Chemenpirgulu

"Heyhat, bu zəhərli həyat içində yaşamaq, bu cəhalət bucağında can çürütmək – bir cəhənnəm əzabıdır, cəhənnəm! "
Alıntı

Chemenpirgulu

, bir kitap okudu
10/10
·316 syf.·
7 günde okudu
·
2025 19. kitabı
Anar Rızayev
8.6/10 · 1.856 okunma
"Sənin kimi Zaurik... axı sən də mənimki deyilsən... Gectez itirəcəm səni... bilirəm axı..."
Alıntı
"— Bilirsən, həyatdır, hər şey ola bilər. Sən başqa qadınlarla da ola bilərsən və lap yəqin olacaqsan da... Amma bu cür olmayacaq Zaur, heç kəslə olmayacaq bir də... mən bilirəm... Ayrı cür ola bilər, bəlkə bundan da yaxşı ola bilər, amma bu cür yox... Ola bilməz ki, hər şey bax beləcə təkrar olunsun. Domodedovo meşəsindəki quşlar da, o küçədəki cərimə də, bu qədim gürcü mahnısı da... Bu bizimdir, ancaq bizim... Başqa heç kəsin... Onunçün də mən arxayınam...... düz çıxdı Təhminənin sözləri..."
Alıntı
"— Alo! — Mənəm, Zaurik, — dedi Təhminə. — Bağışla ki, belə gec zəng eləyirəm... Danışa bilirsən? — Əlbəttə. — Bütün günü sənə zəng eləmək istəyirdim, amma başım elə qarışdı ki, macal tapa bilmədim.. Səs arada kəsilirdi, xətlərin, cihazların xırıltısına qarışıb itirdi, amma Zaur hər halda Təhminənin dediklərini dəqiq qavrayırdı. — Sənə aeroportdan zəng vururam. Yarım saatdan sonra uçuram. Zaur susub dinləyirdi, nəinki cavab vermirdi, heç “hə”, “yox” da demirdi. Təhminə təəccüblə:— Eşidirsən məni Zaur? — deyə xəbər aldı. — Hə, eşidirsən? — Eşidirəm... — Səni təbrik eləyirəm... Yadımdadır, axı — bu gün ad günündür. Sənə hədiyyə də almışam. Sənə sabah çatdıracaqlar, — tələsə-tələsə danışırdı, elə bil qorxurdu ki, birdən əlaqəsi qırılar və demək istədiyi əsas şeyi deyə bilməz, — balaca bir şeydir hədiyyəm, amma həmişə sənin yanında olacaq ki, məni həmişə yada salasan... Sabah sənə çatdıracaqlar... Mədinə qonşum gətirəcək... işivə."
Alıntı