Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham... Yazaydım səhər-axşam. Arzuya bax, sevgilim, tellərindən incəmi? Söylə ürəyincəmi? Yenə o bağ olaydı, yenə sizə
Sayfa 188Kitabı okudu
Yenə o bağ olaydı...
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi? Yenə o bağ olaydı, yenə sizə
Reklam
344 syf.
·
Puan vermedi
·
4 günde okudu
Bu sarsıdıcı, ağlasığmaz avtobioqrafiya nəzərinizi unudulmuş Afrika dəhşətlərinə çəkəcək. "Anam mənə təbiətin bir möcüzəsinin adını qoyub. Varis “səhra gülü” deməkdir. Səhra gülü lap az canlının sağ qala bildiyi bəhrəsiz, münbit olmayan səhrada çiçək açır. Bəzən bir il yağış yağmır, amma yağar-yağmaz yerin tozunu öldürür və möcüzə kimi bu
Səhra Çiçəyi
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 20142,861 okunma
160 syf.
5/10 puan verdi
·
25 saatte okudu
Gəlin söhbət edək, Adagio dinləyək.
Sabaha farmakologiya dərsim var, oxunacaq 56 səhifəlik material. Sadəcə o da deyil, təbii ki. 60 səhifə patoloji anatomiya; 60 səhifə ümumi cərrahiyyə; digərlərini isə ümumiyyətlə, saymaq istəmirəm, düşüncəsi belə yorur. Və bütün bunlara rəğmən, indi burada bu şərhi yazma qərarına gəlmişəm. Çünki yazmasam, ağlımdakı digər yazılar kimi şüurumun
Adagio
AdagioFəridə Məmmədova · 20172 okunma
80 syf.
7/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Palçıqlı qonaqlar
Spoiler Tolstoy kimi böyük rəsmlərin kiçik detalları bəzən xəzinələrlə dolu ola bilir. Ədəbiyyatda yetərincə yer tutan şeytan mövzusunu Tolstoy da sınaqdan keçirib və ortaya kiçik, novella tipli bir xəzinə çıxıb. Bu kitabda Tolstoy cəmiyyətin görünməyən tərəflərini, illərin dəyişməyəcəyi bir mövzunu işıqlandırıb. Əslində, hər şey Tolstoyun
Şeytan
ŞeytanLev Tolstoy · Qanun Nəşriyyatı · 04,406 okunma
280 syf.
·
Puan vermedi
·
6 günde okudu
Bu il üçün bir digər planım oxucular arasında çox bilinməyən yazıçıların əsərlərini seçib oxumaqdır. Bu gün hədsiz çox əsər var ki, kəşf olunmağı gözləyir. Və biz sadəcə məşhur müəlliflərə, əksəriyyətin yönəldiklərinə üstünlük versək, yanlış olar. Tək istiqamət bizə kifayət etməyəcək. Fikrimdə təxmini 10 kitab tutmuşam. Bu qisim kitabların ilki
Fəlakət
FəlakətRabindranath Tagore · Bakı, Şərq-Qərb Nəşriyyatı · 200689 okunma
Reklam
192 syf.
5/10 puan verdi
·
30 saatte okudu
Bəs hanı Romeom?
Kitab haqda danışmadan bir iki mövzuya dəyinmək istəyirəm. Artıq ard arda oxuduğum 4-cü kitabdı qanun nəşriyyatından. Mən də bir kitaba başlayacağım zaman, kitabın arxasındakı yazılardan ön sözə qədər bütün incəlikləri oxuyuram. Və artıq dördüncü dəfədir ki, eyni halı yaşayıram. Əsər başlamadan öncə, bir yazı parçası qoyulur və o yazı parçasındakı
Romeo və Cülyetta
Romeo və CülyettaWilliam Shakespeare · Qanun Nəşriyyatı · 202160,2bin okunma
Hər kəsin tək bir həyat qayəsi var : Xoşbəxtlik… Nədir xoşbəxtlik? Həqiqətən də, bilirik əsl xoşbəxtliyin nə olduğunu, yoxsa insanlar həyatları boyunca heç dadmadıqları, bilmədikləri fani bir hissin arxasınca qaçırlar? Ömrünüzdə ən xoşbəxt anınız hansıdır məsələn? Yaxşı, gəlin, qəliz suallardan başlamayaq. Həmçinin, əsrimizin bəlası olan “ən“-
250 syf.
1/10 puan verdi
Spoiler var:)
Əvvəlcə onu qeyd edim ki, oxuduğum kitablar barədə nadir hallarda incələmə yazıram. Bu kitabın isə tərifini son günlərdə çox eşidirdim və demək olar ki, hər gün sosial mediada reklamları ilə qarşılaşırdım. Xəzər Süleymanlını bir qitaətçi kimi, Aqşin Evrəni isə şair kimi tanıyırdım çox öncədən. Və yaradıcılıqları ilə müəyyən qədər tanış idim. Ona
Ayrılıqların Təkrarı
Ayrılıqların TəkrarıXəzər Süleymanlı · Mücrü Neşriyyatı · 202169 okunma
Ən çox sevdiklərimdən...
Bu fələyin ümmanında, Mən üzməyi bacarmıram. Məni niyə əzirlər ki? Mən əzməyi bacarmıram. Dilim də yox tərif deyə, Tərif yerdən göyə dəyə, Sən ƏN... ƏNsən deyə-deyə, Söz düzməyi bacarmıram. Bu məmləkət dözümlüdür, Çəkir zillət dözümlüdür, Bəlkə, "millət dözümlüdür", Mən dözməyi bacarmıram. Üz tutmuram insanlara, Üz tuturam ümmanlara, Gəlin, çıxaq meydanlara, Tək gəzməyi bacarmıram.
Ramin Allahverdi
Ramin Allahverdi
Reklam
Tısbağa Sofiya
Anamın tısbağalardan zəhləsi gedərdi. Xoşuna gəlməyən qonşuları, arası olmayan tanışları, atamın sırtılmış qohumlarını tısbağaya oxşadardı. Səbəbini soruşmamışdım bu nifrətin. Qorxurdum, elə səbəb gətirər, mənim də zəhləm gedər. Diribaş dostlarım deyirdi ki, tısbağanı öldürməyin bir dənə yolu var. G*tünə çubuq soxursan, başını çanağından çıxardır.
Görəsən, mən yaxşı oğlanammı?
Hərdən düşünürəm ki, görəsən, mən yaxşı oğlanammı? Əvvəlcə, cürbəcür yalanlar söyləyib, özümü inandırıram ki, "həə, mən yaxşı oğlanam". Amma daha sonra bu aləmin ştamp-qəlibi olan bir cümlə yadıma düşür. "Yaxşı oğlan özünə yaxşı oğlan deməz". Bu halda çıxılmaz bir vəziyyətə düşürəm və sizi inandırım, heç bilmirəm nə edim. Necə
Bir tanış uşaq var. Belə baxanda, o qədər də pis uşaq deyil. Cana yaxındı. Yalan olmasın, iki gündən bir zəng edir, yazır. Necəsən? Nə var nə yox? Evdə-eşikdə, çöldə-bacada nə var nə yox? Nə qulluq edim, nəyə ehtiyac var? Qadan alım, başına dönüm, can deyər, can eşitməsə, bir də can deyər. Qaynana təzə kürəkənin başına dolanan kimi başına dolanır. Çay içirsən, stəkan boşalan kimi tez deyir, can, qadan alaram, sən əziyyət çəkmə. Hələ bundan da artığı. Mənzərəni gözünüzdə canlandırın zəhmət olmasa, görün, siz də diksinirsinizmi? Adam dostluğunu, sədaqətini hər mümkün variantda göstərsə də, suni gəlir. Alışa bilmirsən, onun bu yaxşılıq etmək istəyi bezdirir, davamlı yaxınlığı bezdirir. Yenə deyirəm, bəlkə də ən normalı budur, amma nəsə o deyil e. Dərd odur ki, belə olmayanda da adam inciyir. Nəsə orta bir variant, məxrəc olmalıdır. İşi düşəndə hal-əhval tutan adamlar kimi. Şəxsən mən bundan incimirəm. Ən səmimisi budur. Mənə hər gün yazmaq, halımı soruşmaq məcburiyyətində deyil kimsə. İşi düşüb, dara düşüb, ağlına gəlmişəm. Yaxşı olar ki, həmin adamlar da bir başa sözünü desin, tay kivrəsi olduğum uşağın cükünə qədər maraqlanmasın. Ümumiyyətlə, gəlin, hərdən bir-birimizi rahat buraxaq. Tək qalmaq istəyəndə artistlik edib onu ondan çox sevirmiş kimi göstərib, həyatına paz olmayaq. Əgər bir adam dərdini demək istəmirsə, danışmağa ehtiyacı yoxdursa, dirənməyin də adı yoxdur. O cümlədən belə olmayanda da üz üzdən utanar prinsipi ilə yanaşmayaq. Sadə, səmimi, mehriban olaq. Xahiş edirəm, təklifimi dəyərləndirin.
Səməd Vurğun - Şair, nə tez qocaldın sən?! (1953) . Nemətsə də gözəl şer, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən?
72 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.