Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aciz Qalan Ulduzlar

Məsudə Cabbar

Aciz Qalan Ulduzlar Hakkında

Aciz Qalan Ulduzlar konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Otaqda dünən gecədən bəri açıq qalan radio xışıltısı var.Pəncərələr açıq,çöldən gələn küləyin sərxoşluğu ilə rəqs edir pərdələr.Səhərin bu vaxtlarında axşamdan qalma sərin meh olur,adətən.Üşünüdüyünü hiss edib gözü yumulu vəziyyətdə , əli ilə üstünə örtməyə bir şey axtarır.Heçnə tapa bilmir və hirsli baxışlarla birtəhər gözünü açır.Əsnəyərək əlləri ilə dağınıq saçlarını arxaya sığallayır və üzünü,gözlərini ovuşdurmağa başlayır.Yatağının aşağısındaki paltarlarını götürüb birtəhər geyinir və pəncərənin qarşısında dayanır.Dərindən bir nəfəs..Necə gözəl gündür..Kaş elə bu vaxt donsa zaman.Bundan sonra nələrsə yaşanmasa,ya da yaşananlar xatırlanmasa..Otağının qapısını açıb dəhlizdə yeriməyə başlayır.."Ana?" sualı cavabsız qalır.Hə,evdə balaca qardaşdan başqa heç kəs yoxdur,yenə bütün işlər ona qalıb.Günə 6-0 geridə başlamağa bərabər idi bu onun üçün.Çaydanı su ilə doldurub qazın altını yandırır.Və masada əyləşib gözləməyə başlayır.O, heç vaxt səhər yeməyi yemir,ümumiyyətlə səhərlər edilən heçnəyi sevmir;yuxudan oyanmaq,dişləri fırçalamaq,saçları darayıb səliqəyə salmaq,üstəlik evi səhmana salıb bu da yetməzmiş kimi saatlarla müəllimlərin "laqonda" effekti verən səslərinə qulaq asmaq.Amma nə etmək olar ki,bütün bunlar onun həyatının bir parçasıdır və hər nə qədər bezdirici olsa da gözəl yanları da var əlbəttə.Bir əlində oyana bilməsi üçün tək çıxış yolu kimi gördüyü acı qəhvəsi,bir əlində evin açarları,ayağında ipləri hələ də bağlanmamış idman ayaqqabıları və önü düymələnməmiş pencək..Əgər tale sizinlə bir zarafat etməyi düşünsə idi,əmin olun ki, sizi onunla qonşu edərdi.Çünki hər gün görəcəyiniz bu mənzərə sizi ən depressiv anınızda belə güldürməyi bacarardı.. Zahiri görünüşcə arıq,sevimli,gülüşü gözəl,qıvırcıq saçlı bu gənc qız sizə bütün dərdlərinizi unutduracaq qədər qeyri adi sehrli gözəlliyə sahib idi.Tanış olun,onun adı Fərəhdir.
Basım Tarihi: 2015
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Türler:
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 90.3
Erkek% 9.7
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş