Gözaydınlığı verdi ki: "Rəqibin zərərə düşdü, dövran İbni Səlama pamal elədi. Leyli xoşhalça öz evinə döndü". Məcnun ah çəkib, nalə elədi, əfğan edib bu hala ağladı. Bixəbər Zeyd heyrətlərə düşdü, bu halət ona müşkül göründü ki, aşiq rəqibinin ölümünü eşitsə gülməlidir, ağlamaq nə layiq? Vəziyyəti öyrənmək üçün, bu halın səbəbini soruşdu. Məcnun dedi:"Ey vəfalı dostum! Bu yolda arım-namusum yox-durmu? Cananəyə can verən yetibdir, can verməyən arada itibdir. O, dost idi, düşmən deyildi, o da ona aşiq idi, mən də.
Çavên te bi heft dengan dibejîn em aşiq in.
Reklam
Aşiqin yarı alar eşqi də səbrin qərarın, Əsil aşiq odur ki hifs eləsin etibarın. Bənzədəndən özünü zülfünə o nazlı yarın, Bu səbəbdən də günahkardır, günahkar gecələr..
İz qoydu desinlər, deməsinlər yaşı getdi.
Bədbəxtdir o aşiq ki, könül sirdaşı getdi, Ömrün nədir mənası ömür yoldaşı getdi. Aşiqlə yarın yolları ayrıldığı gündən, Zənn eylə qopub bəxt üzüyündən qaşı, getdi. Yar saldı gözündən məni, bir surətə düşdüm, Kim saldı nəzər axdı gözündən yaşı,getdi. Bir dosta dedim, gəl sinəmin yarələrin say, Üçdən birin hesablamamış yaddaşı getdi. Zalım elə baxdı, ürəyim titrədi tir-tir, Min yarə vurub bağrıma xəncər qaşı, getdi. Sevda çölünü gəzməyə çıxdıq neçə aşiq, Məcnun idi ən başda gedənimiz, başı getdi. Kim bilməsə sağlıqda nədir zövqü-məhəbbət, Öldükdə deyərlər naşı gəldi, naşı getdi. Cəhd eylə, Vüqar, ömrünü mənalı keçir ki, İz qoydu desinlər, deməsinlər yaşı getdi.
+7
Sevgilin və ya sevgilin olmağa namizəd biri haqqında davamlı şəkildə düşünmək eşqin ən ciddi əlamətidirsə, mən Füsuna aşiq olmaq üzrəydim.
Utandı sevgilim
Vəsf elədim şirin-şirin, camalın oldu ay mənə, Verib sənintək gözəli yaradan özü pay mənə. Sənə sözüm də çatmadı, bəs etmədi bu say mənə, Sözlər həya etdi sənə, dillər utandı, sevgilim. Gözüm görəndə hüsnünü, ürək yerində qaynadı, Aşiq oldu camalına, ürək heç məni saymadı. Toxundu qara tellərə, əlim saçında oynadı. Duyanda zülfün ətrini, əllər utandı, sevgilim. Gözüm düşdü qələm qaşa, düşdü avarə tellərə, Yandı canım gözəlliyə, yandı biçarə tellərə. Oldu sözüm sətir-sətir, yazdım o qarǝ tellərə. Görüb fəxarət hissini, tellər utandı, sevgilim. Düşüb canıma sevgisi, ürək məhəbbətin çəkir, Bu şair sevgi sərrafı, sözün məlahətin çəkir. Çıxanda eşqin bağına, çiçək xəcalətin çəkir. Saçlarına düzəndə gül, güllər utandı, sevgilim.
Sayfa 53 - AlatoranKitabı okuyor
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.