Mən tarixi romanları çox sevirəm. Çünki tarixin gizli qapılarını romanlara xas olan ahəngdarlıq, axıcılıq və bədiilik vasitəsilə aralamaq imkanını verir.
Kitab haqda bəzi fikirləri oxudum və qatılıb qatılmadığım məqamları qeyd etmək istəyirəm. Storylərimə baxanlar da daxil olmaqla, bir çoxları kitabın ikinci hissəsindən sonra sıxıcılaşdığını qeyd etdilər. İlk hissənin ən rahat oxunan hissə olmasına qatılıram. Çünki daha çox nağıl təsiri bağışlayır. Amma bu cür keçmişdən gələcəyə doğru zaman oxu ilə hərəkət edən ssenariləri sevdiyim üçün məni narahat etmədi. Narahat edən tək məqam, hər hissəni tamam başqa yazıçı yazmış kimi təəssürat oyatması idi. İstifadə olunan üslubdan tut, bədii təsvir və ifadə vasitələrinə qədər.
Kitabın mənə ən çox aydın olmayan hissələri demokratiya uğrunda mübarizə ilə bağlı idi. Düşünürəm ki, bu hissələrdə çatışmayan məlumatlar vardı. Eyni zamanda, bəzi məlumatlar artıq olmaqla yanaşı, informasiya kirliliyi yaradaraq oxunma zövqünü azaldırdı.
Yazıçının türk hökmdarlarını təsvir etmə şəkli həddən artıq səthi idi. Özümü muhteşem yüzyıl serialına baxırmış kimi hiss elədim, xüsusilə Məlikşahın dövrü ilə bağlı hissələrdə. İlk hissələr sırf bunlara görə axıcıdır kimi gəldi mənə :D
Bütün bunlara baxmayaraq, kitabı bəyəndim və yazıçının digər məşhur kitablarından biri olan "Şərqin limanları"nı oxumaq üçün səbrsizlənirəm.