Bütün hisslərimin həkk elədiyi
Arzunu, duyğunu, düşüncələri;
Bütün kitabların kəlamlarını,
Bütün surələri, bütün sözləri;
Uşaqlıq vaxtımdan bu günə qədər
Eşidib, bildiyim xatirələri-
Hər şeyi, her şeyi silib atarm.
Beyin kitabımın hər bir sətrinə
Tək sənin hökmünü yazaram, ATA,
Tək sənin hökmünü, əmin ol buna!