Kitabı böyük bir həvəslə almışdım, amma düşünürəm ki, o qədər həvəsli olmağıma dəymədi. İlk 150-200 səhifəni demək olar ki, maraqla oxudum. Amma sonrasını oxumaqda çox çətinlik çəkdim, çünki kitab artıq mənə görə sıxıcı bir hal almağa başlamışdı. Dəfələrlə yarıda saxladım, çünki oxuduqca yorulurdum. Deyə bilərəm ki, kitabı bir neçə ay ərzində bitirdim. Hər dəfə bir az oxuyub "artıq yoruldum" deyərək saxlayıb, qaldırıb rəfə qoydum. Başqa bir kitabı əlimə aldıqda rəfdə dayanan "Milena'ya Mektuplar"a gözüm sataşırdı və ən sonunda oxuyub bitirməyi özümə məqsəd qoydum. Sonunda bunu bitirdim.
Kitabı sıxıcı edən yanlardan biri məktubların tək tərəfli yazılmış olması idi. Digər bir səbəb: Franz hər dəfə məktuba başlayanda "Ah Milena" kimi ifadələr işlədib. Bu da hər yeni məktuba başlayanda elə ilk cümlədən adamı yorur. Həm də Kafka özünü bir az da acındırır. Buna misal: "sana elimi uzatabilecek cesarete sahip değilim ben; bu kirli, titrek, kararsız, kimi zaman bir pençeyi andıran, terli ve soğuk elimi." Bunun kimi bir neçə cümləyə rast gəlmək olar.
Kitabı çox da pisləmək istəmirəm. Amma oxuyuculara tövsiyyə edirəm mi? — Yox.
Kitaba puanım: 4/10 (bu 4 puanı da içindəki bəzi gözəl cümlələrə, oxumaq üçün ayırdığım zamana görə verirəm.)