-Mən hərbi nazirlikdən general-mayor Bekkerəm, -dedi. - Komendantınız mayor Bekkerlə danışmaq istəyirəm.
Onun səs tonundan kifayət qədər acıqlı olduğu duyulurdu. Yəqin ki, qardaşı oğlunun hauptman Kay Lessingi güllələməsi barədə xəbər gedib ona da çatmışdı. Armed bircə
anlıq düşünüb kinayəli səslə dilləndi:
- Mən də "Xarqo" ləqəbli Armed Mişeləm, cənab general. Sizin qardaşınız oğlu Henri Bekker hələ Almaniyadan Bordoya gəldiyi gün öldürülüb. İndi torpağın alında rahatca yatır.
- Sən nə dedin?! Armed Mişel?!
- Bəli, mən Armed Mişeləm! Artıq siz faşistlərin sonu çatıb, əmican, özündən muğayat ol..
Sayfa 376 - Henri Bekker cildinə bürünmüş Armed Mişel