100 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Kitab maraqlıdır?
Kitab maraqlı iki hekayədən ibarətdir. Birinci hekayədə bir ruhi xəstənin xəyal gücü nə qədər geniş ola bilər bunu görürük. Ruhi xəstələrə daha mülayim davranılmalı olduğunu və onların cəmiyyətdən təcrid edilməməli olduğunu görürük. İkinci hekayədə isə pulsuz bir rəssamın qarşısına çıxan rəsm əsərinin həyatını necə dəyişdirdiyinin şahidi oluruq. Daha sonra isə həmin rəsm əsərinin ərsəyə gətirilməsi haqqındakı hekayə ilə tanış oluruq.
Bir Delinin Hatıra Defteri ve Portre
Bir Delinin Hatıra Defteri ve Portre
Bir Delinin Hatıra Defteri ve Portre
Bir Delinin Hatıra Defteri ve PortreNikolay Gogol · Karbon Kitaplar Yayınevi · 2020769 okunma
56 syf.
·
Puan vermedi
Nikolay Gogal - Palto
Nikolay Gogol ~ Palto 9/10 Düzünü desəm ilk başlarda kitabı bağlayıb, mütaliəmi sonlandırmaq istədim. Çünki insanı ən dibə aparır. Acını, yoxluğu, itkini ruhumun ən dibində hiss edirdim. Sonra sanki Gogol əlimdən tutub, qarşıda bir işıq olacağını dedi, məndə mütaliəmə davam etdim. Hər kəsə ən azı iki dəfə oxumasını tövsiyyə edirəm. Hətta elə
Palto
PaltoNikolay Gogol · Can Yayınları · 202037,2bin okunma
Reklam
72 syf.
9/10 puan verdi
·
Beğendi
GoGolun "Şineli", #Gogolasəyahət
Deməəək, bu əsər Rus ədəbiyyatının başlanğıc əsəri sayıla biləcək qədər təsiredici üslubda yazılıb.Hətta Dostoyevskinin bu əsər haqda dediyi cümlə də bunu təsdiq edir: "Biz hamımız Qoqolun Şinelindən "çıxmışıq" " Rus ədəbiyyatının atalarından biri olan GoGol əsərdə iynələmədən və satiradan,hətta araya sərpilmiş yumordan, duyğaların maraqlı ifadəsindən necə lazımdır istifadə edib.Dili rahat və axıcı bir kitabdır.Düzü,bəlkə, həyəcanlı, sürətli hekayə cərəyanı sevənlər və kitabı sadəcə oxumaq niyyəti ilə oxuyanlar üçün sıxıcı ola bilər. :) Yazar bir insanın duyğularını, düşüncələrini,həyat şəraitini gözəl şəkildə ələ alır və oxuyucu ilə danışığı,baş verən situasiyaları iynələmələri ilə daha da zövq verici bir tərzdə hadisələri çatdırır. Psixoloji şiddətə məruz qalan, həyatı məqsədsiz yaşayan, özünü müdafiə edəcək bacarığa və özgüvənə sahib olmayan A.Akakiyeviç bir gün soyuq qış gününə tab gətirmək üçün həddindən artıq köhnə olan şinelini dərzi Petroviçin yanına aparır.Petroviçdən şinelinə yamaq vurmasını istəsə də,dərzi bunun mümkün olmayacağını,şinelə toxunulsa əlindəcə süzülüb gedəcəyini deyir.Bu həyatında heç bir fərqlilik olmayan Akakiyeviç üçün gözlənilməz olur.Məcbur qalıb xırda-xırda xərclərindən kəsərək özünə təzə şineli alır.Artıq onun yeni hədəfi olmuşdu və hədəfinə çatma sevinci yaşayaraq,bəlkə də, ömründə gülümsəmədiyi qədər gülümsəyirdi.Ta ki, o gecə baş verən hadisəyə qədər...
Şinel
Şinel
Nikolay Gogol
Nikolay Gogol
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201837,2bin okunma
101 syf.
9/10 puan verdi
·
30 saatte okudu
Unikal bir əsər
Rus ədəbiyyatından unikal bir əsərdir. Xüsusilə mən oxuduğum nəşrdə kitaba əlavə olan “Palto” və “Burun” hekayələri siniflərarası problemləri çox fərqli üsulla çatdırır və özünəməxsus şəkildə tənqid edir. “Palto” hekayəsi ayrıca oxunulmalıdır.
Bir Delinin Hatıra Defteri
Bir Delinin Hatıra DefteriNikolay Gogol · Varlık Yayınları · 201956bin okunma
80 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Qoqol'un şineli haqqında
Çox maraqlı və kiçikölçülü bir əsər idi. Buna baxmayaraq sizi olduğunuz yerdən Peterburqa aparmağı ya da o hissləri keçirtməyi bacarır. Həm nəşr,həm əsər,həm də kitabın sonunda Nabokovun mülahizələri xoşuma gəldi və həqiqətən anladım ki,Qoqol doğrudan da bir dahidir. Qoqolun yaradıcılığı ilə tanış olmaq istəyən hər kəsə oxumağı məsləhət edirəm.Xoş mütaliələr!
Şinel
ŞinelNikolay Gogol · Parlaq · 037,2bin okunma
96 syf.
·
Puan vermedi
Gogol'un Palto'su
Hayatta çoğumuzun farketmediği , "sıradan" diyebileceğimiz bir insanı konu olarak işlemesi bence güzel ve farklı bir bakış açısı. [Aslında sıradan derken bile çoğumuzun sıradan olduğunu söylemek isterim.] Hayatta tek amacı işi olan (belki de tek mutluluk kaynağı) karakteri Akakiyeviç'i , toplumdaki bu insanların duygularını da anlattığını düşünüyorum. Nikolay V. Gogol'un ilk kitabını okumama rağmen kalemini beğendiğimi belirtmek istiyorum. Okuyup anlamak, anlayıp yaşamak umudu ile...
Palto
PaltoNikolay Gogol · Ayrıntı Yayınları · 201537,2bin okunma
Reklam
116 syf.
·
Puan vermedi
"Bir delinin hatira defteri"nde müdirin qızına aşıq olan gəncin kasıblığı ucbatından nakam olan məhəbbətibdən danışılır. Həmçinin dövlət başçısı seçilmiş şəxsin gənci öz idarəçilik məqsədləri üçün başına isti su tökməsi və s. kimi məsələlər verilir ki, bununla dövlət idarəçilik sistemindəki yanlış idarəçilik prinsipləri pislənilir. "Burun" adlanan ikinci hissəsində birden bire burnu yox olmus birinin acilari, iztirablari verilir. O burnunu tapmaq ucun elan belə vermek isteyir, bunu guluncle qarsilayirlar, burnunu tapib veren polisə boyuk mebleg verir, lakin bu defe de burnu yapisdira bilmir. Bir gun ayilir ki burnu yerindedir. Bu eser heyatda bir anda bedbextciliyn ve bir anda xosbextciliyin bas vere numunəsidir. "Palto" adlanan üçüncü hissədə isə kasib məmurun palto tikdirmek üçün min bir eziyyətlə pul toplamasindan danışılır. Sonra isə bu palto oğurlanir, lakin general onun şikayətini nəzərə almayaraq axtaris etmir. Bundan sonra məmur ölür və ölü bədən həmin genaraldan paltonu alir. Burda əsas movzu kasibin söz haqqinin olmamasi, məmurun haqsizligi hesab olunur.
Bir Delinin Hatıra Defteri (Palto ve Burun Öyküleriyle)
Bir Delinin Hatıra Defteri (Palto ve Burun Öyküleriyle)Nikolay Gogol · Kızıl Panda · 202356bin okunma
72 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Ah Akakiy Akakieviç sen nasılda içimizdeki varlığı ile yokluğu çok farkedilemeyen,kimsenin etlisine sütlüsüne karışmayan ve kimse hakkında kötülük düşünmeyen insanlardan birisin.Sabahattin Ali’nin kürk mantolu maddonna romanının başkahramanından çok şey buldum sende.Bir fotokopi makinesi düşünün aynı şeyleri basan bi makine.Akakiy Akakiyeviç o
Palto
PaltoNikolay Gogol · Tutku Yayınevi · 201737,2bin okunma
80 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 saatte okudu
Qoqoldan "Şinel " / "Palto " əsəri
Mir Cəlal deyirdi ki ,biz hamımız Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxmışıq .Rus ədəbiyyatında isə Dostoyevski deyib ki ,biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq . Buna görə də "Şinel" əsərini həmişə oxumaq istəmişdim . Bundan öncə Qoqolun " Müfəttiş " əsərini oxuyub çox sevmişdim . "Şinel " əsərində süjet xətti çox sadədir .Bir dəftərxana məmurunun — Akaki Akakiyeviçin şineli geyilə bilinməyəcək dərəcədə köhnəlir .Akakiyeviç bundan çox qəmlənir ,çünki yeni şinel tikdirmək üçün pul lazım idi . Yeni şineli onun sakit və darıxdırıcı həyatına bir az yeni rəng qatır və yenə həmin şinel onun məhvinə səbəb olur . Əslində ,Akaki Akakiyeviçin məhvinə səbəb olan mühit idi .O mühitdir ki , bir məmur maaşı ilə özünə palto belə ala bilmir . Qoqol da bunu əsərində təsvir edir . Əsərin sonu fantastik bitir . Son söz olaraq Vladimir Nobokovun əsərlə bağlı təhlili verilmişdir ki , əsəri oxuyub bitirdikdən sonra onun ideyasını müəyyənləşdirməyə kömək edir . Xoş mütaliələr !
Şinel
ŞinelNikolay Gogol · Parlaq · 037,2bin okunma
224 syf.
7/10 puan verdi
·
6 günde okudu
Kitabda bir-birindən maraqlı hekayələr var. Və aralarından ən sevdiyim Neva Bulvarı oldu(ilk hikayə), Fayton hekayəsi bizim Qurbanəli bəydən bir iki faktoru çıxmaq şərti ilə eynidir. Oxumağınızı tövsiyyə edirəm. Cəlil Məmmədquluzadə demişkən Allah sənə rəhmət eləsin, Qoqol!
Bir Delinin Anı Defteri - Palto - Burun - Petersburg Öyküleri ve Fayton
Bir Delinin Anı Defteri - Palto - Burun - Petersburg Öyküleri ve FaytonNikolay Gogol · Türkiye İş Bankası Kültür Yayınları · 201956bin okunma
93 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.