Təsvirin tən ortasında bir kişi var, gənc və qüvvətli. Qarşısında üç nəfər amansız dalğaların içində boğulur. Atası, arvadı və uşağı. Arvadı qat-qat yaxındadır. Uşağı isə az qala əlinin altındadır, uzansa tutacaq. Kişi isə bütün bədəni ilə uzaqdakı atasına uzanır. Artıq barmaqlarının ucundan sürüşüb gedən, qurtarılması ehtimalı belə olmayan o qoca ataya. Bunu görəndə adamın içində qeyri-ixtiyari bir üsyan baş qaldırır. Niyə? Yazının davamı linkdə: 👇 academia.edu/169008228/Batan...
Psikoloji
Bir gün içində baş qaldıracaq üsyan və qışqırtılar indiki səssizliyin, tabeliyindir. Özünü yox sayaraq basdırdığın hər arzu xortlayacaq. Reallaşmayan xəyalların və bir qəlb dolusu lazımsız xatirələrin əlbəttə diriləcək. Çox təhlükəlidir gecikmək. Bir dəfə məruz qaldınsa bir ömrün ayağı sürüşüb gedir.
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Həqiqətin Səssizliyi və Dərketmənin Sərhədləri
Həqiqətin səssizliyi və dərketmənin sərhədləri mövzusu, bəşər tarixinin ən güclü intellektual təcrübələrindən biridir. İnsan çox vaxt elə hesab edir ki, əgər əlində yetərli sübut, məntiq və aydınlıq varsa, qarşısındakı hər kəsi gerçəyə inandıra bilər. Lakin fəlsəfə bizə öyrədir ki, idrak və anlama insanın ruhən və zehnən o həqiqəti qəbul etməyə hazır olması halında baş verə bilər. Bu hazırlıq yoxdursa, ən parlaq işıq belə kor gözlər üçün qaranlıqdan fərqlənmir. Platonun məşhur mağara təmsilində təsvir etdiyi kimi, ömrü boyu kölgələri gerçəklik sanan birinə mağaranın xaricindəki günəşi izah etməyə çalışmaq nəinki mənasızdır, həm də təhlükəlidir. Çünki o insan üçün kölgələr onun dünyasıdır və bu dünyanı sarsıdan hər kəs onun düşməninə çevrilir. Bu nöqtədə dərketmə səviyyələri arasındakı keçilməz divarlar epistemoloji bir elitizm kimi deyil, təbiətin bir qanunu kimi qarşımıza çıxır. Həqiqət hər zaman eynidir, lakin hər zehin onu öz həcmi qədər qəbul edir. Tarix boyunca bəzi müdriklər insanın həqiqətlə münasibətindəki bu faciəli məsafəni müxtəlif formalarda ifadə etməyə çalışmışdılar. Məsələn, antik dövrün kinik filosofu Diogenin gündüz vaxtı əlində çıraqla "adam axtarması" əslində cəmiyyətin mənəvi korluğuna qarşı səssiz bir üsyan idi. Diogen yaxşı bilirdi ki, görmək istəməyən birinə işıq tutmaq sadəcə çırağın yağını hədər etməkdir. Bu düşüncə modern dövrdə Nitsşenin fəlsəfəsində daha kəskin bir forma alır. Nitsşe hesab edirdi ki, bəzi həqiqətlər hər kəsin çiyinlərinə qoyulacaq qədər yüngül deyil. Onun "Zərdüşt belə deyirdi" əsərindəki "mənim dağlardakı həqiqətlərim üçün aşağıdakıların qulaqları yoxdur" ifadəsi, həqiqətin həm də bir ağırlıq və məsuliyyət daşıdığını xatırladır. İnsanların çoxu həqiqəti deyil, onları rahatladan illüziyaları seçir, çünki gerçək hər zaman
Felsefe
Hacı Şahin!
Əlhəzər ol dəmidən bərpa ola divani-eşq, Bəzmi-eyş içrə qura məstanələr mizani-eşq. Məst olan biçarədən aldım sorağın, söylədi, Məscidü-minbər deyil, meyxanədir ünvani-eşq. Eşqdən fərman alanlar, can verər cananına, Qətli-nəfs olmuş əzəldən ta əbəd fərmani-eşq. Qafilin təlx olsa ömrü həqqə üsyan eyləyər, Başu-canından keçər ah eyləməz qurbani-eşq. Eşqi izhar eyləmək biganəyə eyb olsa da, Məşuqa etsəm nə eybi, ey könül, elani-eşq. Eşq dərdindən usandım, dərdə dərman istədim, Söylədi dərdü-ələmdir dilbərim, dərmani-eşq. Ayrılıq dəmində gərçi munisi-qəm olmusan, Vəsli-canan ilə bitməz, sanma ki, hicrani-eşq.
Şiir
Hələ balaca uşaq idim, başa düşmüşdüm ki, dünyada ən pis şeylərdən biri kiməsə/kimlərəsə həsəd aparmaqdır. Böyüdükcə belə insanları o qədər gördüm ki, ətrafımda. Ümumiyyətlə, çox zəhləm gedir başqalarının xoşbəxtliyinə həsəd aparan, başqalarını qısqanan insanlardan. Əgər xoşbəxt deyilsənsə, həyatında pis hadisələr baş verirsə, səbrli olmalısan, fikirləşməlisən ki, bu günlər də gəlib keçəcək, heç bir əzab onsuz da sonsuza qədər olmur. Ətrafa baxıb digərlərinin necə yaxşı, xoşbəxtlik içərisində olduğunu görəndə isə üzülməməlisən, şikayət, üsyan etməməlisən Tanrıya və ya taleyinə. Özün üçün yaxşısı olana qədər çalışmalısan, əlindən gələni etməlisən, başqa da heç nə. Hələ insanlar var, başqalarının xoşbəxtliyinə kölgə salmağa çalışırlar, paxıldırlar, onların həyatının da pisləşməsi üçün nələr edirlər hətta. Bu tip insanlar sadəcə qaraqəlbli, qəlbləri çoxdan kirlənmiş, çirkin insanlardır. Ətrafınızda belə adamlar varsa, uzaq durun, uzaqlaşdırın onları. Mən belə edirəm.
Alıntı
Mən səni sükutumla sevdim. Sükutumla üsyan etdim. Səni sevmək bu qırmızı quruluşda müsavatçı olmaq qədər qorxuncdur! Aljir
Edebiyat