Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
208 syf.
7/10 puan verdi
·
Beğendi
Son zamanlarda oxuduğum kitablar dili ilə məni çox yormuşdu. Amma "Qarmaqarışıq" sadə anlatım dili, real həyatın içindəki obrazları, ilk hissəsinə aid olaraq 4lü qrupun ətrafında cərəyan edən bütün hadisələrlə məni özünə çəkib 3saat ərzində bitirtməyi bacardı. Hə biraz yavanlıq vardı amma yazarın ilk əsəri olması bunu görməzdən gəlməyə
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024111 okunma
208 syf.
·
Puan vermedi
Oxuyun, oxutdurun...
Sadəcə möhtəşəm, bir gənc yazıçıdan belə bir kitab, həqiqətən gözəldir. Kitabda hər mövzuya toxunulub: dost xəyanəti, qadına qarşı təcavüz, gənclərin sevgisi, məktəblilərin xoşagəlməz davranışları və s. Düşünün ki, hər hansı bir əşyanız itib və siz onu axtarırsınız, amma əşyanızı götürən insanda sizinlə birlikdə axtarır. Və bu sizin dostdan ötə, doğmanızdır. Baş obrazımız Murad, Hümra adlı gənc qızımızla eşq yaşayır,amma ikisidə heç cürə dilə gətirə bilmirlər. Lakin Murad digər qızlarla Hümranın gözü önündə çox şey edir. Daha sonra bu məktəbdə gənc qızlar qaçırılmağa başlayır, və bir daha izləri tapılmır. Bunu eşidən Murad və illərdi onlarla birlikdə olduğu dostdan ötə qardaşları Ravin (Rav) , Seyfət (Seyf), İsa ilə birlikdə həmin qatilin izinə düşürlər. Hadisələr elə cərəyan edir ki, qatil onların tam yaxınında olur. Və kitab elə həyəcanlı yerində bitirki biraz əsəb keçirdə bilərsiniz. 2-ci kitab da var imiş, səbrsizliklə gözləyirəm. Çox danışmaq istərdim, lakin spoiler vermək istəmirəm. Yazıçımıza bol-bol uğurlar diləyirəm.
Nəimi
Nəimi
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024111 okunma
Reklam
192 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
İllər öncə yaşandı...
Nəvaxt kitab oxumağa başlayıramsa anamın bütün ev işləri həmin dəqiqəsi başlayır.Belə olmasa idi kitabı 4 günə deyil,1 günə oxuyub bitirmişdim.
Qarmaqarışıq
Qarmaqarışıq
dan sonra,növbəti kitabdır ki,bu qədər təsir etdi mənə.Elə səhifələri oldu ki,göz yaşlarımı saxlaya bilmədim.Kitabın əsas qəhramanları "Səmra və Atabəy"in sevgisidə elə
Qarmaqarışıq
Qarmaqarışıq
da ki, "Hümra və Murad"ın sevgisini xatırlatdı.Səmranın varlı,Atabəyin kasıb bir ailədə böyüməsi,zamanla bir-birlərini özlərindəndə çox sevmələri,birlikdə gələcəklə bağlı xəyallar qurub o xəyalı gerçəkləşdirmək üçün yalnız Səmranın çabalaması,ailəsinə görə Atabəyin o xəyallarından ən üzməsi,Səmranın gözünün içinə baxa-baxa onun ailəsini təhqir edən Atabəyə qarşı olan sevgisinin illər keçsədə heç bitməməsi,nəhayətində Səmranın Rəşada şans verməsi və təsadüf nəticəsində Səmra ilə Atabəyin illər sonra bir oteldə göz gözə gəlib,bir-birlərini sadəcə "sinif yoldaşı olmuşuq" deyə tanıtmaları... Bəzən insan oxuduğu kitabı öz həyatı ilə müqayisə edir.İçində yazılan o incə nüansları bir vaxtlar yaşamaq və bir kitab ilə yenidən xatırlamaq insana acıdan başqa bir şey vermirmiş...)
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni YazdımDilşad Talıbova · Qanun Nəşriyyatı · 2016101 okunma
400 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Spoi ehtiva edir
At milçəyi adı ilk baxışdan qəribə görünə bilər.Hətta kitab haqqında ilkin fikir də formalaşdıra bilər.Kitabın digər adı Ovod isə rus dilinə tərcümədir. Dini seminariyada təhsil alan alan gənc Artur gizli təşkilat üzvləri ilə (Gənc İtaliya) tanış olur. Təşkilatın öz qarşısına qoyduğu hədəflər və ideya Arturun ağlına batır. Arturun
Atmilçəyi
AtmilçəyiEthel Lilian Voynich · Parlaq İmzalar Nəşriyyat · 01,845 okunma
9/10 puan verdi
Öncəliklə uzun bir müddətdi oxuyub bitirəbilmədiyimə baxmayaraq, bildirmək istəyirəm ki, axıcı əsərdir və günümüzün bəzi reallıqlarını özündə əks etdirir. Bir kitab haqqındakı təəssüratlarımı ilk dəfədir bölüşdüyüm üçün böyük ehtimal ki, spoilerlər çox olacaq :) Əsər məncə özlüyündə xüsusi bir mövzuya fokuslanmayıb, bir-birinə axıcı şəkildə
Martin Eden
Martin EdenJack London · Sis Publishing · 201391,7bin okunma
542 syf.
9/10 puan verdi
·
Beğendi
☆ Uzun müddətdən sonra məni həvəsləndirən və sonuna qədər oxutdura bilən bir kitab ilə qarşınızdayam. Kitabımız Alice Harikalar diyarında hekayəsindən ilhamlanıb. Yazar qəddar qadın obrazının hekayədən əvvəlki həyatı və bununla paralel əlbəttə bizə həmin hekayədən tanış olan bəzi obrazların da bu hekayəyə necə daxil olduğunu göstərir. 》Türklərdə
Kalpsiz
KalpsizMarissa Meyer · Artemis Yayınları · 20171,102 okunma
Reklam
192 syf.
8/10 puan verdi
·
4 günde okudu
"Ölən Dünyam"
İsmayıl Şıxlının qələmini oxuyarkən onun gerçək bir Azərbaycan yazıçısı olduğunu məncə hər kəs hiss edir. Böyük Ədibin üz tutduğu mövzular, yaratdığı dialoqlar oxucunu özünə heyran edir. Mill adət-ənənələrimizdən, namusdan, əxlaqdan, özləmlə yad edilən köhnə ailə mühitindən insanı valeh edəcək bir şəkildə danışan İsmayıl Şıxlı "Ölən
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021236 okunma
128 syf.
·
Puan vermedi
·
Beğendi
Əslində kitabı dünən bitirdim, amma 1k-da olmadığı üçün indi əlavə edirəm.Dünən istək bildirdim,bu gün artıq əlavə ediblər.Duzlu desert kitabında da qeyd etdiyim kimi (Duzlu desert kitabı olmadığı üçün başqa kitabın(
Tomas Oleynik və Həmkarları
Tomas Oleynik və Həmkarları
)"inceleme"yerində yazmışam.Həmin kitabda Aqneşka Stelmaşikindir) oxumağı bacaran hər kəsə məsləhət görürəm.Uşaq dedektif janrdadır.Kitabda uşaqlara öyrədilir ki,yalanını nə qədər gizlətməyə çalışsan da əvvəl-axır ortaya çıxır.Böyükdən kiçiyə hər kəs bu oturuşa bitirə bilər.Fikrimcə, balaca uşaqlarda oxuma həvəsi yarada biləcək kitabdır. Bu seriya 7kitabdan ibarətdir,4-nü oxumuşam və digər 3-nü də oxumağı düşünürəm.
Oğurlanmış Kolleksiya
Oğurlanmış Kolleksiya
Aqneşka Stelmaşık
Aqneşka Stelmaşık
Oğurlanmış Kolleksiya
Oğurlanmış KolleksiyaAqneşka Stelmaşık · 3 Alma Nəşriyyatı · 03 okunma
160 syf.
7/10 puan verdi
·
4 günde okudu
"YALAMA QƏHRƏMANLARI"
"YALAMA" sənədli povesti Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 350 qəhrəman əsgər haqqındadır. Tarix 1920-ci ilin aprel ayı, Qafqaz cəbhəsinin komandanı Tuxaçevski XI qırmızı ordunun Azərbaycana daxil olması barədə hələ aprelin 21-də qərar verir. 72 minlik sovet ordusuna qarşı son damla qanlarına qədər vuruşan vətən övladları haqqında müəllif tarixi-siyasi hadisələr işığında bədii bir dillə danışır. Yazıçı Əliağa adlı qəhrəman gənc Azərbaycan zabitinin simasında həmin qəhrəmanların gerçək məhəbbətlərinin vətən olduğunu izah etməyə çalışır. Onların hər birinin ailələri, həyatda dəyərli gördükləri hər bir şey, elə vətənin bir parçasıdır. Vətən sadəcə dağ, daş, səfalı torpaqlar və neft deyil. Vətən bunların hamısını birləşdirən insandır. O insan vətən üçün yaşamağa da ölməyə də hazır olmalıdır. Amma onlar ölmədilər. Hər birini adları ilə tanımasaq belə onların əziz xatirələrini hörmətlə anır hər birinin vətənə və millətə göstərmiş olduqları sədaqətlərini təqdir edirik.
Yalama
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201735 okunma
68 syf.
·
Puan vermedi
Acını azaltmağın nə mənası var?
Kitabın əvvəlində xarakterlərin həyatı və vəziyyətləri barədə məlumat verildiyindən, "mövzü tam olaraq, nə vaxt başlayacaq?" görəsən düşüncəsi ilə oxuyurdum, hekayə ağır başlamış və o cür davam edirdi. Lakin, 28-ci səhifədən sonra kitabın əvvəlində bəhs edilən iki xarakterin bir araya gəlməsi və söhbətə başlaması ilə birlikdə, hekayənin
Altıncı Koğuş
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202270,3bin okunma
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.