8/10
·494 syf.··
Beğendi
·
2026 10. kitabı
Klassik Türk ədəbiyyatında iz qoymuş realist yazar Orxan Kamalın Yad Qızı romanını oxuyub bitirdim. Əsər Nazan adlı sadəlövh bir gənc xanımın acınacaqlı həyat hekayəsindən bəhs olunur. Yazar öz əsərində reallığın ən acı yönlərini, həyatın zəif xislətlilərə qarşı tətbiq etdiyi əzici gücü və mühitin onlar üzərindəki böyük təsirini olduqca aydın şəkildə nümunələndirir. Müəllif öz əsərində vurğulamağa çalışır ki, insan hər cür çətinliklərə və hər növ mühitə düşə bilər, ancaq yaşananların və ətraf-mühitin onun üzərindəki təsirində isə, həmin insanın öz xarakteri böyük rol oynayır. İnsan, ona yönələn zərbələr qarşısında zəiflik göstərdikcə, hər keçən gün bu zərbələrin həcmi də böyümüş olur. Odur ki həyat, qaynanası Həcər tərəfindən ailəsi dağıdılan fağır Nazanı, ağlına belə gətirmədiyi saysız çirkinliklərin içərisinə yuvarlayır. Halbuki Nazan, güclü bir iradə sərgiləyərək həyatını tamam fərqli bir yöndə də inşa edə bilərdi.((( Nazan xarakteri məni həm üzdü həm çox əsəbləşdirdi. Bir qadın necə key, sadəlöv olar.? öz həyatında heç bir söz haqqı olmayan qadının başına gələn hər şey öz sakitliyi və hər şeyə "hə" deməsinə görə olur. Bir növ qarşısına qoyulan hər şeylə razılaşan Nazan ona biçilən həyatı yaşayır.Taleyi ilə barışır və bütün olanlara alın yazısı kimi baxır. SPOİLER: Nazan təhsilsiz, evinə, yoldaşına, oğluna və ən əsası zamanın qayda-qanunlarına, ədalətsiz cəmiyyətin qanunlarına tabe bir insandır. Vəkil yoldaşı Məzhəri çox sevsə də, qayınanasının qorxusu ucbatından sevgisini göstərməkdən çəkinir. Gün ərzində yalnız qulluqçu kimi ev işlərini Nazan zamanla ərinin özündən uzaqlaşmasına səbəb olur. Məzhər, yoldaşının bu halını görür və klub qadını olan Jaləyə könül verir. Jalə yüngül əxlaqlı qadın olsa da, Nazanın halına acıyır və onun evdən qovulmasına səbəb olan
Yad QızıOrhan Kemal · Qanun Nəşriyyatı · 200915,4bin okunma
8/10
·161 syf.··
2026 7. kitabı
·
9 günde okudu
·
Okunma: 28 Mayıs 2026 14:30
Fəriba Vəfinin "Zirzəmi quşu" (orijinal adı ilə Parandeye-man / "Mənim quşum") romanı müasir İran qadın ədəbiyyatının ən dərindən təsir edən, sakit amma sümüyə işləyən əsərlərindən biridir. Romanın bizə ötürdüyü o əsas atmosferə və mövzulara nəzər salaq: ​1. Evin divarları arasındakı "Zirzəmi" ​Roman adını elə-belə almayıb. Baş qəhrəman (və eyni zamanda hekayəni nəql edən adsız qadın) özünü həm fiziki, həm də mənəvi olaraq bir "zirzəmi quşu" kimi hiss edir. O, iki uşaq anası və bir kişinin həyat yoldaşıdır. Onun dünyası evin dörd divarı, bitmək bilməyən mətbəx işləri və uşaqların qayğıları ilə məhdudlaşıb. Ən pisi də odur ki, bu qəfəs ona cəmiyyət və ailə tərəfindən "xoşbəxtlik" adı altında təqdim olunub. ​2. Əmir və Bitməyən Arzular ​Qadının yoldaşı Əmir isə tam fərqli bir personajdır. O, reallıqdan qaçan, daim böyük layihələr, Kanadaya köçmək, zəngin olmaq xəyalları quran biridir. Əmir öz xəyallarının arxasınca qaçarkən, ailənin bütün real yükü, borcları və gündəlik stressi bu adsız qadının çiyinlərinə düşür. Əmir azadlıq axtarır, amma qadınını evə, məişətə zəncirlədiyinin fərqinə varmır. ​3. Səssiz Etiraz ​Bu romanı xüsusi edən şey qəhrəmanın qışqıraraq, qab-qacaq sındıraraq üsyan etməməsidir. Onun etirazı səssizdir. O, daxilən hər şeyi analiz edir, öz anasının, bacılarının həyatı ilə öz həyatını müqayisə edir və görür ki, Şərqdə qadının taleyi nəsildən-nəslə eyni ssenari ilə ötürülür: Fədakarlıq et və sus. ​Kitabın əsas fəlsəfəsi bəlkə də budur: Qadın sadəcə ana və ya həyat yoldaşı olmaq üçün öz mənliyini, arzularını tamamilə yox etməlidirmi? Müəllif bizə göstərir ki, qadın özünü unudanda, o artıq sadəcə "yaşayan bir kölgəyə" çevrilir.
Zirzəmi QuşuFeriba Vefi · Parlaq İmzalar · 2023234 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Hamının 3-5 sətir rəy yazdığı kitaba mənim dastan yazmağım
10/10
·80 syf.··
Beğendi
·
2026 4. kitabı
Bismillah. Balaca Qara Balıq Samed Behrengi Əsər uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərə,bəlkə də, uşaqlardan daha artıq xitab edə bilər. Hekayə bir nənənin 12.000 nəvə balığa nağıl danışması ilə başlayır. Balaca Qara Balıq artıq yaşadığı sudan sıxılıb,o həyatın mənasını bu balaca yerdə qısılıb qocalmağı gözləmək,hər gün mənasızca gəzməkdə görə bilmir. Ona görə məna ilə gəzmək, görmək,dənizi tapmaq lazımdır. Ancaq Qara Balığın başda anası olmaqla dost tanışı,qohum qonşusu, hamısı, onu bu "axmaq" fikrinə görə qınayır. Bu real həyatda aldığımız qərarlara qarşı yaxınlarımızın həvəsöldürücü, qınayıcı nəzər və sözlərinə bir işarədir. Qara Balıq isə bu qədər söz söhbətə baxmayaraq öz əməlindən dönmür və uzun bir səyahətə çıxır. Bu isə biz insanlara tutdugumuz yoldan dönməmək üçün sanki bir stimul verir. Qara Balığı tənqid edənlər burada da bitmir,o əvvəlcə həyatın bərki-boşunu görməmiş,valideyninin fikri ilə formalaşan çömçəquyruqların,daha sonra isə necə bu qədər egolu və cahil olduqlarına sübut kimi göstəriləcək ana qurbağanın kinayəli sözlərini dinləməyə məcbur qalır. Bəlkə də,günümüzdə bunu sosial media ilə bağlayan bilərik. Bizi tanıyanlar qədər tanımayanlar da bizi həvəsdən salmağa çalışır,daim mənfi fikir ötürürlər. Sanki özləri bacaramadıqları şeylərin acığını bacarmağa çalışanlardan çıxırlar. Sanki o Balaca Qara Balıq haqlı olsa,indiyə qədər yaşadıqları ömrün puç olmasından qorxurlar.Biz isə Qara Balığın mövqeyindən baxmalı və onun etdiyi kimi bu sözlərə fikir verməməli,ötüb keçməliyik. Qara Balıq bu görüşdən sonra nəhəng bir xərçənglə rastlaşır. Xərçəng o əsnada bir qurbağanı parçalayıb yeyirdi. Qara Balıq o dəqiqə bu məxluqdan ehtiyat eləməli olduğunu anlayır. Xərçəng onu aldadıb yanına çağırmağa çalışsa da, qəhrəmanımız gözüaçıqdır. Özünün də dediyi kimi "ağlı,
Balaca Qara BalıqSamed Behrengi · Simurq Nəşriyyatı (Parlaq İmzalar) · 202336,8bin okunma
8/10
·224 syf.··
Beğendi
·
2026 7. kitabı
Sonya Makvaninin - Sufinin 365 günü kitabını oxuyub bitirdim. Kitabın müəllifi hindistanlı müəllif, ekstrasens və intuisiya kanalı mütəxəssisidir. Fəaliyyəti meditadiya, sufi fəlsəfəsi, alternativ şəfa üsulları və daxili transformasiya mövzularını əhatə edir. Kitab çox sadə lakin dərin mənəvi təlimlərlə zəngin gündəlik meditasiyadır.İnsanların daxili dünyasına nüfuz edir, daxili aydınlıq , qəbul və bağışlama yolunda güclü bələdçidir. Dünyanın sevgi, arzular və azadlıq üçün oyun meydanı olduğunu bilən içinizdəki səsə. Azadlıq böyüyən dostluqdur, sevgi hədiyyələrimizin əkilməsidir və xəyal bunun şirəsini dünya ilə paylaşmaqdır… Mənim qədəhim boşdur… Gəl onu doldur… Meru kiçik bir şəhərdə yaşayan yetim qızdır. O, sari toxucusudur. İllər sonra uşaqlıq rəfiqəsi Zeytunla görüşür və onunla yaşamağa başlayır. Rəfiqələr Merunun sufi babası İbn -Ər-Rəşiddən miras qalab evdə müəmmalı gündəlik tapırlar. Bundan sonra həyatları dəyişir. Əsərin ötürdüyü mesaj ən çox özünə qayıdış, özünü tanımaq, özünükəşf, özünü sevmək, özünə yolculuq, daxili rahatlıq, huzur tapmaq, alilik, yaşamın anlamı , izahı , sakitliyə çatmaq və sonda bu yolda özünü tapmaqdır… Həyatımız boyunca yaşadığımız məyusluğa görə çox zaman üsyan edirik.Amma hər məyusluq təcrübəsi, əslində, həyatımızda dönüş nöqtəsidir, ya xəyallarımızı yaşamağa başlamağı , ya da bizə yaşamağa davam etməyi xatırlatmaq üçündür əslində. Çox vaxt getməyi seçdiyimiz yerlər nə isə alacağımızı bildiyimiz yerlərdir…Biz hər zaman müqəddəs saydığımız yerlərə gedirik, çünki orada eşidiləcəyimizə inanırıq.İnanırıq ki, axtardığımızı tapacağıq. Əslində , əldə etdiyimiz şey çıxdığımız həyat yoluna davam etmək üçün cəsarət və inamdır. Çıxdığınız yola inanmasanız nəticəsi də yaxşı olmayacaq. Həyatın özü müqəddəs bir vəzifədir.
Edebiyat
Sufinin 365 GünüSonia Mackwani · Qanun Nəşriyyatı · 20261 okunma
Puan vermedi·176 syf.··
2026 8. kitabı
·
6 günde okudu
·
Okunma: 11 Nisan 2026 18:23
Səssiz üsyan.   Anar "Ağ Liman"   Yuxu ilə başlayıb, yuxu ilə bitən bu Povest düşündürücü idi. Məhşur "Beşmərtəbəli evin, altıncı mərtəbəsi " romanın girişidir, obrazlar ilə tanışlıqdır. Obrazların hər birinin öz daxili boşluqları vardı, hər şeyin qıraqdan göründüyü kimi olmadığını göstərir Povest. Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan ailə-məişət mövzularına azacıq fəlsəfi toxunuş etməyə çalışıb Anar. Məncə, Povestin əsas gücü də elə buradadır  böyük hadisələr baş vermir, amma insanın içində böyük qırılmalar yaşanır. “Ağ liman” burada sadəcə məkan deyil. O, bir simvoldur insanın çatmaq istədiyi sakitlik, sığınacaq, bəlkə də heç vaxt əldə edə bilmədiyi daxili harmoniya. Povest bəzən sıxıcı gəlir, bəzən isə düşündürücü. Bu da onun ritmindən yox, daha çox həyatın özündən qaynaqlanır , çünki real həyat da eyni ilə belədir: Monoton, amma dərin. Məmməd Nəsir, Səfdər baba obrazlarına daha da rəğbət bəslədim. Məmməd Nəsir içki aludəçisi olsada, söylədiyi nitqlər fövqalədə idi. Onun simasında sanki cəmiyyətin kənarında qalmış, amma həqiqəti daha aydın görən bir insan var. Biz ətrafımızda daimi olan insanları nə qədər tanıyırıq, dərdlərinə nə qədər şərik oluruq...?! Bəzən insan adi bir telefon ilə danışmağada həsrət qalır. Heç düşünmüsünüzmü, biz insanlar eyni məkanda yaşayıb, fərqli dünyalarda tənha qalanlarıq...?! Xüsusilə "Yadlıq  Yüzilliyində" daha da yadlaşırıq. Hər kəs öz "Ağ Limanı"nı axtarır, amma kim çatıb o limana...?! Bəlkədə çatan var, nə xoş halına. "Fight Club" filmindən bir sitatı anımsadım. "Sahib olduqların sonda sənə sahib olur"... Bəlkə də problem elə bundadır  biz “liman” axtarırıq, amma özümüzü yükə çevirən şeylərdən qopa bilmirik. Oxuyun, oxutdurun kitabla qalın əziz insanlar...
Ağ LimanAnar Rızayev · Qanun Nəşriyyatı · 0431 okunma
10/10
·192 syf.··
Beğendi
·
2026 28. kitabı
·
30 saatte okudu
·
Okunma: 28 Şubat 2026 11:44
Heyvanıstan ilk baxışda sadə bir hekayə kimi görünür: fermadakı heyvanlar üsyan edib sahiblərindən qurtulurlar. Əslində bu sadə hekayənin altında XX əsrin ən böyük siyasi dramlarından biri gizlənir. Heyvanıstana rəhbərlik edən donuz Napoleon təsadüfi obraz deyil. Onun simasında Joseph Stalin ümumiləşdirilmiş şəkildə canlandırılır. Hakimiyyətə münasibəti sadə və sərtdir: qorxu yaratmaq, gücü əlində toplamaq və həqiqəti dəyişdirmək. Əsərdə Napoleonun əsas rəqibi digər lider donuz Snoubolldur və o, Leon Trotsky obrazının alleqoriyasıdır. Üsyan zamanı Snouboll daha fəaldır, daha enerjilidir. Gözəl natiqdir, intellektualdır və Napoleondan fərqli olaraq daha ziyalı, daha demokrat təsiri bağışlayır. İnqilabın gələcəyi haqqında təsəvvürü də fərqlidir. Lakin tarixdə tez-tez gördüyümüz bir qanun burada da işləyir: ideyalar çox vaxt güc qarşısında məğlub olur. Necə ki, Joseph Stalin Trotskini Sovet İttifaqından qovmuşdu, Napoleon da Snoubollu fermadan - Heyvanıstandan didərgin salır. Bundan sonra bütün repressiyalar onun tərəfdarlarına qarşı yönəlir. Napoleonun hakimiyyətini qoruyan əsas mexanizm isə təbliğatdır. Bu təbliğatın siması Çığırğandır. Bu obraz həm Vyacheslav Molotov fiqurunu, həm də sovet təbliğatının əsas ruporu olan Pravda qəzetini təcəssüm etdirir. Çığırğan həqiqəti dəyişdirmir, sadəcə yenidən izah edir. O, dili elə manipulyasiya edir ki, prinsiplərin dəyişməsini heyvanlar hiss etmir. Beləcə onların düşüncəsini idarə edir. Bir tərəfdən də qoyunlara baxsaq, onların öz düşüncələrinin olmaması bir qırağa dursun, həm də onlara təlqin olunan şüarları təkrarlamaqla düşünə bilən heyvanları da susdururlar. Bu da kütlə psixologiyasının təhlükəsini göstərir. Göstərir ki, avtoritar rejimlərin hakimiyyətini qoruyub saxlamasında ən əsas istifadə etdikləri düşünməyən
1000Kitap
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018296,6bin okunma