Məsləhət budur ki,çölü axtaraq,
Qaranlıq,darısqal bir quyu tapaq.
Cah-calal taxtında onu endirək,
Zillətə quyuda bir məskən verək.
Qoy qalsın quyuda yalqız,kimsəsiz,
Ölsədə qatili sayılmarıq biz.
Bəlkə də, oradan keçdi bir karvan,
Düşərgə salaraq qaldı bir zaman,
Su üçün quyuya dol saldı biri,
Yusifi oradan çıxartdı diri.