Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
208 syf.
8/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Oxuyun.
Kitabların 90 faizini türk dilində oxuyuram. Öz dilimizdə mütaliəyə ehtiyac duyduq da isə sadəcə tərcümə olmayanlara üstünlük verirəm. Ölümündən 5 ay öncə yazıb bitirdiyi kitabı elə Şıxlının qələmiylə tanışlığıma vəsilə oldu. Ümumi bir süjet xətti olmasa da(elə düşünürəm), hər fəsil günümüzdə də aktual olan qeyri-sağlam münasibətləri tənqid edirdi. Mənə xoş gələn isə, evdə valideynlərimin öz valideynləri, qohumları ilə olan münasibətlərini kitabdakı obrazların əlaqələrindən anlamağın oldu. Hər zaman rəhmətlik nənəmin bütün qohumlar arasındakı ağsaqqal obrazını düşünürdüm. Deyirdilər ki, onun sözü qanun idi. Kitabda da Güllü nənə eynən belə idi və bunun sayəsində bir xanımın bir ailədə kişidən necə daha hörmətli olmasını anlamış oldum. Tək maraqlı gələn məsələ bu olmadı, çox idi, sadəcə sadalasam bitməz. Ən çox da toxunan o dövrdə azad fikirli, inkişafa açıq insanların Sovet rejimiylə məhv edilməsi oldu. Ən ağırı isə buların Sovetin iti, küçüyü olmuş içimizdəki qeyrətsizlər tərəfindən edilməsi idi. Yolda Fətullayev kimi... Bəyənmədiyim tək hissə, qəhrəman kimi verilən Çapıq Əmrahın elm öyrətmək eşqiylə yanan müəllimi öldürməsi oldu. Günahsızca... Bunun ən azı el-obanın qəhrəmanı olan bir qaçaq tərəfindən edilməsi düzgün deyildi. Sevə-sevə oxudum. Çox da sevdim. Çünki elmi şəkildə bildiyim tariximlə bədii şəkildə tanış olmuş oldum. Düşünürəm ki, xarici ədəbiyyatların bir çoxundan, xüsusilə insanların yerə-göyə sığdıra bilmədiklərindən daha əla idi.
Ölən Dünyam
Ölən Dünyam
İsmail Şıhlı
İsmail Şıhlı
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011228 okunma
– Səni dinlərkən Kabil yadıma düşür. – Gözəl əfqan qadınları? – Oradakı avtomat səsləri, eynən onlar kimisən, Ester, susmursan.
Reklam
bəlkə elə həyatda da eynən belədir, biz hesab eləyirik ətrafımızdakı adamlar da bizim kimi adamlardılar, amma onların əvəzinə anlaşılmayan dildə danışan yalnız soyuqdur, yalnız daşlardır.
- Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadacaq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən.
Sayfa 168Kitabı okudu
"İnsanın sevməsi - ağ vərəqə yazı yazılması kimidir. Bəzən yazı karandaşla yazılır. İstədiyin vaxt onu poza bilirsən. Bu, ötəri, səthi sevgidir. Bəzənsə yazı diyircəkli qələmlə, yaxud avtoqələmlə yazılır. Bu zaman hər şey mürəkkəbin tərkibindən aslıdır. Elə olur, yazılanları iz qoymaqla olsa belə birtəhər poza bilirsən. Eynən yaralayan sevgi kimi. Elə də olur yazı vərəqə necə pərçinlənir, hopursa, nə illah edirsən, pozulmur. Axırda vərəqi cırıq-cırıq edir." 
Soruşdu ki ,Anar, bizim məhəbbətimiz sola bilərmi.Anar da dedi,hər payızda eynən yarpaqlar kimi amansız təbiət onu soldursa belə,baharda yenidən açdırmağa məcbur olacaq….
Sayfa 183Kitabı okudu
Reklam
Eynən bu:) Pul vasitədir-azad olmaq,inkişaf etmək və s. üçün
Mən dolu pul kisəmi fəxrlə ona göstərib anlatdım ki, pullar mənə azad adam olmağım üçün lazımdır
Sayfa 172Kitabı okudu
250 syf.
7/10 puan verdi
Höte demiş, bütün yazarlar öz yazdıqları əsərlərdə, hətta bəzən özləri istəmədən belə, müəyyən mənada özlərini, öz düşüncələrini, hadisələrə baxışlarını təsvir edirlər. Bu isə bəzilərində tamamilə şüurlu prosesdir. Xüsusən siyasi ədəbiyyatda bu, nəzərəçarpacaq dərəcədə aydın bir reallıqdır. Sən əgər Azərbaycanda siyasətlə maraqlanırsansa, üstəlik
Səs
SəsKəramət Böyükçöl · 04 okunma
"Ənə la uhibbul afilin!" Bu cümləni tərcüməçilər, adətən, "mən batanları sevmirəm" deyə tərcümə edirlər, mənimsə beynimdə həmişə, haradansa, necəsə belə mənalanıb bu ayə: mən gah batıb, gah çıxanları sevmirəm! Eynən bu ayələri də ilk dəfə oxuyanda həzrəti görmək, bağrıma basmaq istəmişdim: mən də, mən də elələrini sevmirəm, ustad; gah gəlib, gah gedənlər, gah sevib, gah nifrət edənlər, gah belə, gah elə olan buqələmunları! İnsan sikkə deyil ki, iki üzü olsun.
Sayfa 116
Beynimin dərinliklərində “Səssiz Təpə” yatır…
Dörd bir yanı kabuslarla kodlanan, qaranlıq otaq uzanırdı, bu başdan o başa. Beynim yeni dünya yaratmışdı özlüyündə. Sanki mənə nəyisə sübut etməyə çalışır. Onsuz alışmışam hər hansı bir vücuda yozulması mümkün qılınmayan qəribə varlıqları görməyə dərin, yapış-yapış, kif qoxulu dəhlizlərində iyrənc beynimin. Orada gördüklərimin yaradıcısı mən idim, hansı ki öz yaratdığım çirkin “Adəmlərim” tərəfindən oradan-bura savrulurdum. Çox istərdim onları təsvir etməyi, amma heyif ki, mümkün deyil. Aləm qarışıb bir-birinə, eynən ciyəri tütünləməkdən paslı süzgəcə dönən yazarın ağzından “fontan vuran” qan laxtalarının qarşısını ala bilmədiyi və sonunun çatdığını anlayaraqdan tələskənliklə bir vərəq, bir qələm tapıb son bir irs qoyma çabası ilə çapaladığı qarmaşıq düşüncələrinin arasında, tək-tənha, qan-rəvan fırçıltılı masa başında… ©️Skywalker
Reklam
Boşluğun gəzən cəsədimdə sonsuz hakimiyyət hərisliyi…
Tarix boyu insan istər fiziki, istərsə də mənəvi düşmənlərlə qarşı-qarşıya qalıb. Tanrı tərəfindən göndərilən, sınaq mərhələsinin (göstərdiyimiz, ortaya qoyduğumuz keyfiyyətlərə uyğun qismətimiz bəlli olur adətən) bir növ icraedicisidir bəhs etdiyim o murdar düşmənlər. Getdiyimiz, doğru bildiyimiz yolda addımlayarkən birdən elə bir şey çıxarır ki
·
Puan vermedi
Amok
Deməli belə... Normalda incələmə yazmağı sevən biri deyiləm və bu incələmə yazdığım ikinci kitab olaraq tarixə keçəcək) Səbəb isə sadədir. Həyatda təsadüflərə inanmayan biri kimi fərqli tərzdə tanış olmaq şansı əldə etdiyim (hətta yuxuda belə gördüyüm) bir neçə kitab olub. Amok da bu cəhətdən istisna deyil. Kitab mənim bir məsləhət sonrası ilk dəfə səfər etdiyim kitabxanadan ilk dəfə bir kitabxanaçının mənə seçim etməsini istədiyim ilk kitab kimi yadda qaldı. (Hansı ki, tamam başqa kitab dalınca getmişdim)) Qısacası ilklərin kitabıda demək olar. "Hərbistan" da sevginin qarşı qoyulmaz və idarə olunması olduqca zor olan tərəfindən, o cümlədən insanın sevgi üzərində yaranıb, sevgi üzərində yaşadığından bəhs etmişdim. Amoku oxumaqla onun vasitəsilə sevgi qədər əhəmiyyətli və güclü növbəti hiss olan Vicdanla tanış olmaq kimi bir şans əldə etmiş olursunuz. Oda eynən əsl sevgi kimi harada olmagından asılı olmayaraq səni təqib edir və yaxa qurtarması çətindir. Təbii ki, həyatda ideal heçnə yoxdur. Kitabı təxminən bir neçə saat ərzində bitirməyimə baxmayaraq ortalarda çox usandım. Yenədə o möhtəşəm sonluğa dəydiyini hesab edirəm. Buradan bu kitabı məsləhət görən o balaca kitabxanaya və kitabxanaçıya təşəkkürümü bildirirəm.
Amok
AmokStefan Zweig · Qanun Neşriyat · 2018111,2bin okunma
Məni kənardan baxıb görülən xarici gözəllik maraqlandırmırdı, məni daha dərində yatan, orijinal bir şey cəzb edirdi. Eynən bəzi insanların tufana və ya zəlzələyə qarşı gizli heyranlıq duyması kimi… Haruki Murakami - Sərhəddən cənubda, günəşdən qərbdə
Tanrı kişi ilə qadını yaradanda onlara tamamilə fərqli özəlliklər verib. Məsələn, kişi yanındakının ona güvənməsindən, özünü möhtac hiss edərək ona sığınmasından zövq alır, qadın isə istəyir ki, kiməsə güvənsin, sığınsın. Bir-birinə tam əks düşüncələr deyilmi? Hə, həm əksdir, həm də birləşdirici, tamamlayıcı. Eynən mənfi ilə müsbət zərrəciklər kimi. Belə olmasaydı, bir kişi ilə bir qadın uzunmüddətli yaxınlıq qura bilməzdi.
406 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.