"Sana, beni asla tanımamış olan sana."
13 yaşlı bir uşaq, 18 yaşlı bir gənc, 20li yaşlarının sonunda bir qadın. Ortaq nöqtələri eyni insan olmaları və eyni insanı sonsuz gözləyişlə sevmələri. Bir adam bu qədər qarşılıqsız, bu qədər gözəl sevilə bilərmi? Bir qadın bu qədər bilinməzliyə dözə bilərmi? Bir adam buna necə kor qala bilərki? Yazar sadecə yazmamış, eyni zamanda hər bir cümləni insana yaşatmışdır. Tək ümid etdiyim, yazarın bu məktubu sadecə kitab üçün yazmış, bu şeylərin həqiqətdə baş verməmiş olmasıdır.
Stefan Zweig' dən möhtəşəm bir kitab daha!
Kitabda içimi titrədən bir çox məqam olmasına baxmayaraq ən sevdiklərimindən biri ilə bitirmək istəyirəm bu qısa həcmli və kitaba yaraşmayan sadə yorumumu. Bəlkə də, bu cümlə sizə sadə gələ bilər, onun əsl mənasını, özündə daşıdığı o böyük mənanı sadecə kitabı oxuduqda biləcəksiniz:
"Vazo boştu, yıllardan beri bir yaş gününde ilk defa boştu"