Düşünürəm ki,bunu belə izah etmək olar: həyatda çox vaxt əsl faciələr elə qeyri-estetik forma alır ki, bizi öz kobud azğınlığı, son dərəcə məntiqsizliyi və mənasızlığı, zəriflikdən belə əlamət olmaması ilə incidir, əzab verir. Onlar bizə vulqar təsiri bağışlayır. Onlar bizə yalnız heyvani hisslər bəxş edir və biz buna qarşı üsyan edirik. Lakin bəzən də biz həyatda elə dramlarla qarşılaşırıq ki, orada bədii gözəllik elementlərini görürük. Əgər bu gözəllik həqiqi gözəllikdirsə, onda hadisələrin dramatizmi bizə təsir edir və biz qəflətən görürük ki, artıq aktyorlar deyil, sadəcə, faciənin tamaşaçısı qismindəyik. Ya da həm aktyoruq, həm də tamaşaçı. Biz öz-özümüzü seyr edirik və bu mənzərənin son dərəcə qeyri-adiliyi
bizi valeh edir.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Əgər mən generala kəpənək kimi çiçəkdən çiçəyə qonmağı, dram əsəri yazmağı, qağayıya çevrilməyi əmr etsəm və o bu əmrləri yerinə yetirə bilməsə, bunun günahkarı kim olacaq? General, yoxsa mən?
- Siz.
- Düzdür. Bir insan digərindən yalnız onun bacara biləcəyi işləri tələb edə bilər. İdarəçilik, hər şeydən əvvəl, səmərəli olmalıdır. Əgər sən öz təbəələrindən özlərini dənizə atmalarını istəsən, onlar sənə qarşı üsyan edərlər. Mənim əmrlərim məntiqli olduğuna görə təbəələrimdən itaət tələb etməyə haqqım var.