Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
03.05.2024
Tam 4 aydır ki hər gecə gözlərini görmək xəyalı ilə dua edib yatırdım.Bu gün gismət oldu istədiyim.Gözlərinin içinə baxa bildim) səsini eşitdim bütün üz çizgilərini gördüm,əllərini gördüm..O gədər isdərdim ki hər biri sadəcə mənə özəl olsun..Baxışların mənim olsun dilindən adım səslənsin.. Səni görəndə sanki uzun müddətdir ən sevdiyim birini görmürdüm də yenidən görəndə ki o kövrək doğmalıg hissini yaşadım.. Sanki bi anda keçmişdəki hüzurlu günlərimə dönmüş kimi…Günəşli gələcək kimi……
Ümidi xatırlamışdı. Sağlığında bir gün sevmədiyi, lakin şəhid olduqdan sonra vurulduğu Ümidi... Qəribə hissdi bir şəhidi sevmək. Onunla bağlı gələcək xəyalları qurmaq olmazdı, gələcək olan günlər yoxdu... Darıxanda, görüşmək üçün ürəyinə yolçuluq etməlisən, ona söyləmək istədiyin sözləri havaya, rüzgara söyləməlisən...
Reklam
"İllər necə də sürətlə gəlib-keçir!" Yenə də özündən soruşursan:"Axı, nə elədin ki, bu uzun illər belə tez ötüb keçdi? Ömrünün ən yaxşı günlərini harada məzara gömdün? Sən yaşayırdın, ya yox?" “Bax, yaxşı bax, - deyə özünə xəbərdarlıq edirsən, - həyat getdikcə sönüb gedir! Bir neçə il də keçəndən sonra tamamilə tək qalacaqsan, sonra əli əsalı, taqətsiz qocalıq, onun dalınca da sıxıntı və məyusluq gələcək. Sənin xəyal aləmin sönükləşəcək, arzuların isə öz təravətini itirib, xəzan vurmuş yarpaq kimi yerə səpələnəcək...”
Sayfa 48 - Qanun NəşriyyatıKitabı okudu
Hər kəs deyir ki, çox xoşbəxt qızsan istədiyin hər şeyə sahibsən. Bəli, mən sahibəm. Amma bunun cavabını çox sonralar başıma kodlaşdırmışam ki, xoşbəxt olmağı öyrən. Bəzən sual verirlər ki, ətrafında niyə bu qədər insanlar var, və niyə hamısı uğur qazanmış insanlardı? Bunun cavabı çox sadədir, özümdə. Mən o insanların yanında daima xoşbəxt və poztivəm. Çünki, hər kəs poztiv insana can atır. Bədbəxt və neqativ insanı heç kim sevmir. Mən daima öyrənirəm və fikirlərimi o insanlara satıram ki, qarşılığında nəsə ala bilim. İstər qohum, istər yaxın, istər tanış kimlə neqativ və susqunamsa, deməli cavabı çox sadədir. Digər insanlarda ona görə yanımdadırlar ki, məndəki xoşbəxtliyin bir hissəsini özlərində istəyirlər. Francesc Miralles deyir ki, xoşbəxt insan indiki anına o qədər qapılır ki, gələcək barədə düşünmək qətiyyən yadına düşmür. Çalışın xoşbəxt olmağı və bu anda qalmağı öyrənin, dostlar!
Hər bir insanın həyatında elə bir dönüş nöqtəsi,elə bir hadisə olur ki,bu onun bütün gələcək həyatını,həyata baxışlarını və hisslərini,düşüncələrini və inamını dəyişir.
384 syf.
10/10 puan verdi
·
Beğendi
Faruk Dilavər "Gönül bahçesi" - Qəlbə toxunan , sözlərlə ifadə olunmayacağ gözəl kitab.  Elə vaxtlar olur ki, kiminsə əlini tutmasını istəyirsən və bu kitab tam olaraq bunu etdi. Baxmaq üçün deyil,  görə bilmək üçün insan qəlbi ilə oxumalıdır... Yunus Əmrə necə deyirdi; “Oxumağın mənası həqiqəti bilməkdir, çünki oxuduğlarını bilmirsənsə, zəhmət itkisidir!”  “Yunus Əmrə gecə-gündüz dərs oxumağla, odun yığmağla hamının əldə edə bilmədiyi şeylərə nail oldu. Oxumağla hər şeyi etmək olmaz. İnsanın yaradılış məqsədini, yaşayarkən nələrə diqqət etməli olduğunu, ruhunu necə nizama salıb Allaha çatmağın yollarını verən bu əsər Yunus Əmrənin danışıqları ilə təcrübə verir;  Yunus Əmrəni sevənlərə, ürəyinizlə, ruhunuzla dincəlmək istəyəndə  açıb bir neçə səhifə oxuyub başqa bir dünyada, yəni özünüzdə tapa bilərsiniz, özünüzü kəşf edə bilərsiniz. .  Bu kitabla yanaşı “Yunus Əmrə” serialına da baxsanız, oxuduqlarınız sizə daha mənalı gələcək.  Hər varlıq öz mənşəyinə qayıdır, sən Allahın ruhundan üfürülən bir varlıqsan.     Allah yaxşı əməllərini sevimli bəndələri ilə birlikdə edər.   Oxuduğlarımı dərk edərək, qəlbimdən hiss edərək, yazılanlarla ürəyimdəki suallara cavab tapdığım,  çox dəyərli bir əsər oldu mənim üçün..
Gönül Bahçesi
Gönül BahçesiFaruk Dilaver · Destek Yayınları · 2012157 okunma
Reklam
Albert Einstein
Xoşbəxt insan indiki anına o qədər qapılır ki, gələcək barədə düşünmək qətiyyən yadına düşmür.
Sayfa 81 - Teas Press
"Bax, yaxşı bax, -deyə özünə xəbərdarlıq edirsən, - həyat getdikcə sönüb gedir! Bir neçə il də keçəndən sonra tamamilə tək qalacaqsan, sonra əli əsalı, taqətsiz qocalıq, onun dalınca da sıxıntı və məyusluq gələcək. Sənin xəyal aləmin sönükləşəcək, arzuların isə öz təravətini itirib, xəzan vurmuş yarpaq kimi yerə səpələnəcək..."
Mən deyirdim öləcəm sənsə gülürdün üzümə, Ölümü eyləmə inkar mən ölənnən sonra. Daim ey nazlı qəməl gözlərində canlanacam, Gecə röyada səhər gözlərində canlanacam, Hara baxsan əgər gözlərində canlanacam, Sənə dünya gələcək dar mən ölənnən sonra….
Vüqar Biləcəri
Vüqar Biləcəri
Həyat və sevgi
Məhəbbət - bəndə oxşayır: əgər nazik su şırnağının keçə biləcəyi dəlik qoysan, tezliklə onun təzyiqindən divarlar yıxılacaq, elə bir an gələcək ki, axının qarşısında dayanmağa heç kimin gücü çatmayacaq.
Sayfa 36 - Qanun nəşriyyatıKitabı okuyor
Reklam
----Biz insanlar beləyik də. Elə bilirik gələn sabahlar bu gündən daha gözəl gələcək. Uşaqkən böyümək istəyirik, böyüyəndə də peşmanlıq.
Sözlərdən ibarətəm. Düşüncələrlə hərəkətlərim arasında bir uçurum var.Keçilməyən bir uçurum! Yaşadığım anı yox, gələcək bir anı fikirləşirəm. Ölməyə məhkumam, ölə bilmərəm. Yaşamalıyam! Günün 7-8 saatı ölümün nə olduğunu bilirəm. Ən pisi odur ki, qalan saatı diri ölüyəm. Hansısa Jake Watson
Bəlkə min il qabaq səhv düşüb nəsə Min illik bir səhvə qurban getmişik...
Alın yazımızdı, belə yazılıbmış. Yazıya pozu yoxdu. Daşların üstündə də qalmalıymış. Tələsdiklərindənmi belə olub, gecikdiklərindənmi? Gələcək qədər uzaq olan bir keçmişin işləridi...
Ölümün olduğu yerdə nəyi ciddiyə almaq olar?! Bu suala əsrlərdir düşünməyi bacaran bütün insanlar cavab axtarır. Cavab isə... Yoxdur. Ölüm varsa, qalan hər şey yalan və boşdur... Bir gün bu dünya özü də öləcək. Yazılan hər əsər, çəkilən hər rəsm; uzun sözün qısası, hər şey bir gün yox olacaq. Unudulmaq və ölüm dəyişməz alın yazımızdı. Gün gələcək məzar daşlarımız belə torpağa qarışacaq, gün gələcək torpaq özü belə kainatın boşluğunda boğulacaq, yox olacaq.
400 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 saatte okudu
Nə imiş?! -Səhv etməməli imişik.
Dedektiv janrı sevirəm. Ən sevdiyim janrlardandı. Yazarın ilk oxuğum və ənnn sevdiyim əsəri
On Dördüncü Adam
On Dördüncü Adam
olub. Yazarı oxumayanlara ilk bu kitabı tövsiyyə edə bilərəmm. Bundan sonra yazarın əsərlərinə daha çox marağım artıb və oxumağa davam etmişəm və edəcəm. •Gələk əsərə. Bu əsəri digər əsərlərindən fərqli olaraq dedektiv janrında deyil. Vəə gerçək həyat hekayəsidi təəssüf ki. Bir günə oxuduğumu desəm kitabın necə maraqlı axıcı olduğunu anlaya bilərsiz. Əsərdə, deyərdim ki, bir qadının başına gələcək ən böyük faciə-namusu ilə
Şantaj
Şantaj
əks olunub. Qadının bu çıxılmaz vəziyyətdə etdikləri və etmədikləri qeyd olunub. Bu əsəri oxuyanda bir daha anladım ki, ailə faktoru çox önəmlidi. İnsan ailəsi ilə hərşeyi bölüşə bilməlidi. O da ki qaldı bu cür qorxulu vəziyyəti. Amma çox əfsuslar olsunki, günümüzdə 90% ailə valideynliyi övladını böyüdüb, bəzən oxuması üçün şərait yaradıb, sonda özündən uzaqlaşdırıb evləndirməkdə görür. Onun düşüncələrini, dədlərini, sıxıntılarını soruşmaq belə yadına düşmür. Belə olanda da biz qızların üstünə yalnızca bişey düşür. Əsərdə dediyi kimi; Çalışın səhv etməyin qızlar, yoxsa sizi anlamaq istəməyən bu amansız cəmiyyət səhvinizi bağışlamayacaq. Lap Tanrı bağışlasa da, bağışlamayacaq!... Son olaraq demək istəyirəm ki, Ülkərlə ya da əsərdə adı keçən obrazlarla gerçək həyatda danışmağı, bu yazdıqların bir də ondan dinləməyi, bir sözlə, onla həmsöhbət olmağı çox istəyirəm. Bir gün bunu edəcəm...
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 033 okunma
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.