69 syf.
6/10 puan verdi
·
24 saatte okudu
Stefan Zweig
Stefan Zweig
Olağanüstü Bir Gece
Olağanüstü Bir Gece
Kitaba heç bir gözləntim olmadan,təsadüfi şəkildə başladım.Kitabdan gözləntiniz yüksəkdirsə,biraz xəyal qırıqlığına uğraya bilərsiniz oxuduqdan sonra.Qısa olmasına baxmayaraq insan artıq bir sonun olmasını və ya birşeylərin baş verməsini gözləyir. 1 saata oxuyum,bitsin deyirsinizsə tövsiyə edə bilərəm. (Spoiler)(Spoiler) Çünki,kitabın əvvəlindən axırına qədər gözə çarpan,çox vacib bir hadisə baş vermir. Əlbəttə kitabın baş qəhrəmanın həyatının dönüm nöqtəsini oxuyuruq,lakin bu dönüm nöqtəsi böyük bir hadisə ilə yox sadəcə öz yaşamından çıxıb normal insan yaşamını gördüyündə başlayır.Bir "cinayət" işlədikdən sonra özündə olan duyğu dəyişimlərinin fərqinə varır və daha çox yaşadığını hiss etmək üçün kənd əhalisinin içinə qaynayıb qarışır.Burada da təsadüfən bir yaxşılıq edir və bu yaxşılıq nəticəsində bütün hisslərinin geri gəldiyini,yaşadığının fərqinə varır.Və beləcə həmin gündən sonra artıq hissiz,vecsiz bir burjuva yox, yardımsevər bir burjuvaya dönüşür. Əlbəttə çox maraqlıdır insan yaxşılıqları özünü yaxşı hiss etsin,həzz alsın deyə etdikdə bu içdən gələn,həqiqi yaxşılıq mı olmuş olur?
Olağanüstü Bir Gece
Olağanüstü Bir GeceStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2023104 okunma
112 syf.
·
Puan vermedi
·
18 saatte okudu
Yaşamaq kənardan izləməkdən daha ağırdır
Stefan Zweig yenə digər əsərlərində olduğu kimi bu kitabında da öz fərqini ortaya qoyub. Kitabın adını daha əvvəl eşitmişdim amma oxumamışdım, bu gün oxumaq fürsətim oldu. Kitabın həcmi kiçik olduğu üçün kitab oxumağa yeni başlayanlara tövsiyə edilə bilər əsərlərdəndir. Kitabın mövzusu haqqında spoiler vermədən təhlil etmək mümkün deyil. Sadəcə qeyd edim ki, kənardan çox sadə və asan görünən həyatlar, hadisələr heç də düşündüyümüz kimi olmaya bilir. Əsasən də mövzu hisslərdirsə. Hadisələrin sujet xətti bir xanımın dilindən danışılır. Kitabda hər şey bir oteldə qalan qonaqlar arasındakı mübahisədən bəhs edərək başlayır. Mübahisəyə səbəb evli və iki övladı olan xanım Henriettenin fransız bir gəncə qoşulub qaçmasıdır. Hər kəs onu qınayarkən sadəcə bir nəfər xanım onu başa düşüb, müdafiə edir. Bunu görən xanım C (əsas baş qəhramanımız) həmin xanımın onu da başa düşüb, qınamayacağını bilim həyatında unudulmaz iz buraxan 24saatlıq bir hekayəsini danışır. Əsas hadisələr bu məqamdan başlayır. Kitabın həyəcan və marağını qaçırmamaq üçün bu 24saatda nələr baş verir deməyəcəm amma ən azından bir dəfə oxumağı hər kəsə tövsiyə edirəm. "Sevgi", mərhəmət, qumar açar sözlər kimi qeyd edim sizlər üçün :)
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0128,2bin okunma
Reklam
104 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 saatte okudu
Topal Teymur və İldırım Bəyazid arasında gedən mübarizə, həmin dövrün tarixi hadisələri Hüseyn Cavid qələmindən süzülərək "Topal Teymur" dramında öz əksini tapmışdır. Əsər həm tarixin bədii əksi, həm də baş vermiş hadisələrə, tarixi səhvlərə müəllif münasibəti baxımından, xüsusilə, dəyərlidir. Obrazları təhlil etmiş olsam, şair obrazı məndə xüsusi maraq və sevgi doğurdu. Əsərdəki şair, sanki, müəllifin özüdür, onun baş verən hadisələrə münasibətini əks etdirir, qardaş qanı tökülməsini qəti şəkildə qınayır. Həmçinin müəllif ədaləti, xalqın xoş güzəran sürməsinin təmin olunmasını dövləti idarə edən şəxslərin qarşısında bir vəzifə kimi qoyur. Əsərin sonluğu, şair arzusu isə bütün dövrlər, bütün dövlətlər üçün aktualdır. Dünyanın qana boyandığı, siyasət, hakimiyyət naminə insanların insan qanı içdiyi bir zamanda bu cümlələr insanı öz kimliyini düşünməyə vadar edir: " Məhəbbət! Məhəbbət!...Əvət bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, kainata nifrətlər olsun". Məhz bu cümlələr "Mənim tanrım gözəllikdir, sevgidir!" deyən Hüseyn Cavidə vurğunluğumu daha da artırdı.♡
Topal Teymur
Topal TeymurHüseyn Cavid · Elm Nəşriyyatı · 201081 okunma
231 syf.
·
Puan vermedi
·
13 günde okudu
Spoiler
Heç tanınmayan yazıçı və onun U15 qız futboluna aid yazdığı kitabı. Yazıçı o qədər tanınmayan biridir ki, internetdə nə qədər araşdırma etsəm də dolğun məlumat tapa bilmədim. Bir gün ürəyim sıxılırdı və bekarçılıqdan Chatgpt'ə yazdım ki, ''Mənə gənc birinin futbolçu olma hekayəsindən bəhs edən kitablar tövsiyə et". Chatgpt 4
Soccerland
SoccerlandBeth Choat · Skyscape · 20121 okunma
226 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
"İnterpersonal psixoterapiya " hər şeydən öncə psixi sağlamlığın müxtəlif növ xidmətlərində mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş tədris vəsaitidir. Bu vəsait psixi sağlamlığın həm tibb sahəsində, həm də psixoloji və sosial yardım xidmətlərində fəaliyyət göstərən mütəxəssislərin praktiki işi üçün yararlıdır. Ondan psixiatriya, klinik psixologiya və ailə təbabəti sahələrində çalışan müxtəlif peşəkar tətbiqi vəsait kimi istifadə edə bilərlər. Bu kitab insanın həyat fəaliyyətinin ən önəmli məqamı olan şəxsin yaxın əhatəsindəki insanlarla münasibətinə yönələn psixoloji müalicə metodunun istifadəsindən bəhs edir. Düzü ən doğmam psixoloq olduğu üçün bu kitabdakılar tanış idi( bu haqda çox müzakirələr etmişik, edirik və indiki sosial şəbəkə yalançı psixoloqlarından deyil) və hətta əvvəldə, indidə həmin metodlardan istifadə edərək həm öz problemlərimi, həm də yaxınlarımın problemlərinin çözülməsində yardımçı olurdum və oluram( çalışdığım və bacardığım qədər). Əslində düşünürəm ki, bu tip kitabları bu sahədə alınmış diplomla satılsın, ya da buna aid testdən keçərək, çünki bəzi insanlar bunları oxuyub özlərinə psixoloq adı verərək öz xeyirlərinə hiyləgərliklə istifadə edib insanları aldadırlar. Kitab hədiyyəsinə görə isə atama təşəkkürlər! ( özünədə təşəkkür etmişəm, dedim burda da təşəkkürümü bildirim)
Interpersonal Psixoterapiya
Interpersonal PsixoterapiyaGeray Geraybeyli · Sultanov Murad Zeynaloğlu · 20101 okunma
148 syf.
10/10 puan verdi
·
9 günde okudu
Aytmatovun qələmini sevirəm. Sadə, səmimi, təsiredici yazıb. Demək olar, bütün əsərlərində müharibədən bəhs edib, amma müharibənin içindən yox, arxa planından. Heminqveyin əsərləri müharibənin özünü oxucuya yaşada bilir, Aytmatovun əsərləri isə müharibənin digər üzünü də göstərir oxucuya. Müharibənin təkcə cəbhədə döyüşməkdən ibarət olmadığını,
Erken Gelen Turnalar
Erken Gelen TurnalarCengiz Aytmatov · Ketebe Yayınları · 20214,768 okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.