadır və bütün bunları danışdıqdan sonra müəllif oxucuya sual ünvanlayır: " Gördükləri həqiqətən olubmu, ya bu onun xəyalıdır?" Əgər hər şey həqiqi olsa, demək insan dünyasının eybəcərliklərini görmək üçün " Başqa dünyaya getmək" lazımdır. Əgər hər şey xəyaldırsa, o zaman cəmiyyət o qədər ziddiyyətli və ədalətsizdir ki, bu sağlam insanın ağlını belə qaçıra bilər.
KappaRyunosuke Akutagava · Boğaziçi Üniversitesi Yayınevi · 201076 okunma
10/10
·240 syf.··
Beğendi
·
2025 22. kitabı
·
3 günde okudu
·
Okunma: 18 Ağustos 2025 23:47
Bir dini inancım olsaydı, böyük ehtimalla bu kitab müqəddəs kitabım olardı. Bu kitab bir terapiyadı, sizə daxili sakitlik gətirəcək. Həyatınıza, arzularınıza, ən önəmlisi də özünüzə daha çox önəm verməyə başlayacaqsınız. Kitabın ən bəyəndiyim cəhəti həyat haqqında "qanunlar" təqdim etməsi idi. Hər bölüm bir öncəkindən daha maraqlıdır. Oxumağa başladıqdan sonra çətin ki əlinizdən yerə qoyasınız :D Bunu oxuyun.
Felsefe-Düşünce
Ferrarisini Satan RahibRobin Sharma · Qanun Nəşriyyatı · 023,7bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Qüdrət, İntiqam və Hiylə – 48 Qanunun Dünyası
6/10
·263 syf.··
2025 25. kitabı
·
27 günde okudu
·
Okunma: 09 Ağustos 2025 22:05
Robert Greene -in “Hakimiyyətin 48 Qanunu” adlı əsəri müasir dövrün ən çox müzakirə olunan strateji və psixoloji təlimatlar kitablarından biridir. Kitabın əsas mövzusu insan münasibətlərində güc dinamikalarını başa düşmək və istifadə etməkdir. Amma bu mövzunu araşdırarkən bir neçə vacib məsələni nəzərə almaq lazımdır. Tərcümə Problemi: Dil və Kontekst Uyğunsuzluğu Azərbaycanca nəşr edilən kitabda təəssüf ki, çoxlu dil qarışıqlıqları müşahidə olunur. Orta səviyyədə Azərbaycan dili tərcüməsi içərisində müxtəlif hallarda rus sözləri qarışıq şəkildə istifadə edilmiş, bu da mətnin axıcılığını və anlaşılmasını çətinləşdirir. Sintaksis və ifadə zəifliyi kitabın dərin fəlsəfi və strateji məzmununu zədələyir. Nəticədə oxucu bəzən böyük fikirləri tutmaqda çətinlik çəkir və əsərin əsl gücünü hiss edə bilmir. Yavaş və Dərin Oxumağın Vacibliyi Bu əsər tələsik oxunmamalıdır. “Hakimiyyətin 48 Qanunu” təkcə strateji qaydalar toplusu deyil, həm də tarixi, fəlsəfi və psixoloji təhlillərin məcmusudur. Hər qanun öz içində geniş mənalar və nüanslar daşıyır. Onu başa düşmək üçün oxucuya zaman lazımdır, qaydaları real həyatda tətbiq etmək, müşahidə etmək, təcrübə toplamaq tələb olunur. İlham Mənbələri və Filosofik Dərinlik Robert Greene -in işi çox açıq şəkildə klassik strateji ədəbiyyatın — Niccolo Machiavelli -nin “ Hökmdar ” əsəri, Sun Tzu -nun “ Savaş Sanatı ”, Baltasar GracianArthur Schopenhauer -in fəlsəfi təhlilləri əsasında qurulub. Robert Greene öz əsərində bu müəlliflərin dərin fikirlərini toplayaraq müasir dövrün sosial və siyasi intriqalarına adaptasiya edir. 1. Niccolo Machiavelli gücün əldə edilməsi və qorunması üçün sərt, pragmatik və bəzən əxlaqa zidd metodları təbliğ edir. 2. Sun Tzu taktika və müharibə sənətinin incəliklərini öyrədir. 3. Baltasar Gracian diplomatiya və insan psixologiyasını fəlsəfi səviyyədə təhlil edir. 4. Arthur Schopenhauer isə iradə, eqo və insan
Duygu ve Düşünce
Hakimiyyətin 48 QanunuRobert Greene · Qanun Yayınları · 03,643 okunma
Cinayət və Cəza – Vicdanın səsi susanda
10/10
·672 syf.··
Beğendi
·
2025 31. kitabı
·
12 günde okudu
·
Okunma: 19 Mayıs 2025 11:45
Dostoyevskinin “Cinayət və Cəza”sı mənim üçün bir cinayət hekayəsindən çox, insanın öz içindəki uçurumla üz-üzə qalmasıdır. Bu romanı oxuyarkən mənə ən çox toxunan şey, baş verənlərdən çox, baş verə bilməyənlər – danışılmayanlar, susqunluğun içində gizlənən çağırışlar oldu. Raskolnikov cinayət törədir. Amma bu hadisənin özü romanın mərkəzi yox, başlanğıcıdır. Gerçək qarşıdurma balta ilə yox, insan ruhunun içində baş verir. Hadisənin ağırlığı fiziki yox, mənəvi təbəqədə yatır: vicdan, özünə haqq qazandırma, günah və bağışlanma arasında gedib-gələn bir mübarizə. Əsəri oxuduqca özüm-özümə suallar verdim: Bir düşüncəyə uzun müddət sığınsan, bu səni gücləndirər, yoxsa içindəki azadlığını boğar? Raskolnikovun yaşadığı da elə budur. O, öz fikrini ideologiyaya çevirir. Düşünür ki, “adi” insanlar qanunlara tabe olmalı, “seçilmişlər” isə onları poza bilər. Amma vicdan belə bölgülər tanımır. Vicdan sadəcə insan axtarır – rütbəni, ideyanı, fərqli olmağı yox. O, səni sən olduğun üçün sorğu-suala çəkir. Bu əsərdə Raskolnikovdan daha böyük obraz varsa, o da Sonyadır. Mənim üçün Sonya yalnız şəfqətin simvolu deyil, insanın özünü qəbul etməyə cəsarət tapdığı güzgüdür. O, Raskolnikova nə hökm oxuyur, nə də bəraət verir. Sadəcə yanında dayanır. Varlığıyla deyir: “Sən nə qədər sınsan da, yenidən qalxa bilərsən. Amma əvvəlcə özünlə üzləşməlisən.” Əsərin ən təsirli qatlarından biri də bağışlanmanın tərifidir. Bağışlanmaq üçün bir mərasimə deyil, tam səmimiyyətə ehtiyac var. Raskolnikovun həqiqi dəyişimi məhkəmə hökmü ilə deyil, vicdanı ilə üz-üzə qaldığı anda başlayır. ⸻ “Cinayət və Cəza” mənə bir şeyi bir daha xatırlatdı: Günahdan doğrunu ayıran sərhəd yalnız qanunlar deyil. Vicdanın səssiz, amma kəskin səsi var – onu dinləməyi bacaranlar dəyişir, susduranlar isə
Edebiyat
Cinayət və CəzaFyodor Dostoyevski · Parlaq İmzalar · 2021194,5bin okunma
Puan vermedi·591 syf.··
Beğendi
·
2025 14. kitabı
·
13 günde okudu
·
Okunma: 16 Mayıs 2025 09:35
Rus ədəbiyyatının zirvəsi sayılan Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı insan ruhunun dərinliklərinə enən, oxucunu düşündürməyə vadar edən möhtəşəm əsərlərdən biridir. Romanın əsas qayəsini təşkil edən sual bu cür səslənir: “Mənim – alçaldılmışların xilaskarı, zəiflərin müdafiəçisi olmaq üçün hər hansı bir əxlaq qanununu pozmağa haqqım varmı?” Əsərin baş qəhrəmanı Raskolnikov – dərin psixoloji sarsıntılar içində əzab çəkən bir hüquq tələbəsidir. O, insanlara yalnız zərər verən, cəmiyyət üçün “lazımsız” hesab etdiyi sələmçi yaşlı qadını öldürməklə bir neçə nəfərin həyatını xilas etdiyini düşünür. Lakin əsərin gedişində bu cinayətin onun iç dünyasında yaratdığı mənəvi sarsıntı, vicdan əzabı və psixoloji gərginlik onun nəinki “xilaskar”, əksinə, bir “qurban”a çevrildiyini göstərir. Raskolnikov insanları iki qrupa ayırır: adi və qeyri-adi insanlar. Adi insanlar – cəmiyyətin qanunlarına tabe olan, verilənlə kifayətlənən, dəyişiklik üçün heç bir təşəbbüs göstərməyənlərdir. Qeyri-adi insanlar isə – cəmiyyətə fayda gətirən, bəşəriyyətin inkişafı uğrunda düşünməkdən və hərəkət etməkdən çəkinməyənlərdir. O, hesab edir ki, qeyri-adi insanlar öz ideyalarını həyata keçirmək naminə mövcud əxlaq və hüquq normalarını poza bilərlər. Raskolnikovun bu inancı, əslində, onun daxili ziddiyyətlərini və həyatla fəlsəfi mübarizəsini göstərir. Əsərdə diqqətçəkən məqamlardan biri də budur ki, qanunlar və ədalət hər zaman üst-üstə düşmür – bəzən qanuni olan bir şey mənəvi baxımdan yanlış, ədalətsiz olur. #crimeandpunishment #fyodordostoyevski
Felsefe-Düşünce
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2011194,5bin okunma
Mən hansı əsirdə yaşayıram?
10/10
·720 syf.··
Beğendi
·
2025 8. kitabı
·
18 günde okudu
·
Okunma: 17 Ocak 2025 21:42
Mən sanki kitab oxumadım,xəyalımda bir dahi akademikin mənə gerçəkmiş kimi mühazirə dediyini görür və hiss edirdim.Russo,Robespyer,Didro və s kimi dahilərin azadlıq timsalını haradan götürüb öyrəndiyini bu kitabı oxuyarkən anladım. Monteskyö Monarxiya,Despotizm və Respublika quruluşları olmaqla Dövlət idarəçilik formasını üç yerə bölür və kitab boyu ən çox respublika ilə monarxiya üsul idarələri üzərindən tənqidi,sosioloji və hüquq yanaşmalarını dilə gətirir.O qanunların,adət və ənənələrin təkcə xalqlara görə yaranmadığını,iqlimlərin də bilavasitə buna təsir etdiyini iddia edir və məncə də bu doğrudur.Hətta mükəmməl bir yanaşmadır.Bir növ “coğrafiya qədərdir” ibarəsini təsdiqlədən kimi izahdır.Russonun “İctimai müqavilə”-əsərindəki kimi Mönteskyö da Respublika quruluşu ilə bağlı Roma imperiyasından ideal nümünələr gətirir.Həmçinin böyük sərkərdələrin,dövlət başçılarının(Makedoniyalı İsgəndər,Likurq,Böyük Karl və s kimi) adamların idarəçiliyini təhlil edərək,monarxiya quruluşu haqqında fikirlərini bildirir.Despotik idarəçiliyə isə demək olar hər əsərdə rast gəldiyim ölkələr var;Rusiya İmperiyası,Osmanlı imperiyası,Səfəvilər və s.Bunlardan başqa Platonun “Dövlət” əsərində müdafiə etdiyi aristokratik dövlət quruluşunu da müzakirə edir.Onsuz müəllif hansısa quruluşu tam müdafiə etmir,əslində məqam-zaman məsələsini daha çox vurğuluyur. Bu kitab insanda qanunlar haqqında,qanunların inkşafı haqqında,insan tarixinin təkamülünü öyrənmək baxımından çox mükəmməl və nümunə göstəriləsi bir əsərdir.Hər bir dövət adamına idarəçilik kimi çətin bir dənizdə doğru yol göstərəcək kompas kimidir bu əsər.Doğrudur,450-nci səhifədən sonra kitab aşırı hüquq məsələləri ilə bağlı yazıldığı üçün biraz yorurdu,hətta heç başa düşmədiyim yerləri də oldu.Lakin düşünürəm ki,hər kəs bu kitabı
Felsefe-Düşünce
Qanunların RuhuMontesquieu · Qanun Nəşriyyatı · 2024647 okunma