- Olub ki, sən bir insanı hədsiz dərəcədə sevəsən, ancaq qucaqlaya bilməyəsən?
- Hə.
- Onda niyə ona öz sevgini etiraf etmirsən? Bəlkə, bilsə,onu qucaqlamağına icazə verər, - Erin uşaq inadı ilə Şonun qəlbində kiminsə olub-olmadığını bilmək istəyirdi.
- O bunu çoxdan bilir. Bunu ilk fürsətdə özünə demişəm.
Ancaq, çox təəssüf ki, onu qucaqlamaq mümkün deyil.
- Niyə?
- Çünki insanın özünü qucaqlaması alınmır.