Mən sizə deyim, başa salım ki, istənilən qızın və yaxud qadının arzusu nədir. Biz hamımız öz şahzadəmizi axtarırıq. Bir nəfəri və bir ömürlük. Elə birisi olsun ki, onunla fəxr edə biləsən, onu sevə biləsən, onun qayğısına qalasan, ondan uşaqlar doğasan, onunla bir yerdə qocalıb qarıyasan və onunla bir yerdə öləsən. Lakin əgər belə bir şahzadə rastımıza çıxmırsa (təəssüf ki, belə şey yalnız yaxşı adan gətirmiş nağıllarda və romantik komediyalarda mümkündür), onda biz səadət axtarışına çıxırıq.
·
Puan vermedi
İblis mənzum faciəsi şərə qarşı qüvvətli etirazın ifadəsi olan Cavid dramaturgiyasının ən dəyərli əsərlərindən biridir. Bu əsərdə müharibənin yarattığı fəlakətləri ön plana çəkilir. Əsərin əsas surətlərindən biri Arifdir. Bu obrazla müəllif romantik bir şəkildə, bir tərəfdən, insanların iblisləşməsini, digər tərəfdən, türk xalqlarının, Şərq dünyasının fəlsəfi düşüncə tərzini ümumiləşdirilir. Əsərin əvvəlində kiçik ikən İstanbulda evi yanan, nəsli məhv olan, kiçik qardaşı Vasifdən ayrı düşən Arif gələcəyə şübhə ilə yanaşır. Mühiti ilə arzuları arasında uçurum görən bu obraz daha çok hissə qapılır. Mühitini dəyişdirmək gücünü özündə görmədiyindən cəmiyyətdən uzaqlaşır. Bəşəriyyətin, insanlığın zülm, şər qüvvə əlində çeynəndiyini gördükcə göylərə, Allaha xitab edir: - İnsanları xəlq etmədə var, bəlkə də hikmət, İblisə nə hacət? Müəllif Arifin timsalında insanın iblisələşə bildiyini göstərir. Nəfsinə sahip ola bilməyən insanın maddilik ucbatından iblisliyə sürükləndiyini açıqlayır. "Qüvvətə, altuna tabe dünya",- deyən İblis nəfsini təmin etmək üçün hər cür cinayətlər törədən əsl iblisliyin insanın xislətində olduğunu qabardır. Hüseyn Cavid'in sonda gəldiyi nəticə budur ki, İblislər öz nəfsinə məğlub olan insanlardır. Nə qədər ki onlar var, bəşəriyyət rifah və səadətə çata bilməz. İblis isə öz dili ilə deyir: İblis nədir? Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? - İblis!
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019666 okunma
Reklam
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı. Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı. Gönüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət... Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət? Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Qəribə xisləti var insanın. Ömrü boyu axtarışda, Soraqda olur. Xoşbəxtlik, səadət gəzir. Amma heç bilmir də o nədir, nə ölçüdə, nə biçimdədir. Böyükdürmü, kiçikdir mi? Qalındırmı, nazikdirmi? Rəngi nədir, dadı necədir? Bugünündən, adi qayğılarla yüklənmiş real yaşantılarından qopub fikren, ruhən gələcəyə, ilğımlara, illiziyalara köklənir. Və bir gün də həyat yolunun son döngəsini dönəndə aliboş halda, axtardığını tapmadığını duyaraq qəflət yuxusundan ayılır. Başa düşür ki, xoşbəxtlik deyə axtardığı o nəsnə elə o adi bilib, dəyər vermədiyi ağrı-acısız günləri imiş. Bədbəxt olmayan nə varsa, bax elə onlar imiş xoşbəxtlik.
Sayfa 198Kitabı okudu
"Qulaq as efirdən gələn bir səsə: "Səadət hər kəsin öz əlindədir". Səadət hər kəsin öz əlindəsə, bizim çəkdiyimiz iztirab nədir?! Deyirlər, dağ çapar insan istəsə, həyatın əzəli qanunu budur. Biz ki, istəyirik, amma nə isə həyatda yenə də biz deyən olmur"
Sayfa 277 - Yaşamaq üçünKitabı okudu
HƏR KEÇƏN ANI DA BİR SƏADƏT BİL
Bizi ayrılıqda dəfn edəcəklər, Yer altda üz-üzə gəlməyəcəyik. Torpağa dönəcək sümüklərimiz, Varlığı, yoxluğu bilməyəcəyik. Bəlkə tozumuz da görüşməyəcək, Kəlləmiz olacaq əqrəb yuvası. Bu giley, bu küsü nədir, ey mələk, Düşün ki, dünyanın yoxdur vəfası. Zəhərə döndərmə beş günümüzü, Hər keçən anı da bir səadət bil. Qaytarma qapıdan xoş günümüzü, Gedənlər bir daha qayıdan deyil, Hər keçən anı da bir səadət bil.
Sayfa 224
Reklam
48 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.