İskender Pala’nın ən çox sevdiyim əsərlərindən biri oldu. Romanda bir sabah həyat yoldaşının öldürülməsi oyanan, ayrılıq acısı yaşayan “Kara Şahin” və onunla eyni hisləri paylaşan can dostu “Topaç Yeye” ilə sevdiyinin qatillərini axtarmaq üçün ona kömək edən bir neçə yoldaşının məcarasından bəhs edir. Bütün bu hadisələr 1718-1730-cu illəri əhatə edən Osmanlı imperatorluğunun Lalə dövrünə təsadüf edir. Dövrün siyasi-ictimai hadisələri də romana ayrıca maraq qatdı. Lalə dövrü 1730-cu ildə Xəlil üsyanı ilə başa çatır və Sultan III Əhməd taxtdan edirilir.
Romanda zövq aldığım hissələrdən biri də təbii ki, lalələr və onlar haqqında məlumatlar oldu. Heç vaxt lalələr haqqında bu qədər dərin düşünüb onları sevməmişdim. Bəzi bölümlərin sonunda yazarın “derkenar” adlandırdığı qısa hekayələr isə sadəcə möhtəşəm idi.
Və İskender Pala kitabın giriş hissəsində əslində bu əsərin özünün yazmadığını qeyd edir. Hekayə əlyazması bir kitabdan alınıb və kimin nə vaxt yazması ilə bağlı məlumat yoxdur.Amma bu kitabda adı keçən insanların hamısı həqiqətdir.
“(…) Ve elbette lale doğuludur, Hıristiyanlik kadar, Musevilik kadar, İslamiyet kadar doğuludur yani… Lale utangaçtır, taze bir gelin kadar, iltifat görmüş bir nazenin kadar utangaç yani... Lale altə yaprağıyla hercayidir, batılar ve kuzeyler kadar, alt veya üstler kadar... Lale sabr u sebatın, ölümden sonra dirilmenin adıdır yani, ekim mevsiminde ekilip nisan mevsiminde açacak kadar…”