Bax, əgər sən iti kartofa öyrədib sonra onun qarşısına ət qoysan, o yenə əti yeyəcək. Çünki bu onun qanındadır.
Həmçinin sən insana bir balaca hakimiyyət həvalə etsən onunla da eyni cür olacaq. O, bundan yapışacaq. Bu, özü-özünə yaranır. İnsan özü də, özü-özlüyündə heyvandır. Yalnız zahirən o, tərbiyəli görünür.
"Tanrı hər bir çətinlikdən çıxış yolunu çox yaxşı bilir. Biz sadəcə tələsməməliyik və səbirli olmalıyıq. Sonra hər şey birdən baş verir və biz açıq-aydın görürük ki, sən demə, Tanrı bizim üçün hər şeyi planlaşdırıbmış. Biz sadəcə əvvəlcədən hər şeyi görə bilmirik. Elə bilirik ki, çox bədbəxtik və həmişə də belə olacaq."
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
İnsan əl açmağa başladıqca tədricən görünməz olmağa başlayır və gün keçdikcə o, sanki əriyib tamamilə yox olur. Qabağından gəlib keçən insanlar səni görmürlər. Sanki dilənçilik təhlükəli bir virusdur. Hər kəs sənin yaxınından belə keçməyə qorxur. Ən mərhəmətliləri isə üzlərinə çox rəhmli bir ifadə verərək səni səndə qalan yeganə şeydən də məhrum edirlər: bərk-bərk tutduğun, buraxmaq istəmədiyin mənliyindən, heysiyyətindən. Hətta hər gün çirkləndirdiyin o şəkillərin üstündə evləri olan insanlardan mərhəmət diləsən belə mənliyindən, heysiyyətindən məhrum olmaq sənə ağır gəlir.
Yağış yağır, döyəcləyir pəncərənin şüşəsini
O yağışın damlaları mənəm, gülüm.
İstərdim ki, mən yağış yox, şüşə olum pəncərədə
Gecə-gündüz qoy döyülüm damlalarla
Təki hər gün səni görüm….
Sən açanda pəncərəni
Həsrətində olduğum o əllərinlə tumarlanım.
Çöldən əsən bir xəfif meh, saçlarını sığallasın,
Sonra dönüb mənə gəlsin
Mən ətirindən xumarlanım.
Baxım sənə həsrət dolu baxışlarla
Uzandıqca yatağında.
Zəif lampa işığında.
Səhərləri o dağınıq saçlarından bu yaralı ürəyimə
Sevgi axsın sən bilmədən…
Öpüm sənin saçlarından
Sən görmədən…
Nə deyim mən.
Bəlkə bir gün boylananda pəncərəndən
Bütöv şüşə üzərində
Şüşə kimi çatlar vermiş ürəyimi görə bildin.
Bəlkə onda anlayaraq mənim nələr çəkdiyimi
çox demirəm,
Öz evinin şüşəsitək bəlkə məni seva bildin.
Yağış yağır, döyəcləyir pəncərənin şüşəsini
O yağışın damlaları mənəm, gülüm.
İcazə ver şüşə olum pəncərəndə
Orda qalım, orda ölüm….