Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Səadət nədir?
Çıraq ol! Nurunu artır günbəgün Hər yerdə həyatın boğ zülmətini. Məncə, çıraq olub başqalarıyçün Yananlar tapıbdır səadətini!
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı. Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı. Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət… Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət? Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Hüseyn Cavid
Hüseyn Cavid
Reklam
Səadət nədir?
Nəsir Sadıqzadə'yə Səadət nə demək?.. - bu sualla mən Özümü çox yordum, tapa bilmədim. Səadət nə demək?.. Bir tələbəykən, Məktəbi axıra vurmaqdır, - dedim. Məktəbi bitirdim, işə də girdim Səadət bu mudur? Yox, bu deyilmiş! Böyük dahiləri oxuyub gördüm Çoxları sevgini səadət bilmiş. Sevdim! Gecə-gündüz yandım şam kimi İztirab... Göz yaşı... Min qan, min qada. Tapmadım yenə də səadətimi, Eşqin əzabları şirin olsa da... Evləndim, həsrətə son qoymaq üçün, Qurtardı o şirin iztirablar da. İndi də, qayğılar artdı gün-bə-gün Dedim: - Ay səadət, hardasan, harda? Səadət üfüqmüş... əl çatmaz ona, Aydın görünsə də o, bizə gendən. Arzular sığışmır onun yoluna, Səndən uzaqlaşır yeridikcə sən.
Səadət nədir?
"Bəlkə də səadət elə budur, bu: "Hardasan, hardasan, gəl-gəl" - deməkdir. Bəlkə də səadət ömrümüz boyu Nəyisə... gözləmək... hey... gözləməkdir."
" Azadlıq, səadət haqqımdır mənim, Allah çox görməsin bu haqqı bizə. İstiqlal yolunda qurbanlar verib Axir yetişmişik istəyimizə. İplər qırılsa da, bilmirəm hələ İpin ucundakı o qarmaq nədir? Uzaqdan qurulur bizə min tələ, Şeytanın barmağı evimizdədir... "
Sayfa 127
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı. Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı. Gönüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət... Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət? Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Reklam
“Dağda şəlalə kimi” (May 1960)
Bir rəngini yox, göylərin min rəngini sevirəm Bir gülü yox, güllərin çələngini sevirəm. Mən çıxmağa təpə yox, uca dağ istəyirəm, Həyatı həyat kimi yaşamaq istəyirəm. Göydə qürub çağı da, dan yeri də gözəldir. Həyatın sevinci də, kədəri də gözəldir. Həyat – bir cıdır düzü, bir döyüş meydanıdır. Hər kəsi öz cürəti, öz qüdrəti tanıdır. İnci
“Səadət nədir?” (Aprel, 1962)
Nəsir Sadıqzadəyə Səadət nə demək?.. - bu sualla mən Özümü çox yordum, tapa bilmədim. Səadət nə demək?.. Bir tələbəykən, Məktəbi axıra vurmaqdır, - dedim. Məktəbi bitirdim, işə də girdim
"Bakıda"
Balaxanı neft mədənlərinə gedərkən, Məsud ilə Şəfiqə arasında bir mübahisə. Şəfiqə bir az xəyalpərvərdir, uzaqdan neft buruqlarını görüncə sevinərək Məsuda göstərir. Şəfiqə: Uzaq, uzaq, çox uzaq yerdə iştə bir orman! Nasıl da xoş, nə qədər şairanə sərvistan! Bax, iştə bax, nədir onlar? Nə söylədinsə yalan... Gəzib dolaşsa — deyirdin — bu
`Bu söhbəti xatırlarkən "səadət nədir?"- deyə, öz-özümə sual verdim. Səadət şəxsi "mən"dən, şəxsi təmayüldən, şəxsi arzuda əl çəkərək ümumi "mən"liyə, ümumi təmayülə və ümumi aruzya xidmət etmək deməkdir.
55 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.