"Simyacı" əsərini bədii cəhətdən təhlil etmək istərdim. Çünki əsərdə baş verənlərin təhlilini verməli olsam, çatışmazlıqlar olmasına baxmayaraq gərək ki, hamı kimi əsəri tərifləyim. Bu əsər didaktik (tərbiyəedici) tərzdə yazılmışdır. Realist yox, romantik üslubdadır. Çünki adi həyatda insanı arzularından əl çəkməməyə nə adi insan cildinə girmiş şah, nə də ki daş cildinə girmiş varlıq bizə yol göstərmir. Əsərdə rupor üsulundan istifadə edilmişdir. Yəni, yazıçı demək istədiyi fikri hansısa obrazının dili ilə pafoslu şəkildə oxuyucuya çatdırır. Bu da bədii əsər üçün ən böyük nöqsandır. Düzdü, əsəri oxuduqca yazıçının insana aşılamaq istədiyi fikirlər böyük məna kəsb edir. Amma bədii əsər olduğu üçün bu da onun bir nöqsanı sayılır. Çünki ədəbiyyat insana həyatı göstərməlidir, amma həyatda necə yaşanmalı olduğunu öyrətməməlidir. Yazıçı kişisel gelişim, ya da fəlsəfə haqqında bir kitab yazmış olsaydı, təbii ki bu, nöqsan sayılmazdı.
Amma yenə də oxumağa dəyər.... Xoş mütaliələr....