Bu kitabı oxuyandan sonra bəzi düşücələrimin yaxşı yöndə dəyişdiyini deyə bilərəm.
.
Həyata daha fərqli baxıb daha fərqli sorğulamağa başlamışam.
"Oyanmaq istəyirsənsə mütləq oxu" deyəcəyim kitabların ən başında bu kitab gələr.
.
Hətta instada bir çox postlarımı bu kitabdakı sözlərdən,fikirlərdən yola çıxaraq hazırlamışdım.))
Nəysə keçid edək kitabın mövzusuna.
Kitab, varlanmaq daha dəqiq desək düzgün şəkildə yaşamaq üçün nə etməli olduğumuzu bizə sadə yollarla başa salır.
Kitabda Robertin " varlı və kasıb atanın" ona verdiyi nəsihətlərdən yola çıxaraq öz həyat yolunu tutma müarizəsi qələmə alınmışdır.
.
"Varlı valideyinlər övladlarına nə öyrədirlər ki ,bunu kasıb valideyinlər öyrətmir.."
.
Doqquz yaşında uğur əldə etmək üçün çalışan Robertə elə dostunun atası (varlı atası)sözün əsl mənasında yoluna işıq tutur.
Bundan sonra onların "Siçovul yürüşlərində"itbata düşməməsi üçün onlara maraqlı dərslər verir.
.
Sözlərin gücü və təsiri böyükdür.
Kasıb ata pulu olsa da pulsuzluqdan əziyyət çəkərək "limitli" nəsihətlər verərkən, varlı ata daim "limitsiz" nəsihətlərlə qarşısına çıxar.
.
Hər iki atanın gözəl nəsihətləri Robertin "həftəbecər" olmuş beynində bir cığır açar.
.
Bu gün bu kitabın ərsəyə gəlməsi ,Robertin o dərslərdən yaxşı nəticə çıxardığının sübutu ola bilər.
.
Dəyişmək, dəyişdirmək istəyirsənsə bu kitabı oxu və oxut.