Qaraqan bu kitabıyla "Bir milyon dollarımız olsaydı nə olardı? " sualına verilə biləcək ən yaxşı cavabı verib. Kitabdakı əsas ideya odur ki, insan layiq olduğunu düşündüyü qədərinə sahib ola bilər. Kitaba başlayanda ədalətli bir sonluq axtarışındaydım. İndi isə başa düşdüyüm odur ki, ədalət ,ümumiyyətlə, yoxdur. Ədalət insanın layiq olduğunu düşündüyü şeydir. Ya da elə hesab edilir.. Obrazlar real olmasa da, hamımızın içində böyüdüyümüz cəmiyyətin, mentaliletin izlərini daşıyan bir Kərəm var. Və ,məncə, o Kərəm hardasa azı 10 il bizim ruhumuzda iz kimi qalaraq, öz yerini uzun müddət qoruyub, saxlayacaq. Ta ki biz gözümüzü açıb, qarşımıza çıxan şanslardan istifadə etməyə və özümüzü başımıza gələn bütün müsbət hadisələrə layiq görməyə başlayana kimi..Əla kitab idi, istər mövzu və ideyası olsun, istərsə də obrazların təsviri, mən hamısını bəyəndim. Xoş mütaliələr <3